“Düşünürlər ki, sosial medianı bağlasaq, hamı əxlaqlı olacaq” – Deputat

Xəbər verdiyimiz kimi Böyük Britaniyada “təhlükəsiz internet” adı altında yeni qanun qüvvəyə minib. “Online Safety Act” adlanan yeni qanuna əsasən, bütün internet platformaları istifadəçilərin yaşını etibarlı şəkildə yoxlamalıdır.

Bu məqsədlə pasport, sürücülük vəsiqəsi, bank məlumatları və ya üz tanıma sistemlərindən istifadə ediləcək.

Rəsmilər bu tələbin əsas məqsədinin uşaqları zərərli kontentdən qorumaq olduğunu bildiriblər.

Qanunun tələblərinə əməl etməyən saytların sahibləri milyonlarla funt sterlinq məbləğində cərimələnə və bloklana bilərlər.

Yeni qaydaların tətbiqi fonunda ölkədə VPN xidmətlərinə maraq kəskin artıb. Məlumata görə, VPN provayderlərinə olan tələbat son günlərdə 1400% yüksəlib.

Bununla belə, bəzi mütəxəssislər və sosial şəbəkə istifadəçiləri bu tədbirin siyasi məqsədlərlə istifadə olunduğunu iddia edirlər. “X” platformasında yayılan paylaşımlarda qeyd olunur ki, artıq bəzi müxalif siyasətçilərin çıxışlarını və fəalların saxlanılması ilə bağlı videoları izləmək mümkün deyil. 

Bəs belə bir qaydanın ölkəmizdə tətbiqi nə qədər effektiv ola bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Ceyhun Məmmədov deyib ki,bu  məsələ Azərbaycanda da dəfələrlə müzakirə olunub:

“Müxtəlif təkliflər səslənib. Düşünürəm ki, gələcəkdə bu məsələylə bağlı hansısa addımlar atıla bilər. Girişə hansısa formada nəzarət həyata edilə bilər. Lakin mənim şəxsi qənaətim ondan ibarətdir ki, bu çıxış yolu deyil. Bəzi insanlar düşünür ki, sosial medianı bağlayacağıq, bundan sonra da cəmiyyətdə hər şey düzələcək. Hamı əxlaqlı və tərbiyəli olacaq. Hesab edirəm ki, bu heç də belə deyil. Sosial medianı bağlasaq belə, insanlar hansısa yollar axtarıb sosial şəbəkələrə çıxacaq”.

Müsahibimiz deyir ki, sosial mediyaya qadağalar lüzumsuzdur:

“Çünki sosial media cəmiyyətdəki reallıqları bizə göstərir. Ona görə də günahı sosial mediada axtarmaq bizə yaxşı heç nə verməyəcək. Biz məsələnin daha dərin köklərinə çıxmalıyıq. Sosial media cəmiyyətdəki nöqsanları, pozuntuları sadəcə bizə göstərir. Bu nöqsanları aradan qaldırmaq, çıxış yolu tapmaqsa bizə qalır. Ona görə də çalışmalıyıq ki, cəmiyyətimizi sağlamlaşdıraq, mənəvi dəyərlərə sahib çıxaq. Dəyərlərimizin qorunub inkişaf etdirilməsi üçün zəruri addımlar ataq. Cəmiyyətimizdə qeyd edilən nöqsanlara qarşı immunitet yaradaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var

Samuxda ağır yol qəzası: ölənlər var

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Gəlirləri artacaq BÜRCLƏR

Gəlirləri artacaq BÜRCLƏR

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Zaqatalada poçtu sel apardı - VİDEO

Zaqatalada poçtu sel apardı - VİDEO

End of content

No more pages to load

RADİO