Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix AÇIQLANDI

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəyyən ərazilərində insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Hazırda minatəmizləmə əməliyyatları Böyük Qayıdış proqramının əsas tərkib hissələrindən biridir və bu fəaliyyət yalnız təhlükəsizlik baxımından deyil, həm də sosial-iqtisadi inkişaf və əhalinin doğma yurdlarına qayıdışı üçün ilkin şərtdir.

Bizim.Media bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı may ayında açıqladığı hesabata görə, müharibənin başa çatdığı beş il ərzində - 2020-ci ilin noyabr ayından 2025-ci il iyunun 1-dək humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən ümumilikdə 204 min 763 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib.
 

Ermənistanın mina terroru çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti və bərpa işlərinə, insanların dədə-baba torpaqlarına geri qayıdışına ciddi maneə yaradır.


Minaların təmizlənməsi üçün müəyyən edilən 25 il vaxtdan isə cəmi beş il keçib. Ekspertlərin fikrincə, minatəmizləmə prosesi bu templə davam edərsə, bundan sonra hələ 20 ilə də ehtiyac olacaq.

Əhalinin azad mühitdə yaşaması üçün...

ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbinə V.Sərkərova bildirdi ki, minalar və partlamamış hərbi sursatların təhlükəsi xüsusi aktuallıq kəsb edən problemlərdən biridir:

"İlkin qiymətləndirmələrə görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırıb. Ərazilərdə icra edilən qeyri-texniki tədqiqat və texniki tədqiqat əməliyyatları nəticəsində təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eləcə də mülki təyinatlı ərazilərin də mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirkləndiyi müəyyən olunub".

Agentlik rəsmisinin məlumatına görə, hazırda işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları Böyük Qayıdış proqramı çərçivəsində əhalinin köçü və bərpa-quruculuq işləri ilə əlaqəli şəkildə həyata keçirilir. Əhalinin mina və partlamamış hərbi sursatların təsirindən azad mühitdə yaşaması üçün şərait yaradılır. Agentlik rəsmisi ərazidəki əsas çətinliklər kimi Ermənistan tərəfindən təqdim olunan mina formulyarlarının qeyri-dəqiqliyini, ərazilərin nizamsız şəkildə minalanmasını, minalanmış ərazilərin metallarla çirkləndirilməsini qeyd edir.

Xəritələr və yerli əhalinin məlumatı

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri, ANAMA yanında İctimai Şuranın katibi Hafiz Səfixanovun sözlərinə görə, 44 günlük müharibədən sonra Araz çayından "Ohanyan səddi"nə kimi olan ərazilərin atəşkəs dövründə kütləvi şəkildə minalandığı müəyyən edilib:

"Elə ərazilər var ki, 4-7 və 11 km dərinlikdə minalanıb. Azərbaycan hökumətinin israrlı tələblərindən sonra Ermənistan dörd mərhələdə minalanmış ərazilərin xəritələrini bizə verdi. Birinci mərhələdə verilən Ağdam rayonu üzrə xəritədə 97 min minanın olduğu bildirilirdi. Füzuli-Zəngilan regionu üzrə verilən xəritələrdə 92 min mina yerləşdirildiyi əksini tapır. Digər ərazilər üzrə konkret adlar və rəqəmlər göstərilməmişdi".

H.Səfixanovun rəhbərlik etdiyi təşkilatın tədqiqatlarından məlum olub ki, ümumiyyətlə, Kəlbəcər, Goranboy və Xocavənd rayonlarına aid 71 km-lik ərazilərə aid xəritələr Azərbaycan tərəfinə təqdim olunmayıb:

"Yoxlamalardan sonra məlum oldu ki, verilən xəritələr də işə yaramır. Elə formulyarlar var ki, A4 kağızdır - heç nə oxunmur. Bundan başqa, antiterror əməliyyatından sonra məlum oldu ki, 2020-ci ildən 2023-cü ilədək olan dövrdə ikinci "cəbhə xətti" yaradıblar. Həmin ərazidə də 500 minə qədər minanın olduğu bildirilir. Azərbaycan hökuməti bunları nəzərə alaraq arsenalında olan bütün qüvvələri minaların təmizlənməsinə yönəldib. ANAMA yenidən qurulub. Maşın mexanizmləri, minaaxtaran itlər və siçanlar gətirilib. Minatəmizləyənlərin sayı hər il artırılır. Bütün bu işlər üçün xərclərin 95 faizi dövlət büdcəsi hesabına maliyyələşdirilir".

