Mərkəzi Bank qaydaları DƏYİŞDİ – Bu şəxslərə 5 min manatdan çox kredit VERİLMƏYƏCƏK - FOTO

Mərkəzi Bank istehlak kredit kartları üzrə borclanma ilə bağlı tənzimləyici çərçivəni dəyişib.

Baş bankın yaydığı açıqlamada bunun borclanmanın daha məsuliyyətli və sağlam aparılması və eləcə də əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsi məqsədi ilə aparıldığı bildirilib.

Niyə bu qaydalara ehtiyac var idi? Və ən əsası yeni qaydalar əhalinin izafi və bir sıra hallarda süni borclanmasının qarşısını alacaqmı?

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 

“Müşahidələr göstərir ki, son dövrlər istehlak kreditləri üzrə yubanmaların səbəblərindən biri də kartlarda müştərinin ödəmə qabiliyyətinə uyğun olmayan kredit xəttlərinin açılması və eləcə də yubanmalar üçün izah edilə bilməyən yüksək cərimə faizlərinin hesablanması ilə bağlıdır.


Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlinə 475 milyon manat idisə, bu göstərici ilin yarısında 527 milyon manatadək yüksəlib.
 

Yəni, bu ilin ilk yarısında problemli kreditlərin həcmi 10 faizdən çox artıb. Həmin dövrdə ümumi kredit portfeli 24 milyard 890 milyon manatdan 25 milyard 991 milyon manatadək yüksəlib.


Bu o deməkdir ki, həmin müddətdə kredit portfeli cəmi 4.4 faiz artıb. Bu həm də o deməkdir ki, problemli kreditlərin həcmi ümumi kredit portfeli ilə müqayisədə 2 dəfə bənd daha çox artıb.
 

Bu isə, bank sektoru üçün heç də yaxşı dinamika hesab oluna bilməz. Bir tərəfdən də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artıması müşahidə olunurdu.


Təbii ki, bütün bunlar fonunda kredit xəttlərinin açılması üçün yeni meyarların müəyyənləşdirilməsinə ehtiyac var idi.
 

Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır.Mərkəzi Bank hesab edir ki, bununla banklar preventiv olaraq risklərin qarşısını ala bilərlər.


Bununla yanaşı, dəyişiklərə əsasən nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir.
 

Yeni tələbə əsasən bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır.


Yəni, əgər vətəndaşın xalis gəliri min manatdırsa onun kredit xətti, yəni kart vasitəsi ilə borclanması 5 min manatdan çox ola bilməz.
 

Təbii ki, vətəndaşın digər borc öhdəlikləri varsa o da nəzərə alınacaq. Amma əgər, borclanma nağdıdırsa və təmin olunubsa o zaman bu qaydalar istisna edilir.


Digər qayda, overdraft limitləri kredit xətləri anlayışına daxil edilərək istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalının 40% müəyyən edilməsidir.

İstehlak kredit xətlərinin balansdankənar hesablarda olduğu müddətdə həmin xətlər üzrə 100% risk dərəcəsi tətbiq ediləcəkdir.

Aydınlıq üçün qeyd edək ki, overdraft xidməti ilə kart sahibi hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bütövlükdə, vəsaitə ehtiyacı olan borcalan tərəfindən istifadə edilə bilən kreditdir.
 

Nəzərə almaq lazımdır ki, bir sıra banklar overdraft xidmətindən istifadə edərək yüksək faizlər ilə bəzi kart sahibləri üçün izafi maliyyə yükü yaradırlar. Bu baxımdan, bu istiqamətdə təkmilləşdirmələrin davam etməsinə ehtiyac var.


Bütövlükdə, Mərkəzi Bankın yeni qaydaları təqdirəlayiqdir və vətəndaşların izafi borclanmasını azalda bilər, amma təbii ki, bu istiqamətdə tənizmləmələrin daha da dərinləşdirilməsi prioritet olaraq qalmaqdadır”, - deyə millət vəkili bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

Keksin üstünün çatlamaması üçün nə etməli?

Keksin üstünün çatlamaması üçün nə etməli?

“Tottenhem”də ciddi itki

“Tottenhem”də ciddi itki

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

Mbabpe məşqlərə başladı

Mbabpe məşqlərə başladı

Zaqatalada maşın piyadanı vurub öldürdü

Zaqatalada maşın piyadanı vurub öldürdü

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

End of content

No more pages to load

RADİO