Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun biznesmen oğlu Babək Məmmədzadə nədənsə zərərçəkmiş kimi tanındığı məhkəmədə iştirak etməkdə maraqlı deyil.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, iş adamının laqeydliyi Bakı Ağır
Cinayətlər Məhkəməsində keçirilən ardıcıl bir neçə iclası yarımçıq qoyub.

İş adamı iddia edir ki, müğənni Elarizin kürəkəni kimi tanınan 33 yaşlı birjaçı Nizami Alışan onun 1 milyon 300 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.

Amma aldanan tək o, deyil. Babək kimi daha iki biznesmen də cinayət işində zərərçəkmiş kimi tanınıb. Bunlardan biri Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, digəri isə iş adamı Yadigar İsrafilovdur. Onlar şikayətlənirlər ki, Nizami Alışan hər üçünü internet üzərindən gəlir əldə etmək vədinə inandıraraq birja tipli platformaya yatırım etməyə təşviq edib.
 

Əvvəlcə gəlir əldə olunsa da, daha sonra qoyulan vəsaitlər batıb. Babək, Zeynal və Yadigar birləşib pullarının itməsində birbaşa Nizamini günahlandırıblar. O isə özünü təqsirli bilmir. Deyir ki, zərərçəkmiş adlandırılan şəxslər bu prosesdə könüllü iştirak ediblər və yalnız son anda ziyana düşəndə onu ələ veriblər.


Bugünkü iclasda Nizami yenə sinif yoldaşı Babəkdən söz açıb. Həbsini məhz onun təşkil etdiyini deyib. Təqsirləndirilən şəxsin dedikləri məhkəmə zalında vatsap yazışmalarına baxılarkən təsdiqini tapıb. Yazışmalardan görünür ki, Babək söhbət etmək üçün Nizamini öz ofisinə çağırıb.

Birlikdə söhbət etdikləri vaxt da polis əməliyyat keçirib. Cinayət işində epizodların sayı kifayət qədər çox olmasa da, çoxsaylı qaranlıq məqamlar olduğu diqqət çəkir.
 

Prosesin irəliləməsində ən ciddi əngəllərdən biri zərərçəkmiş Babək Məmmədzadənin davamlı olaraq məhkəmə çağırışlarına məhəl qoymamasıdır. Baxmayaraq ki, külli miqdarda pul itirən biri kimi bütün işin hərtərəfli araşdırılmasında elə özü maraqlı olmalıdır. Artıq üçüncü dəfədir ki, o, hakimin çağırışlarına gəlmir.


Xanım hakim bu gün ona vəkili vasitəsilə son xəbərdarlığını göndərib. Növbəti dəfə məhkəməyə gəlməyəcəyi halda məhkəmə məcburi gətirilmə üçün polisə müraciət edəcək. Onun iştirakı təmin edilənə qədər proses təxirə salınıb.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir. O, 1 ildən çoxdur həbsədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

End of content

No more pages to load

RADİO