Mədə-bağırsaq sanatoriyası yenidən quruldu – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyaya mediatur təşkil edilib.

Bizim.Media xəbər verir ki, media nümayəndələri "Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyada əsaslı təmir-bərpa işlərindən sonra şəraitlə tanış olublar.

"Kurort" QSC-nin baş direktoru Çingiz Hacıyev jurnalistlərə sanatoriyanın müalicə korpusunun tam təmir edildiyini, müasir standartlara cavab verən yeni müayinə otaqlarının istifadəyə verildiyini və tibbi avadanlıqlarla təchiz edildiyini qeyd edib.

Mediatur çərçivəsində bildirilib ki, həmçinin korpusda yerləşən yataq otaqları da müasir üslubda təmir olunub, yeni otaqlar yaradılıb, liftlər quraşdırılıb.

Sanatoriyanın elektrik təsərrüfatı yenilənib, buranı elektrik enerjisi ilə təmin edən 550 kVA gücündə generator quraşdırılıb.
 

Ərazidə daxili avtomobil yollarına yeni asfalt örtüyü çəkilib, kanalizasiya xətləri yenilənərək ümumi kollektor sisteminə qoşulub. Bundan əlavə, sanatoriyada Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları quraşdırılıb. Sanatoriyanın ərazisində ağac və bəzək kolları əkilib, suvarma sistemləri ilə təmin olunub. Sanatoriyada tibbi müalicə və qidalanma prosesi müasir sanatoriya konsepsiyasına uyğun həyata keçirilir.


Media mənsubları sanatoriyanın ərazisi, müalicə və istirahət şəraiti ilə yaxından tanış olublar.

Məlumat verilib ki, 16,9 hektar sahədə yerləşən “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyası 212 çarpayılıqdır. Burada iki yataq və bir müalicə korpusu, konfrans zalı, klub və rəqs meydançası fəaliyyət göstərir.

Müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və digər müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.

Sanatoriyanın xidmətlərinə yod-brom vannaları, tübaj və parafin terapiyası, eləcə də təbii palçıq vasitəsilə müalicə və digər prosedurlar daxildir. Sanatoriya ilboyu xidmət göstərir. 2025-ci il yanvarın 1-dən bu günədək 1000-ə yaxın həmkarlar ittifaqı üzvü sanatoriyanın xidmətlərindən yararlanıb.










































Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

End of content

No more pages to load

RADİO