Bakıya gələn iş adamını "qaraçılar" soydu

Səbail rayonunun Nizami küçəsində, "Torqovı" adlanan ərazidə Pakistan vətəndaşına qarşı soyğunçuluq edən 20 yaşlı qadın barəsində məhkəmə hökmü elan edilib.

Bizim.Media xəbər verir ki, 2005-ci ildə Yevlax şəhərində anadan olmuş Ulduza Bukavizin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (bir qrup şəxs tərəfindən), 177.2.4 (təkrar törədildikdə) və 177.2.5 (azyaşlı şəxs tərəfindən törədildikdə) maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.
 

Araşdırmalar zamanı məlum olub ki, Ulduza Bukavizin azyaşlı bacıları - 12, 15 və 16 yaşlarında olan qızlar, eləcə də iki digər qohumu ilə birlikdə həmin ərazidə dilənçiliklə məşğul olublar.

 

Onlar "Torqovı"da gəzən üç Pakistan vətəndaşına yaxınlaşaraq pul istəyiblər.

İstəkləri cavabsız qaldıqda, qadınlar Jameel adlı Pakistanlı iş adamını əhatəyə alıblar. Bu zaman qızlardan üçü onun diqqətini yayındırmağa və israrla pul istəməyə başlayıblar.
 

Onlardan biri hətta əlləri ilə onun ayaqlarından tutaraq yalvarışla pul istəyib. Bu vaxt Ulduzanın 12 yaşlı bacısı Leyla Bukavizin gizlicə iş adamının cibindən 3500 ABŞ dolları götürüb və ərazidən uzaqlaşıblar.


Əldə olunan pul Ulduza Bukavizin bacıları və qohumları arasında bölüşdürülüb.

Zərərçəkmiş şəxs - iş adamı Jameel - ifadəsində bildirib ki, Pakistan İslam Respublikasının vətəndaşıdır, işləri ilə bağlı həm Pakistanda, həm də Dubayda yaşayır.
 

Azərbaycana isə investisiya yatırmaq və iş qurmaq məqsədilə gəlib. O, hadisə ilə bağlı Ulduza Bukavizindən şikayətçi olmadığını, maddi ziyanın isə ödənildiyini qeyd edib.


Məhkəmənin hökmü ilə Ulduza Bukavizin barəsində 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Həmin müddət ərzində o, Yevlax rayonunun ərazisini tərk etməməli və elektron nəzarət qolbağı ilə nəzarətdə saxlanılacaq. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Mado”da müştərinin bahalı çantası oğurlandı

“Mado”da müştərinin bahalı çantası oğurlandı

Güclü fırtına argentinalıları qorxuya saldı – ANBAAN VİDEO

Güclü fırtına argentinalıları qorxuya saldı – ANBAAN VİDEO

Tom Kruz ilk dəfə “Oscar” mükafatı aldı – VİDEO

Tom Kruz ilk dəfə “Oscar” mükafatı aldı – VİDEO

Onlar hələ də nizə və oxlarla döyüşürlər – ANBAAN VİDEO

Onlar hələ də nizə və oxlarla döyüşürlər – ANBAAN VİDEO

Qənimət Zahidov Baş Prokurorluğa ÇAĞIRILDI

Qənimət Zahidov Baş Prokurorluğa ÇAĞIRILDI

Bir sorğuya 107 min manat xərclənməsi məsələsinə Emin Əmrullayevdən REAKSİYA

Bir sorğuya 107 min manat xərclənməsi məsələsinə Emin Əmrullayevdən REAKSİYA

BMT-dən HƏYƏCAN TƏBİLİ – Dünya dağıdıcı təhlükə ilə ÜZ-ÜZƏ

BMT-dən HƏYƏCAN TƏBİLİ – Dünya dağıdıcı təhlükə ilə ÜZ-ÜZƏ

Türkiyə MN Azərbaycanı təbrik etdi – FOTO

Türkiyə MN Azərbaycanı təbrik etdi – FOTO

III kurs tələbəsi vəfat etdi – FOTO

III kurs tələbəsi vəfat etdi – FOTO

“6 saatlıq dərs yükü olan kənd məktəblərinə müəllim tapmaq çətindir” – Emin Əmrullayev

“6 saatlıq dərs yükü olan kənd məktəblərinə müəllim tapmaq çətindir” – Emin Əmrullayev

“Sizə verilən pulu paylaşıb özünüzü güldürürsünüz” - VİDEO

“Sizə verilən pulu paylaşıb özünüzü güldürürsünüz” - VİDEO

İntim videolarla məşhurlaşan Zaur azadlığa çıxdı

İntim videolarla məşhurlaşan Zaur azadlığa çıxdı

Ağstafada yaşlı qadın su quyusuna düşüb öldü - FOTO

Ağstafada yaşlı qadın su quyusuna düşüb öldü - FOTO

Tam ştatlı müəllimlər bu qədər maaş alacaqlar – Nazirdən AÇIQLAMA

Tam ştatlı müəllimlər bu qədər maaş alacaqlar – Nazirdən AÇIQLAMA

Blogerin saxlanılması üçün MÜKAFAT təyin edildi

Blogerin saxlanılması üçün MÜKAFAT təyin edildi

Müəllimlərə ŞAD XƏBƏR – Əməkhaqqına əlavələr bu tarixdə ÖDƏNİLƏCƏK

Müəllimlərə ŞAD XƏBƏR – Əməkhaqqına əlavələr bu tarixdə ÖDƏNİLƏCƏK

Qaxda ata mülkünə görə dava: 65 yaşlı kişi bacısına xəsarət yetirdi

Qaxda ata mülkünə görə dava: 65 yaşlı kişi bacısına xəsarət yetirdi

Diplomatik korpus nümayəndələri üçün WUF13-ə dair məlumatlandırma sessiyası keçirilib – FOTO

Diplomatik korpus nümayəndələri üçün WUF13-ə dair məlumatlandırma sessiyası keçirilib – FOTO

SON DƏQİQƏ! Qazaxda mina PARTLAYIŞI - Xəsarət alan var

SON DƏQİQƏ! Qazaxda mina PARTLAYIŞI - Xəsarət alan var

Neftçalada Azərbaycan dilinin saflığının qorunmasına həsr olunan beynəlxalq konfrans keçirildi – FOTO

Neftçalada Azərbaycan dilinin saflığının qorunmasına həsr olunan beynəlxalq konfrans keçirildi – FOTO

Baş Prokurorluqdan Lənkəranda 2 nəfərin yanmış meyitinin aşkar edilməsi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Lənkəranda 2 nəfərin yanmış meyitinin aşkar edilməsi ilə bağlı AÇIQLAMA

AYNA-nın yeni avtobus zolağı Bakı-Sumqayıt yolunun tıxaclarını ARTIRDI – VİDEOREPORTAJ

AYNA-nın yeni avtobus zolağı Bakı-Sumqayıt yolunun tıxaclarını ARTIRDI – VİDEOREPORTAJ

Türkiyədə çaya düşən avtomobildən insanlar belə xilas edildi – ANBAAN VİDEO

Türkiyədə çaya düşən avtomobildən insanlar belə xilas edildi – ANBAAN VİDEO

İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər – FOTO

End of content

No more pages to load

RADİO