“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...”

“Abşeron Rayon Mərkəzi Xəstəxanasına uşağı bağçaya qoymaq üçün tibbi arayış almağa getmişdik. Səhər saat 9-da orada olmağımıza baxmayaraq, sırada 1780-ci idik. 1 yaşlı körpə ilə çox çətin oldu və əliboş evə qayıtdıq”.

“Həkim uşağı acqarına analizə yazmışdı. Səhər saat 8-də xəstəxanaya gəldik, düz günorta saat 1-də bizə növbə çatdı. O vaxta qədər də uşaq ac idi...”

Bu şikayətlər övladını uşaq bağçalarına qeydiyyata saldırmaq üçün sağlamlıq arayışı almalı olan valideynlərin sosial şəbəkələrdə yazdıqlarıdır.

Bizim.Media “Qafqazinfo.az” istinadən xəbər verir ki, valideynlər sözügedən tibb müəssisəsində növbələrin həddindən çox olmasından şikayətlənirlər.

Onların sözlərinə görə, arayış üçün bəzən körpə uşaqla 7-8 saat gözləməli olurlar. Nəzərə alsaq ki, uşaqlar bəzi analizləri vermək üçün acqarına tibb müəssisəsinə gətirilməlidir, vəziyyət bir az da acınacaqlı olur. Şikayətçilər bildirirlər ki, bununla belə tibbi arayışı almaq üçün bir gün kifayət etmir. Bəzən 2-3 gün ardıcıl körpə uşaqla xəstəxanaya gedib-gəlmək məcburiyyətində qalırlar.

Problemlə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, hazırda abituriyentlər də arayış üçün müraciət etdiyindən sıxlıq müşahidə olunur:
 

“Abşeron Rayon Mərkəzi Xəstəxanasına gündəlik müraciət sayı orta hesabla 3000-3500 nəfər təşkil edir. Müaricət edən hər bir vətəndaşa isə gündəlik təxminən 4-5 adda müxtəlif tibbi xidmətin göstərilməsinə ehtiyac yaranır. Vətəndaşların rahat şəkildə tibbi xidmətlərdən istifadə etməsini təmin etmək məqsədilə tibb müəssisəsi tərəfindən bir sıra müvafiq tədbirlər həyata keçirilir.


Hazırda bağçalara, ali məktəblərə, kolleclərə, liseylərə sənəd təqdim edən abituriyentlər, eləcə də işə qəbul olunan şəxslər tərəfindən sağlamlıq haqqında arayışların əldə olunması ilə bağlı müraciətlərin sayında artım müşahidə olunur. Hər il eyni dövrdə intensiv xarakter alan bu proses bəzən tibb müəssisəsində sıxlığa səbəb olur”.

Problemin həllinə gəlincə isə...

“Yaranan vəziyyətin tənzimlənməsi məqsədilə tibb müəssisəsi tərəfindən zəruri addımlar atılır. Hazırda müraciət sayının artmasını nəzərə alaraq qeydiyyat bölmələrinin sayı artırılıb, vətəndaş axınına uyğun olaraq həkim və orta tibb personalının iş qrafikləri yenidən tənzimlənib. Eyni zamanda xidmətlərin daha operativ təşkili məqsədilə sənəd, arayış almaq istəyən vətəndaşlar üçün ayrıca pəncərə və yönləndirmə sistemi tətbiq olunub.

Bundan əlavə, xidmətlərin keyfiyyətinin artırılması və növbə yükünün azaldılması məqsədilə gələcək mərhələdə sağlamlıq arayışlarının elektron şəkildə verilməsi, qeydiyyat prosesinin rəqəmsallaşdırılması və müraciətlərin əvvəlcədən planlaşdırılması imkanlarının yaradılması istiqamətində müvafiq işlər nəzərdə tutulub. Qeyd olunan tədbirlər və yanaşmalar vətəndaşlara daha keyfiyyətli, əlçatan və çevik tibbi xidmətin göstərilməsi məqsədini daşıyır. Abşeron Rayon Mərkəzi Xəstəxanası olaraq vətəndaş məmnuniyyətini təmin etmək üçün bütün imkanlarımızla xidmət göstərməyə davam edirik”.

Xəstəxanadan həmçinin bildirilib ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər növbəsiz şəkildə qəbul olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Günel anası ilə - FOTO

Günel anası ilə - FOTO

İranın bu hava limanı uçuşları bərpa edəcək

İranın bu hava limanı uçuşları bərpa edəcək

Yaz yorğunluğunun səbəbləri

Yaz yorğunluğunun səbəbləri

"İlan"ın "Maska"sı açıldı - VİDEO

"İlan"ın "Maska"sı açıldı - VİDEO

Cennifer Enistonun keçmiş əri ata oldu

Cennifer Enistonun keçmiş əri ata oldu

Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Almaniya millisində ciddi itki

Almaniya millisində ciddi itki

Rafael İsgəndərovun Moskva gəzintisi - FOTO

Rafael İsgəndərovun Moskva gəzintisi - FOTO

"Onlarla mən günlər, hadisələr yaşamışam"

"Onlarla mən günlər, hadisələr yaşamışam"

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Zibil torbalarını xatırladan divan - FOTO

Zibil torbalarını xatırladan divan - FOTO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

End of content

No more pages to load

RADİO