Etibarnamə ilə avtomobil alanlara XƏBƏRDARLIQ

“Avtomobili etibarnamə ilə alıb-satmaq bizdə bir adət halını alıb. Bu da onunla bağlıdır ki, avtomobilin addan-ada keçirilməsində müəyyən xərclər var. Bəzi adamlar bu xərclərdən qurtulmaq üçün etibarnamə ilə alqı-satqıya üstünlük verirlər”.

Bunu nağdsız alqı-satqınların üstünlükləri barədə Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, avtomobilin nağdsız alış-verişini həyata keçirməyin bir sıra üstünlüyü var:

“Ən əsası xoşagəlməz hallardan sığortalanırsan. Gəlin bir anlıq düşünək: kim ev və yaxud digər daşınmaz əmlakını etibarnamə ilə alıb-satır? Zənnimcə heç kim. Ona görə də avtomobillər də birbaşa addan-ada keçirilməli və nağdsız ödənişlə satılmalıdır.
 

Avtomobilin qiymətinin tam məbləği alqı-satqı müqaviləsində göstərilməli və həmin məbləğ rəsmi olaraq, qeydiyyat şöbəsinin daxilində yerləşən bank vasitəsilə satıcıya ödənilməlidir. Bu zaman alan tərəf natorial qaydada bütün prosesi rəsmiləşdirməli və verdiyi pulu olduğu kimi göstərməlidir. Belə olan təqdirdə alan tərəf bir sıra xoşagəlməz hadisələrdən sığortalanmış olur.


Misal üçün etibarnamə ilə avtomobil satan şəxs qəfil dünyasını dəyişə bilər. O zaman onun varisləri avtomobil alan adama qarşı iddia qaldıra bilər ki, avtomobili geri qaytarsın. Yaxud həyat yoldaşı iddia qaldıra bilər ki, birgə əmlakın satılmasında onun razılığı alınmayıb”.

Müsahibimiz onu da qeyd edib ki, etibarnamə əsasında alınan avtomobillərdə ikinci dəfə qeydiyyat zamanı müəyyən çətinliklər meydana çıxır:

“Çünki alıcı artıq avtomobilin pulunu ödəyib, ancaq sənədləri rəsmi şəkildə öz adına olmur. Ona görə də avtomobil alqı-satqısının ən düzgün və təhlükəsiz yolu mülkiyyətçinin özü ilə birgə qeydiyyat şöbəsinə gedib, ödənişi bank vasitəsilə aparmaqdır. Bu halda yalnız dövlət rüsumları və bank xidmət haqları ödənilir və əlavə qanunsuz xərclərdən və xoşagəlməz hallardan qorunmaq olur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Mançester Siti" mənim yeganə seçimim idi”

“Mançester Siti" mənim yeganə seçimim idi”

Bakıda gənc qadın zibilə görə qonşusunun qolunu QIRDI

Bakıda gənc qadın zibilə görə qonşusunun qolunu QIRDI

Azərbaycanda həkim-narkoloqların və klinik (tibbi) psixoloqların SAYI ARTIRILACAQ

Azərbaycanda həkim-narkoloqların və klinik (tibbi) psixoloqların SAYI ARTIRILACAQ

2-ci liqada oyunların vaxtı AÇIQLANDI

2-ci liqada oyunların vaxtı AÇIQLANDI

Dizləri, oynaqları ağrıyanlar bu payız meyvəsini YESİN

Dizləri, oynaqları ağrıyanlar bu payız meyvəsini YESİN

Brilliant Dadaşova həyat yoldaşı ilə… - VİDEO

Brilliant Dadaşova həyat yoldaşı ilə… - VİDEO

Trampın təyyarəsi Nyu-York səmasında təhlükə ilə ÜZLƏŞDİ

Trampın təyyarəsi Nyu-York səmasında təhlükə ilə ÜZLƏŞDİ

Narkotik vasitələrin daşınmasına qarşı əməliyyat-axtarış tədbirləri GÜCLƏNDİRİLƏCƏK

Narkotik vasitələrin daşınmasına qarşı əməliyyat-axtarış tədbirləri GÜCLƏNDİRİLƏCƏK

"Real"ın şikayəti RƏDD EDİLDİ

"Real"ın şikayəti RƏDD EDİLDİ

9 nömrəli poliklinikada dərmana görə insan İZDİHAMI - VİDEO

9 nömrəli poliklinikada dərmana görə insan İZDİHAMI - VİDEO

İsrail tərəfi Aİ-nin sanksiyalarına cavab verəcəyini ELAN ETDİ

İsrail tərəfi Aİ-nin sanksiyalarına cavab verəcəyini ELAN ETDİ

Azərbaycan kubokunun finalı BU STADİONDA

Azərbaycan kubokunun finalı BU STADİONDA

Biləsuvarda qanunsuz fəaliyyət göstərən kafe AŞKARLANDI - FOTO

Biləsuvarda qanunsuz fəaliyyət göstərən kafe AŞKARLANDI - FOTO

Putinin administrasiya rəhbərinin müavini İSTEFA VERDİ

Putinin administrasiya rəhbərinin müavini İSTEFA VERDİ

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Sürücülərə ŞAD XƏBƏR - Avtobus zolaqlarında hərəkətə icazə verildi - VİDEO

Sürücülərə ŞAD XƏBƏR - Avtobus zolaqlarında hərəkətə icazə verildi - VİDEO

"Benfika" Mourinyo ilə danışıqlarda İRƏLİLƏDİ

"Benfika" Mourinyo ilə danışıqlarda İRƏLİLƏDİ

Ukrayna yaxın zamanda NATO müttəfiqlərindən yardım ALACAQ

Ukrayna yaxın zamanda NATO müttəfiqlərindən yardım ALACAQ

Nəsrin Cavadzadə Bakıya gəldi - FOTO

Nəsrin Cavadzadə Bakıya gəldi - FOTO

Qızılın qiyməti TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın qiyməti TARİXİ MAKSİMUMA yüksəldi

Bakıda kişi boşanmaq istəyən arvadını küçədə DÖYDÜ

Bakıda kişi boşanmaq istəyən arvadını küçədə DÖYDÜ

“Qarabağ” UEFA reytinqində İRƏLİLƏDİ

“Qarabağ” UEFA reytinqində İRƏLİLƏDİ

Optik eynəklərə alternativ tapıldı - YENİ KƏŞF

Optik eynəklərə alternativ tapıldı - YENİ KƏŞF

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

End of content

No more pages to load

RADİO