Zəngəzur dəhlizi ilə Türkiyəyə enerji axını başlayır

Zəngəzur dəhlizi üzərindən bütün enerji və logistik resurslar Türkiyəyə çatdırılacaq

Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji resursları və logistik yollar Türkiyəyə çatdırılacaq.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə-Suriya qaz boru kəmərinin açılışı mərasimi çərçivəsində Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın elektrik enerjisi Gürcüstan vasitəsilə Türkiyəyə ötürülür

Onun sözlərinə görə, hazırda Azərbaycandan elektrik enerjisi Gürcüstan üzərindən Türkiyəyə çatdırılır.

Orta Asiya enerji resursları da Azərbaycan üzərindən Avropaya çıxacaq

"Eyni zamanda Orta Asiyadakı digər enerji mənbələri və digər logistik məsələlər Azərbaycan üzərindən Türkiyəyə, Türkiyə üzərindən isə Avropaya çatdırılacaq", - nazir qeyd edib.

Azərbaycanla birlikdə aparılan enerji layihələri davam edir

Alparslan Bayraktar vurğulayıb ki, Azərbaycandakı təbii sərvətlərin - neft, qaz, bununla yanaşı elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələri Azərbaycanla birlikdə aparılır.

Mühüm layihələrdən biri – Naxçıvan–Türkiyə elektrik interkonnektoru

"Bu istiqamətdə mühüm irəliləyişlər var. Bu günədək həyata keçirilən layihələrə misal olaraq Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum kəmərləri, eləcədə Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm", - nazir əlavə edib.

Boru kəmərinin açılış mərasimi keçirilib

Qeyd edək ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.

İllik 1,2 milyard kubmetrlik nəql planlaşdırılır
 

Xatırladaq ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır.


Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranda DƏHŞƏT: 2 nəfərin yanmış cəsədi tapıldı - FOTO

Lənkəranda DƏHŞƏT: 2 nəfərin yanmış cəsədi tapıldı - FOTO

İdmançılarımız Avropa çempionu oldu - FOTO

İdmançılarımız Avropa çempionu oldu - FOTO

Lənkəranda yol PROBLEMİ: Piyadalar üçün təhlükəli vəziyyət yaranıb - VİDEO

Lənkəranda yol PROBLEMİ: Piyadalar üçün təhlükəli vəziyyət yaranıb - VİDEO

Tovuzda parkda 57 yaşlı kişi meyiti tapıldı

Tovuzda parkda 57 yaşlı kişi meyiti tapıldı

Ölkəyə gələn turistlərin sayı niyə azalıb?

Ölkəyə gələn turistlərin sayı niyə azalıb?

DÇ-2026: Bu gün 8 oyun keçiriləcək

DÇ-2026: Bu gün 8 oyun keçiriləcək

Ələt–Astara magistralında ağır qəza: Xəsarət alanlar var - FOTO

Ələt–Astara magistralında ağır qəza: Xəsarət alanlar var - FOTO

“Ukraynada yazadək sülh gözlənilmir” – Finlandiya prezidentindən XƏBƏRDARLIQ

“Ukraynada yazadək sülh gözlənilmir” – Finlandiya prezidentindən XƏBƏRDARLIQ

10 qadın Atlantik okeanını keçərək COP30-a çatdı

10 qadın Atlantik okeanını keçərək COP30-a çatdı

"Telegram"da ilk hədiyyə hərracı keçirildi

"Telegram"da ilk hədiyyə hərracı keçirildi

“Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi birmənalı qarşılanmadı - VİDEO

“Bu Şəhərdə”nin Qurban Qurbanovla bağlı səhnəciyi birmənalı qarşılanmadı - VİDEO

ŞOK: Xəzər dənizi 36 min kvadrat kilometr ərazini itirib

ŞOK: Xəzər dənizi 36 min kvadrat kilometr ərazini itirib

Ağdərə rayonunda mina partladı: Yaralı var

Ağdərə rayonunda mina partladı: Yaralı var

Ukrayna dronu Samara vilayətindəki neftayrıma zavoduna zərbə endirdi - VİDEO

Ukrayna dronu Samara vilayətindəki neftayrıma zavoduna zərbə endirdi - VİDEO

Hikmət Hacıyev: "Özbəkistanı Azərbaycanda çox sevirlər”

Hikmət Hacıyev: "Özbəkistanı Azərbaycanda çox sevirlər”

Toydan sonra yıxılan kişi ÖLDÜ

Toydan sonra yıxılan kişi ÖLDÜ

Hacıqabulda dələduzluq edən şəxs HƏBS EDİLDİ - "WhatsApp"da aldadırmış - FOTO

Hacıqabulda dələduzluq edən şəxs HƏBS EDİLDİ - "WhatsApp"da aldadırmış - FOTO

Əməkdar artistin aktyor oğlu ailə qurdu - VİDEO

Əməkdar artistin aktyor oğlu ailə qurdu - VİDEO

Axtarışda olan bu şəxslər Türkiyəyə təhvil verildi - FOTO

Axtarışda olan bu şəxslər Türkiyəyə təhvil verildi - FOTO

Gənclər arasında QƏFİL ÖLÜMLƏR – Ən çox bu iki səbəbdən BAŞ VERİR

Gənclər arasında QƏFİL ÖLÜMLƏR – Ən çox bu iki səbəbdən BAŞ VERİR

Rusiya Ukraynanın bu kəndlərini işğal etdi

Rusiya Ukraynanın bu kəndlərini işğal etdi

İlham Əliyev: “Bəzi ölkələrdə islamofobiya sistemli xarakter alır”

İlham Əliyev: “Bəzi ölkələrdə islamofobiya sistemli xarakter alır”

Putin-Tramp görüşü təxirə salındı

Putin-Tramp görüşü təxirə salındı

Zaurun efirində BİABIRÇILIQ: Müğənni ilə qırğına çıxan qadının ürəyi getdi - VİDEO

Zaurun efirində BİABIRÇILIQ: Müğənni ilə qırğına çıxan qadının ürəyi getdi - VİDEO

End of content

No more pages to load

RADİO