Qərar imzalandı: Bu şəxslər 5 il tez pensiyaya çıxacaqlar

“Baş nazir “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Yeni sənədlə daha tez pensiyaya çıxanların siyahısı dəqiqləşdirilərək müəyyən əlavələr edilib. Belə ki, qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər əlavə olunmaqla mühəndislər, o cümlədən elektrik mühəndislər ilə yanaşı metallurqlar güzəştli siyahıya daxil edilib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

“Nazirlər Kabinetinin etdiyi son dəyişikliklər kontekstində bizə ən çox ünvanlanan sorğulardan biri də güzəştli şərtlər ilə pensiya hüququ kimlərə şamil olunması ilə bağlıdır. Belə ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur.
 

Güzəştli şərtlər ilə pensiya hüququ “Əmək pensiyaları” haqqında Qanunla təsbit olunub. Belə ki, Qanunun 8-ci maddəsi “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri”, 9-ci maddəsi isə “güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri” müəyyən edir.


Sözügedən Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çox uşaqlı ailələrdə analar 59, əgər bu hüquqdan atalar isə istifadə edirsə o zaman onlar 60 yaşında pensiyaya çıxırlar”.

Deputat bildirib ki, qanunun 9-cu maddəsinə güzəştli şərtlər ilə pensiya hüququ qaznan vətəndaşlarımızın isə siyahısı kifayət qədər genişdir:
 

“Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır.


Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır.

Bütün bunlar ilə yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzərdə növbəti suiti ölümü: 97 cəsəd tapıldı – VİDEO

Xəzərdə növbəti suiti ölümü: 97 cəsəd tapıldı – VİDEO

Azyaşlının telefonunu əlindən alan şəxsə HÖKM OXUNDU

Azyaşlının telefonunu əlindən alan şəxsə HÖKM OXUNDU

İsi Mustafayev vəzifəsindən AYRILDI

İsi Mustafayev vəzifəsindən AYRILDI

Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

Yayda meyvə-tərəvəzlər bahalaşa bilər - VİDEO

Yayda meyvə-tərəvəzlər bahalaşa bilər - VİDEO

ASAN Karyera Akselerasiya Proqramı başlayır!

ASAN Karyera Akselerasiya Proqramı başlayır!

Ötən gün dünyada nələr baş verib? – XRONİKA - VİDEO

Ötən gün dünyada nələr baş verib? – XRONİKA - VİDEO

Şuşanın incisi ŞİMALDA – Bu kənddə 60 ildir Xarıbülbül çiçək AÇIR - VİDEO

Şuşanın incisi ŞİMALDA – Bu kənddə 60 ildir Xarıbülbül çiçək AÇIR - VİDEO

Bakıda daha bir motoqəza – ÖLƏN VAR

Bakıda daha bir motoqəza – ÖLƏN VAR

Tbilisidə azərbaycanlı tələbə ölü tapıldı - FOTO

Tbilisidə azərbaycanlı tələbə ölü tapıldı - FOTO

Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU

Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU

Yayda dollar elə qiymətə satılacaq ki...

Yayda dollar elə qiymətə satılacaq ki...

Sirkdə qorxulu anlar: Pələng tamaşaçıların oturduğu zonaya girdi – VİDEO

Sirkdə qorxulu anlar: Pələng tamaşaçıların oturduğu zonaya girdi – VİDEO

Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxsə HÖKM OXUNDU

Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxsə HÖKM OXUNDU

MSK üzvlərinin səlahiyyət müddəti bitir

MSK üzvlərinin səlahiyyət müddəti bitir

Göylərdən gələn hədiyyə: Biri 20 manata satılır

Göylərdən gələn hədiyyə: Biri 20 manata satılır

Prezident: “Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsinə düşüb”

Prezident: “Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsinə düşüb”

“Bitcoin”in qiyməti yenidən 75 min dollara yaxınlaşdı

“Bitcoin”in qiyməti yenidən 75 min dollara yaxınlaşdı

Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib?

Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib?

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Dünya bazarlarında neft bahalaşdı

Dünya bazarlarında neft bahalaşdı

Təbii qazın SON qiyməti

Təbii qazın SON qiyməti

Ukrayna Tuapsedə neft emalı zavoduna zərbə endirdi - VİDEO

Ukrayna Tuapsedə neft emalı zavoduna zərbə endirdi - VİDEO

Bu rayonların sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən…

Bu rayonların sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən…

End of content

No more pages to load

RADİO