Oktyabrda Bakı sakinlərini nə gözləyir? – Əhali böyük çətinliklə üzləşəcək

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” bir müddət əvvəl “28 May” stansiyasının təmir işləri ilə əlaqədar oktyabrın sonunda fəaliyyətini müvəqqəti dayandıracağı barədə məlumat yayıb.
 

Bu müddət ərzində “Dərnəgül” – “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək. Eyni zamanda “Həzi Aslanov” – “İçərişəhər” xətti üzrə hərəkət edən qatarlar “28 May” stansiyasında dayanmayacaq.


Bu məhdudiyyətlər “Qırmızı” və “Yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində həyata keçirilir.

Layihə üzrə “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşası nəzərdə tutulur.
 

Artıq indidən vətəndaşlar narahatlıq ifadə edirlər. Bildirirlər ki, metro normal işlədiyi günlərdə belə avtobuslar gec gəlir və bu, əsasən, tıxacla əlaqələndirilir. Oktyabrdan etibarən vəziyyətin daha da pisləşəcəyindən ehtiyatlanırlar.


Çıxış yolu nədir? Vətəndaşların ünvana rahat və vaxtında çata bilməsi üçün hansı tədbirlər görüləcək?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayevin fikrincə, mütləq dəyişikliklərə getməliyik.

Onun fikrincə, metro xətləri bir-birindən ayrılmalıdır:
 

“Xüsusilə yaşıl və qırmızı xətlərin bir-birindən ayrılması vacibdir ki, bu xətlər sərbəst şəkildə fəaliyyət göstərə bilsin. Əks halda, artıq ağırlaşmış nəqliyyat sıxlığı daha da kəskinləşəcək.


Yeni stansiyaların sayı artırılacaq. Prezidentin sərəncamı ilə 2030-cu ilə qədər əlavə 10 metro stansiyasının tikilməsi planlaşdırılır və bu layihə çərçivəsində metro xətləri ayrılacaq.
 

Bəli, bu ayrılma baş verdikdə müəyyən çətinliklər yaşanacaq. Məsələn, “Həzi Aslanov” istiqamətindən gələn qatarlar birbaşa “Memar Əcəmi” və ya “Dərnəgül” istiqamətinə hərəkət edə bilməyəcək. Bu isə həmin xətlər üzrə sərnişin sıxlığını artıracaq”.


Mütəxəssis başqa alternativin olmadığını vurğulayıb:
 

“Bu mərhələdə sərnişinlər “28 May” stansiyasından çıxaraq, “Nizami” metro stansiyasına qədər xüsusi təşkil olunacaq avtobus marşrutları ilə hərəkət edəcəklər. Bu dəyişikliklər zamanı əlavə avtobus xətləri yaradılacaq.


Tıxac problemini həll etmək üçün ilk növbədə ictimai nəqliyyat sistemindəki çatışmazlıqlar aradan qaldırılmalıdır. Metro xətlərinin ayrılması da bu istiqamətdə atılan vacib addımlardandır”.
 

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyib ki, məlumata görə, məsələ ilə bağlı artıq müəyyən müzakirələr aparılır:


“Qurumlar əsasən həmin metrostansiya ərazisində sərnişinlərin daşınmasını yaxşılaşdırmaq üçün əlavə avtobusların sayının artırılması üzərində çalışırlar. Lakin bu, asan iş deyil.
 

Yeni avtobusların, xüsusən də müasir sərnişindaşımaları standartlarına və ekoloji tələblərə cavab verən nəqliyyat vasitələrinin alınması və marşruta verilməsi müəyyən çətinliklər yaradır”.


Eldəniz Cəfərovun fikrincə, bu istiqamətdə dövlət əlavə subsidiyalar ayıraraq dəstək verməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

ABŞ-İran müharibəsi bu çərəzin qiymətini ARTIRDI

Keksin üstünün çatlamaması üçün nə etməli?

Keksin üstünün çatlamaması üçün nə etməli?

“Tottenhem”də ciddi itki

“Tottenhem”də ciddi itki

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Trampın qapısına gedən kuryer şoka düşdü: Maraqlı dialoq – VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

İran və ABŞ arasında növbəti danışıqların TARİXİ AÇIQLANDI

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

“Hizbullah”dan 3 əsas ŞƏRT: Əsir götürəcəyik və...

Mbabpe məşqlərə başladı

Mbabpe məşqlərə başladı

Zaqatalada maşın piyadanı vurub öldürdü

Zaqatalada maşın piyadanı vurub öldürdü

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

End of content

No more pages to load

RADİO