Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ

Bakı günü-gündən inkişaf edir, gözəlləşir. Paytaxtımızın gözəlliyinə gözəllik qatan ən önəmli məkanlar siyahısında parklar xüsusi ilə diqqət çəkir.

Məlum olduğu kimi, son illərdə dünyada iri şəhərlərin inkişafında əsas prioritetlərdən biri ətraf mühitin qorunması və ictimai-yaşıllıq məkanlarının artırılmasıdır. Bu qlobal tendensiyaya qoşulan Bakıda da ekoloji və funksional cəhətdən yenilənmə istiqamətində mühüm layihələr həyata keçirir. Onlardan ən vacibi isə Mərkəzi Parkın genişləndirilməsi təşəbbüsüdür.

2040-cı ilədək Bakı: yaşıl və inklüziv şəhər

Məlum olduğu kimi, 2023-cü ilin dekabrında “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənib. Sözügedən planda Şəhər və ətraf mühitin regenerasiyası xüsusi prioritet kimi qeyd olunub. Buna müvafiq olaraq, Bakının Baş planı ictimai-yaşıllıq məkanlarının artırılmasını prioritet sayır.



Bu çərçivədə həyata keçirilən Mərkəzi Park layihəsi yalnız estetik deyil, həm də sosial və ekoloji baxımdan şəhərin mühüm simvoluna çevrilir.

Parkın mərhələli inkişafı: 2019-dan bu günə
 

Parkın ilk hissəsi 2019-cu ilin mayında istifadəyə verilib. Əvvəllər “Sovetski” kimi tanınan ərazidə yaradılan geniş yaşıllıq zonası sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb.


2022 və 2024-cü illərdə parkın ikinci və üçüncü hissələri də açılıb.

Bu mərhələlərdə, açıq hava idman zonaları, uşaq meydançaları və sakit istirahət sahələri salınıb. Üstəlik, mikromobilliyin təmin olunması məqsədilə Mərkəzi Parkda velosiped zolaqları salınıb, nəqliyyat və piyadaların hərəkəti optimallaşdırılıb.



Mərkəzi Parkı daha da gözəlləşdirən digər elementlər isə yaşıllıqların artırılıb, su elementləri əlavə edilməsidir. Hazırda parkın ümumi sahəsi 36 hektar təşkil edir. Lakin dördüncü mərhələdə bu ərazi daha da böyüyəcək.

Yeni mərhələ – şəhərin yaşıl gələcəyi
 

Dördüncü mərhələdə “Nizami” metrostansiyası ətrafında yerləşən 21 hektar sahə parka əlavə ediləcək. Burada, qarışıq ağac növləri ilə sıx meşə zonasının yaradılması, böyük süni göl və onun ətrafında rekreasiya zonalarının təşkili nəzərdə tutulub.


Üstəlik, dördüncü mərhələdə idman, mədəni tədbir və uşaq oyun sahələrinin qurulması, tarixi binaların funksional şəkildə parka inteqrasiyası planlaşdırılır.

Tarixi miras yaşıl fonda qorunacaq

Layihə çərçivəsində “Təzə Pir” məscidi ətrafındakı tarixi məhəllənin də müasir standartlara uyğun yenidən qurulması nəzərdə tutulur. Buradakı memarlıq abidələri qorunacaq, abidə olmayan, lakin tarixi dəyəri olan binalar isə ümumi konsepsiyaya uyğun şəkildə saxlanılacaq.



Mərkəzi Park təkcə yaşıllıq sahəsi deyil – bu, şəhər və insan arasında yeni münasibətin, funksional, sosial və ekoloji baxımdan dayanıqlı gələcəyin simvoludur. Layihə Bakı sakinlərinin həyat keyfiyyətinin artırılmasına, şəhərin daha yaşıl və inklüziv olmasına xidmət edir.

Bu təşəbbüs paytaxtın memarlıq simasını qoruyaraq onu müasir urbanizasiya ilə harmoniyada inkişaf etdirmək yolunda əhəmiyyətli addımdır.



















































Pərviz Allahverdiyev, Bizim.Media                        

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

Keksin üstünün çatlamaması üçün nə etməli?

Keksin üstünün çatlamaması üçün nə etməli?

“Tottenhem”də ciddi itki

“Tottenhem”də ciddi itki

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

Mbabpe məşqlərə başladı

Mbabpe məşqlərə başladı

Zaqatalada maşın piyadanı vurub öldürdü

Zaqatalada maşın piyadanı vurub öldürdü

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

End of content

No more pages to load

RADİO