Arif Babayevdən YAZDI: “Sanki son segahını oxuyurdu” - FOTO

Əməkdar artist Aybəniz Haşımova reanimasiyada olan Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib

Bizim.Media xəbər verir ki, o, instaqramda xənəndə ilə bağlı bunları yazıb:

“Bu gecə Arif müəllimi yuxumda gördüm. Amma onu o halda görmək istəməzdim. Sanki məni görmürdü, təkcə səsimi eşidirdi. Hərəkətsiz və sakitcə nəfəs alırdı, sanki içində son segahını oxuyurdu. Necə pis olurmuş bülbülün susması. Sənə Leylidən oxuyummu, - dedim. Elə bil hiss etdi, duydu dediyimi. Oxudum...Sanki səsimin izini axtarırdı ki, görsün hardayam. Yanındayam, ustad, yanındayam, Arif müəllim. Təəssüf ki, yuxuda yanındayam... Kaş ki bunlar hamısı yuxu olaydı, oyanaydın... "Qorxma, qızım, yaxşıyam" - deyəydin. Çox pisəm, ustad, çox pis, oyan.

Ömrümdə ağlıma gəlməzdi belə yuxu. Kaş ki görməsəydim, bu yuxunu, Arif müəllim. Birdən yadıma uşaqlığımda o günlərdən biri, Arif müəllimin mənə bağışladığı broşuranı xatırladım.

Dərhal şəkillərimin arasından tapdım onu, əlimə aldım, baxdım...

Və bir cümlə gözümə sataşdı: “Mən səndən bir müəllim kimi həmişə razı qalmışam. Qoy sənin incə səsindən zövq almaq üçün xalqımız səni öz köməyinə çağırsın”.

İndi mən səni səsləyirəm, Arif müəllim, oyan.

Mən kimi köməyimizə çağırım? Kimə üz tutaq, kimə yalvaraq? Bircə sən oyanasan...

Sevdiyin xalqın xatirinə, oyan. Sənsiz qalmış evin xatirinə, oyan. Səssiz-sədasız çarpayının xatirinə oyan. Naxışlı fincanının xatirinə, oyan... Oyan, Arif müəllim...

Sənə yalvarıram, oyan! Bizi bu sınaqda tək qoyma. Səsin, nəfəsin, nəfəsinlə yoğrulmuş muğamın hələ çox ürəyə yol tapmalıdır. Bizi sənsiz buraxma...”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

End of content

No more pages to load

RADİO