Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, uşaqların atasının məsələdən xəbərdar olmasından sonra cinayətin üstü açılıb.

Hadisə azyaşlıların anasının Kənanla birlikdə yaşamaq üçün onun kirayə qaldığı evə köçməsi ilə başlayıb.

Həmin vaxta kimi Aytac (şərti) əri ilə birgə yaşayırmış. O, ötən ilin noyabr ayında uşaqlarını götürüb evdən çıxıb, bir daha geri qayıtmayıb. Hətta ailəsi onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.
 

İstintaq materiallarında yazır ki, Aytac sevgilisinin yanına köçəndən sonra uşaqlarının qara günləri başlayıb. Belə ki, Kənan guya tərbiyələndirmək adı ilə uşaqları mütəmadi olaraq döyüb, onlara müxtəlif formalarda işgəncələr verib.


Kənan uşaqların səs-küy salaraq onun istirahətini pozduqlarını bəhanə edərək bacı-qardaşa şillə və yumruq zərbələri vurub. Bundan əlavə azyaşlıların hər ikisinin başlarını bir-birinə toqquşdurub, onları tək ayaq üstə saxlayıb. Ən dəhşətlisi isə odur ki, Kənan mətbəx bıçağını qazın üstündə qızdıraraq uşaqların qoluna bir neçə dəfə damğa basıb. Nəticədə köməksiz uşaqlar yanıq xəsarətlərindən bir neçə gün ağrı-əzab çəkiblər.

Amma bu da son deyil… Növbəti günlərdə bacı-qardaş evdə oynadıqlarında yenə səs-küy salıb, əşyaların yerini dəyişiblər. Buna əsəbiləşən Kənan onları iplə döyüb, ayaqlarından dartaraq sürüyüb. Hətta uşaqlardan birini binanın 7-ci mərtəbəsindən aşağı sallayaraq öldürəcəyi ilə qorxudub.


Bir müddət sonra uşaqların atası bu hadisələrdən xəbər tutub. O, övladlarının qollarındakı yanıq xəsarətlərini gördükdən sonra polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanılıb.

Bundan sonra Aytac Kənandan ayrılıb. O, uşaqlarını da götürərək ərinin yanına qayıdıb və hazırda birgə yaşayırlar.

Kənan məhkəmədə təqsirini qismən etiraf edib. Yalnız uşağı 7-ci mərtəbədən aşağı sallayaraq ölümlə hədələməsini inkar edib. Bütün hərəkətləri də uşaqları tərbiyələndirmək üçün etdiyini deyib. İşgəncə görən azyaşlı uşaqlar da qanuni nümayəndənin iştirakı ilə məhkəmədə ifadə veriblər. Onlar da hakim qarşısında yaşadıqlarını etiraf ediblər.

İttiham digər şahidlərin ifadələri ilə də təsdiqini tapıb.

Məhkəmənin hökmü ilə Kənan Abdullayev əzab verməkdə və sağlamlığa ağır zərər vurmaqla hədələməkdə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranda yanan hər iki şəxs Cəlilabad rayon sakinidir

Lənkəranda yanan hər iki şəxs Cəlilabad rayon sakinidir

Simonyanın ETİRAFI: Azərbaycanın bu əraziləri bizim nəzarətimzidədir

Simonyanın ETİRAFI: Azərbaycanın bu əraziləri bizim nəzarətimzidədir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Aygün Kazımovanın illər əvvəlki VİDEOSU

Aygün Kazımovanın illər əvvəlki VİDEOSU

İlham Əliyev Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı

İlham Əliyev Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı

Ət bazarında böhran dərinləşir

Ət bazarında böhran dərinləşir

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Binəli Yıldırım: "Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Türk dünyası üçün tarixi addımdır" - FOTO

Binəli Yıldırım: "Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Türk dünyası üçün tarixi addımdır" - FOTO

Dünyada ilk robot stüardessa sınaqdan keçirildi

Dünyada ilk robot stüardessa sınaqdan keçirildi

"Yekə dodaq sevirəm, alt dodağımı yenə ŞİRŞİRDƏCƏYƏM"

"Yekə dodaq sevirəm, alt dodağımı yenə ŞİRŞİRDƏCƏYƏM"

Sumqayıtda “Volkswagen” yük avtomobili YANDI

Sumqayıtda “Volkswagen” yük avtomobili YANDI

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Kamal Umudlu Slovakiya - İngiltərə oyununun baş hakimi olacaq

Kamal Umudlu Slovakiya - İngiltərə oyununun baş hakimi olacaq

İllərdir dəyişməyən “ƏNƏNƏ” – Qızlara təhsil qadağaları nə vaxt SONA ÇATACAQ?

İllərdir dəyişməyən “ƏNƏNƏ” – Qızlara təhsil qadağaları nə vaxt SONA ÇATACAQ?

Bu ölkədə səhiyyə mərkəzinə silahlı hücum - 20 nəfər öldürüldü

Bu ölkədə səhiyyə mərkəzinə silahlı hücum - 20 nəfər öldürüldü

Mədinə Mustafayeva: “Avropa çempionluğuna çox böyük əziyyətlə nail olduq"

Mədinə Mustafayeva: “Avropa çempionluğuna çox böyük əziyyətlə nail olduq"

Minaya düşən şəxsin SON DURUMU

Minaya düşən şəxsin SON DURUMU

Tovuzda bir ailənin 4 üzvi pendirdən zəhərləndi

Tovuzda bir ailənin 4 üzvi pendirdən zəhərləndi

Lənkəranda DƏHŞƏT: 2 nəfərin yanmış cəsədi tapıldı - FOTO

Lənkəranda DƏHŞƏT: 2 nəfərin yanmış cəsədi tapıldı - FOTO

İdmançılarımız Avropa çempionu oldu - FOTO

İdmançılarımız Avropa çempionu oldu - FOTO

Lənkəranda yol PROBLEMİ: Piyadalar üçün təhlükəli vəziyyət yaranıb - VİDEO

Lənkəranda yol PROBLEMİ: Piyadalar üçün təhlükəli vəziyyət yaranıb - VİDEO

Tovuzda parkda 57 yaşlı kişi meyiti tapıldı

Tovuzda parkda 57 yaşlı kişi meyiti tapıldı

Ölkəyə gələn turistlərin sayı niyə azalıb?

Ölkəyə gələn turistlərin sayı niyə azalıb?

DÇ-2026: Bu gün 8 oyun keçiriləcək

DÇ-2026: Bu gün 8 oyun keçiriləcək

End of content

No more pages to load

RADİO