AZƏRTAC: “TASS-ın bu sərlövhəsi və mətni Azərbaycan cəmiyyətində təəccüb və hətta hiddət doğurdu”

TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb.

Bizim.Media Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC-ın bununla bağlı bəyanatını təqdim edir:

“İyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb (//tass.ru/obschestvo/24675415).
 

Elə sərlövhədən də göründüyü kimi, AZƏRTAC-ın uzun onilliklər ərzində daim qoruduğu və yüksək qiymətləndirdiyi mehriban münasibətlər, tərəfdaşlıq və hətta dostluq əlaqələri saxladığı agentliyin rəhbərliyi qəflətən əvvəlki kursunu dəyişib və tarixin zibilxanasına atılmış “Stepanakert” toponimini oradan çıxarıb.



Halbuki bu yaxınlaradək agentlik öz xəbərlərində şəhərin rəsmi və tarixi adından – Xankəndidən istifadə edirdi (məsələn, 19 iyul - //tass.ru/mezhdunarodnaya-panorama/24558165, 24 iyul - //tass.ru/politika/24602463 və s.).
 

TASS divarları arasında Azərbaycan xalqına yad və köhnə olan adın dirçəldilməsi cəhdi təəccüb doğurur və haqlı sual yaradır: görəsən, son bir həftə ərzində nə dəyişdi ki, Rusiya dövlət informasiya agentliyi keçmiş sovet dövrünə aid bir toponimi “diriltmək” qərarına gəldi?


Xankəndi XVIII əsrin sonunda yaranmış yaşayış məntəqəsinin tarixi adıdır. Azərbaycan dilindən tərcümədə bu, “Xanın kəndi” deməkdir. Xankəndidə İbrahimxəlil xanın malikanəsi yerləşirdi və orada hökmdara məxsus Qarabağ cinsinə aid atlardan ibarət at sürüsü saxlanılırdı.

1923-cü il iyulun 7-də ölkənin bolşevik rəhbərliyi tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldıqdan sonra (bu addım özü zamanla partlayacaq mina olmuş və Ermənistan-Azərbaycan inzibati-ərazi bölgüsündə ədalətsizliyin və disbalansın əsasını qoymuşdu) vilayətin inzibati mərkəzi olan Xankəndi şəhəri həmin il avqustun 10-da sovet tarixşünaslığının yazdığı kimi ,“Bakı kommunasının rəhbəri”, əslində isə Azərbaycan xalqının qanlı cəlladı olan Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırıldı.
 

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə şəhərə onun əvvəlki tarixi adı qaytarıldı. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhərin əsas meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və son prezident seçkiləri günü – 2024-cü il fevralın 7-də o, bu şəhərdə səs verdi, qutuya atdığı bülleteni “erməni separatçılarının tabutuna vurulmuş son mıx” adlandırdı.


TASS agentliyinin bugünkü xəbərinin sərlövhəsi və mətni Azərbaycan cəmiyyətində təəccüb və hətta hiddət doğurdu. Rusiya dövlət media orqanının rəhbərliyinin əvvəlki kursdan geri çəkilməsi agentliklərimiz və kollektivlərimiz arasında ənənəvi dostluq münasibətlərini sarsıdır və bütün Rusiya media məkanına təhlükəli siqnal göndərir.
 

Yalnız xoş niyyət və iki agentlik arasında uzunmüddətli əlaqələrin qorunması istəyindən çıxış edən AZƏRTAC TASS-dakı həmkarlarını gələcəkdə bu cür addımları təkrarlamamaq və mümkün fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, münasibətləri yaxşılaşdırmağa yönəlməyə çağırır.


Öz növbəsində AZƏRTAC bəyan etmək səlahiyyətinə malikdir ki, agentlik TASS ilə xoş münasibətləri qorumaqda qərarlıdır, eyni zamanda, rusiyalı həmkarlarından buraxılmış səhvin düzəldilməsini gözləyir.

Əgər Azərbaycan tərəfi qarşılıqlı münasibət və anlayış görməzsə, o zaman böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər adların tarixi adlarını yada salıb istifadə etməyə məcbur qalacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

End of content

No more pages to load

RADİO