BİZİM TƏQVİM: 1 avqustda baş vermiş tarixi hadisələr

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Bəs, avqustun 1-də dünyada daha hansı hadisələr baş verib?

1. 1 avqust İsveçrənin Müstəqillik günüdür. Mərkəzi Avropada yerləşən bu ölkə 1291-ci ildən suveren dövlət kimi mövcuddur.

2. 1 avqust 1473-cü ildə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu dövlətinin (1468-1501) qoşunları ilə Osmanlı ordusu arasında Malatya döyüşü olub. İki türk dövləti arasında bölgəyə nəzarət uğrunda müharibənin ilk döyüşü Ağqoyunluların qələbəsi ilə nəticələnsə də, on gün sonra Osmanlı ordusu Otluqbeli (Tərcan) döyüşündə Ağqoyunlu qoşunlarını ağır məğlubiyyətə uğratdı.

3. 1571-ci ilin 1 avqustunda Lala Mustafa Paşa əmrindəki Osmanlı ordusu Venesiyanın idarəsi altında olan Kipr adasını fəth etdi. Ada təxminən 300 il boyu Osmanlı imperatorluğunun tərkibində qaldı.

4. 1 avqust 1902-ci ildə Amerika Birləşmiş Ştatları Panama kanalının haqqlarını Fransadan satın alaraq inşaata başladı.

5. 1914-cü ilin bu günündə Birinci Dünya müharibəsi: Almaniya Rusiyaya müharibə elan edib. Bir qədər sonra Fransa və İngiltərə də müharibəyə qoşulublar.

6. 1 avqust 1918-ci ildə Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi və Fəhlə-Əsgər Deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası” adlı mürtəce qurum yaradılıb. Bir gün öncə süqut edən “Bakı Kommunası”nı əvəzləyən yeni qurum da, bolşeviklər kimi, Cümhuriyyət hökumətinin Bakıya gəlişinin qarşısını almağı məqsəd güdürdü. Lakin bu onlara müyəssər olmadı. İrandakı ingilis qoşunlarının köməyə çağırılması da işə yaramadı. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi.

7. 1 avqust 1941-ci ildə İlk “Jeep” avtomobili istehsal edilib. İlk vaxtlar yalnız ABŞ ordusu üçün yaradılan “Jeep” sonradan sürətlə populyarlaşdı. Növbəti illərdə “Jeep” artıq bir marka hesab edilməkdən çıxdı və xalq arasında bu formada istehsal olunan avtomobillərə markası nə olursa olsun ümumiyyətlə “Jeep” deyilməyə başlandı.

8. 1 avqust Benin Xalq Respublikasının milli bayramıdır. Afrikanın qərbində, Qvineya körfəzi sahillərində yerləşən bu ölkə 1960-cı ilin bu günü istiqlaliyyətini bəyan edib.

9. 1975-ci ilin 1 avqustunda Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məclisinin yekun aktı imzalandı. Hazırda ATƏT – yəni Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlanan bu qurumun Minsk qrupu Ermənistan-Azərbaycan – Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində vasitəçi rolu öz üzərinə götürüb. Azərbaycan ATƏT-ə 1992-ci il iyunun 10-da daxil olub.

10. 1 avqust 2010-cu ildə Qara dənizin dibində tədqiqat işləri aparan alimlər burada dünya okeanının yeganə sualtı çayını tapıblar. Onlar adı bəlli olmayan bu çayın uzunluğunun 37 dəniz mili, eninin yarım mildən artıq, axma sürətinin isə saatda 4 mil (saatda təxminən 7 kilometr) olduğunu müəyyən ediblər. Su axını daha duzlu Mərmərə dənizindən Bosfor körfəzi vasitəsilə keçərək duzluluğu az olan Qara dənizə tökülür. Bu səbəbdən də çayın suyu həddindən artıq duz qatına malik olması ilə fərqlənir.

1 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məşhur fransız təbiətşünası Jan Batist Lamark 1744-cü ilin bu günü anadan olub.

2. 1 avqust tanınmış Azərbaycan yazıçısı Seyid Hüseynin xatirə günüdür. O,1887-ci ilin bu günündə dünyaya gəlib. Seyid Hüseyn 1938-ci il repressiya qurbanı olub və güllələnib. (1887-1938)

3. 1 avqust tanınmış Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin xatirə günüdür. Mahnı və romansları lirizmi, milli musiqi və poeziya ilə üzvi əlaqəsi, yeni intonasiyaları ilə fərqlənən Qəmbər Hüseynlinin “Cücələrim” mahnısı dünya sərhədlərini aşaraq məşhurlaşıb və bu gün də sevilərək oxunur. (1916-1961)

4. Azərbaycan boyakarı və teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR əməkdar artisti Həsənağa Mustafayev 1 avqust 1896-cı ildə anadan olub.

5. Azərbaycanlı hərbçi, Milli Qəhrəman Ələsgər Novruzov 1 avqust 1949-cu ildə dünyaya göz açıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

End of content

No more pages to load

RADİO