Adı bir neçə dəfə dəyişdirilən UNİVERSİTETLƏR – ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru müsahibəsi zamanı bildirib ki, universitetin hazırkı rəsmi adını saxlanılmaqla, universitetin gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasını planlaşdırılır. Buna səbəb isə, ali təhsil mərkəzlərinin ad və rebrendinqi onun ölkə və beynəlxalq aləmdə tanınmasına və qəbul edilməsində mühüm rol oynamasıdır.

Bizim.Media xəbər verir ki, Modern.az müstəqillik dövründə adı dəyişdirilən universitetləri araşdırıb.

Bakı Dövlət Universiteti

1991-ci ildə Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adı verilib. 2001-ci ildən isə hazırkı - Bakı Dövlət Universiteti adı ilə təsdiqlənir və bu ad altında universitetin fəaliyyəti davam edir.
 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Hazırda ADNSU kimi tanıdığımız Neft və Sənaye Universiteti 2015-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyası adı ilə fəaliyyət göstərib. Prezidentinin 2015-ci ildə imzaladığı sərəncamına əsasən isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Yaxın gələcəkdə “AZİ Universiteti” rebrendinq edəcək.

Azərbaycan Dövlət Pedoqoji Universiteti

Müstəqil Azərbaycan yarandıqdan sonra 9 il müddətinə bu universitet Nəsrəddin Tusi adını daşıyıb. 2000-ci ildən indiyədək isəAzərbaycan Dövlət Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərir.

Azərbaycan Aqrar Universiteti

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 53 nömrəli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır.

Azərbaycan Dövlət İqtisad Universiteti

1991-ci ildən 2000-ci ilə qədər bu universitet Azərbaycan Dövlət İqtisad İnstitutu kimi fəaliyyətə göstərib.
 

Prezidentinin 2000-ci ildə imzaladığı fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı.


Universitet rəhbərliyi 2015-ci ildə rebrendinq etmiş və "UNEC" (UNiversity of EConomics) abbreviaturasını brend kimi patentləşdirib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

1999-cu ilə dək idman sahəsində ixtisaslaşan bu akademiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adı altında çıxış edib. 1999-cu ildən bu günə dək isə indiki adı - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası kimi fəaliyyət göstərir.

Gəncə Dövlət Universitet

1943-cü ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi fəaliyyət göstərən universitetin adı 2000-ci ildə dəyişdirilərək Gəncə Dövlət Universiteti olub.


Bakı Slavyan Universiteti

13 iyun 2000-ci ilə dək M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu adlandırılır, 2000-ci ildə isə Prezidentin fərmanı ilə bazası genişləndirilməklə Bakı Slavyan Universiteti adı altında fəaliyyətə başlayır.

Sumqayıt Dövlət Universiteti

1975–1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında fəaliyyət göstərən bu region universiteti 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci ildə imzaladığı fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılıb.

Azərbaycan Dillər Universiteti

Müstəqilliyin ilk illərində Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu adı ilə tanınan universitet 2000-ci ildən Azərbaycan Dillər Universiteti kimi fəaliyyətə başlayır.

Azərbaycan Memarlıq və İnşaat Universiteti

1992-ci ildən Azərbaycan İnşaat Mühəndisləri Universiteti adı ilə fəaliyyət göstərir. 2000-ci ildən isə Prezidentin fərmanı ilə bu ali təhsil mərkəzi Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılıb.

Milli Aviasiya Akademiyası

1992-ci ildə Milli Aviasiya Mərkəzi adı ilə yaranan ali məktəb 1994-cü ildən Milli Aviasiya Akademiyası adlandırılıb.

Dövlət İdarəçilik Universiteti

Mərkəzi Sovet Partiya Məktəbi kimi fəaliyyətə başlayan, indiki DİA 1992- 1999 illərdə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutu adı altında fəaliyyət göstərir, 1999-cu ildə isə hazırkı adını - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - alır.

Turizm və Mencment Universiteti
 

2005-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan bu universitet ilk illərdə Azərbaycan Turizm İnstitutunun adı altında fəaliyyətə göstərir. 2014-cü il ildən isə Prezidentin fərmanı ilə Azərbaycan Turizm və Menecment Universiteti adlanır.


Göründüyü kimi, son 30 ildə bir çox universitetin adı dəyişib, hətta bəziləri bir neçə dəfə bu prosesdən keçib. Rəsmi izahlar dəyişikliklərin struktur təkmilləşməsinə, tədris sahələrinin genişlənməsinə və müasir standartlara uyğunlaşmağa yönəldiyini göstərsə də, problem burada bitmir.
 

Əsl məsələ ondadır ki, universitet adlarının tez-tez dəyişdirilməsi təhsil ocaqlarının kimliyini və akademik brendini zədələyir. Çünki universitetin adı onun elmi ənənəsinin, tarixi irsinin və ictimai nüfuzunun ifadəsidir.


Dünyanın ən nüfuzlu universitetləri - Oksford, Harvard, Sorbonna, Tokyo Universiteti və digərləri - onilliklər, bəziləri isə əsrlər boyu eyni adla fəaliyyət göstərirlər. Bu sabitlik həmin universitetlərin adını qlobal brendə çevirib.

Məzunlar on illər sonra belə, diplomlarını tanıdanda heç bir izahata ehtiyac duymurlar. Universitetin adı simvol, etimad və güvən formasına çevrilir.
 

Azərbaycanda isə bu sabitlik yoxdur. Universitetlər struktur baxımından ciddi dəyişiklik keçirmədən adlarını dəyişir. Bu isə cəmiyyətdə və akademik dairələrdə formanın dəyişdiyini, amma məzmun eyni qaldığı təsəvvürün yaradır.


Ad dəyişikliyi ilə universitetin yeni titul qazandığını düşünsək də, əksinə, onun əvvəlki mərhələlərinin elmi və sosial yaddaşı zəifləyir. Məzunların diplomları yeni nəsil tərəfindən birmənalı qarşılanmır, akademik nəşrlərdə ad qarışıqlığı yaranır, beynəlxalq tərəfdaşlıqlarda isə qeyri-sabit imic formalaşır.


Hər dəfə ad dəyişikliyi həm də universitetin brend gücünü sıfırdan yenidən qurmaq deməkdir.

Bu isə resurs, zaman və güvən itkisi yaradır.

Beynəlxalq təcrübədə universitet adları yalnız ciddi struktur birləşməsi, beynəlmiləlləşmə və ya akademik tədqiqat istiqamətinin radikal şəkildə dəyişməsi zamanı dəyişdirilir. Üstəlik, bu proses ictimai müzakirələr, akademik şura qərarları və rəsmi razılaşmalarla həyata keçirilir.

Dünyada ali təhsil mərkəzlərinin ad dəyişiklikləri simvolik deyil, konseptual dəyişikliyin göstəricisi hesab olunur.

Universitetin adı onun keçmişini, bu gününü və gələcəyini ifadə edən ən güclü simvollardan biridir. Bu adı dəyişmək məsuliyyət tələb edir. Əgər akademik məzmun, idarəetmə modeli və strateji baxış dəyişməyibsə, sadəcə adın dəyişməsi elmi inkişaf yox, formal yanaşma təsiri bağışlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Almaniya millisində ciddi itki

Almaniya millisində ciddi itki

Rafael İsgəndərovun Moskva gəzintisi - FOTO

Rafael İsgəndərovun Moskva gəzintisi - FOTO

"Onlarla mən günlər, hadisələr yaşamışam"

"Onlarla mən günlər, hadisələr yaşamışam"

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Zibil torbalarını xatırladan divan - FOTO

Zibil torbalarını xatırladan divan - FOTO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

End of content

No more pages to load

RADİO