H.Səfixanovun sözlərinə görə, Qarabağın içərilərinə aid minalarla bağlı heç bir məlumat yoxdur:

"Təcrübəyə əsasən, döyüşlər bitdikdən sonra, minalarla bağlı iki mənbədən məlumat alınır: xəritələrdən və yerli əhalidən. Bu məlumatlar əsasında minalanmış ərazilərin konturları müəyyən olunur və təmizlənmə aparılır. Bizdə isə verilən xəritələr dəqiq deyil. Məlumat toplamaq üçün yerli əhali də yoxdur. Ona görə də biz qarış-qarış qabağa gedirik".

H.Səfixanov bildirir ki, prosesdə beynəlxalq dəstək olsa da, onun həcmi bizim problemin miqyasına adekvat deyil:

"Minatəmizləmə çox vaxt və pul aparan işdir. Beynəlxalq birliklərdən cəmi beş faiz yardım ala bilirik".

İB sədri qeyd edir ki, əhalinin işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə mina qayğıları daha da artır:

"Hər ay mina qurbanlarının sayı artır. Bizim qurbanların sayı Cənubi Qafqazın digər ərazilərindəki mina qurbanlarının sayından ən azı iki dəfə çoxdur. İnsanlarımız şüurlu şəkildə təlimatlara əməl etməlidirlər".

H.Səfixanovun sözlərinə görə, mina probleminin nə vaxt bitəcəyi ilə bağlı dəqiq proqnoz vermək çətindir:

"Görülən işlər ona hesablanır ki, minatəmizləmə ilə bağlı vaxt qısalsın. Konkret vaxt demək isə çox çətindir. Qarabağın içərilərinə getdikcə hansı ərazilərdə nə olduğunu bilmirik".

Xatırladaq ki, 2020-ci ilin noyabrından 2025-ci il iyunun 1-dək olan müddətdə işğaldan azad edilmiş ərazilərdəki mina qurbanlarının sayı 398 nəfər təşkil edib. Onlardan 70 nəfəri həlak olub, 328 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Mado”da müştərinin bahalı çantası oğurlandı

“Mado”da müştərinin bahalı çantası oğurlandı

Güclü fırtına argentinalıları qorxuya saldı – ANBAAN VİDEO

Güclü fırtına argentinalıları qorxuya saldı – ANBAAN VİDEO

Tom Kruz ilk dəfə “Oscar” mükafatı aldı – VİDEO

Tom Kruz ilk dəfə “Oscar” mükafatı aldı – VİDEO

Onlar hələ də nizə və oxlarla döyüşürlər – ANBAAN VİDEO

Onlar hələ də nizə və oxlarla döyüşürlər – ANBAAN VİDEO

Qənimət Zahidov Baş Prokurorluğa ÇAĞIRILDI

Qənimət Zahidov Baş Prokurorluğa ÇAĞIRILDI

Bir sorğuya 107 min manat xərclənməsi məsələsinə Emin Əmrullayevdən REAKSİYA

Bir sorğuya 107 min manat xərclənməsi məsələsinə Emin Əmrullayevdən REAKSİYA

BMT-dən HƏYƏCAN TƏBİLİ – Dünya dağıdıcı təhlükə ilə ÜZ-ÜZƏ

BMT-dən HƏYƏCAN TƏBİLİ – Dünya dağıdıcı təhlükə ilə ÜZ-ÜZƏ

Türkiyə MN Azərbaycanı təbrik etdi – FOTO

Türkiyə MN Azərbaycanı təbrik etdi – FOTO

III kurs tələbəsi vəfat etdi – FOTO

III kurs tələbəsi vəfat etdi – FOTO

“6 saatlıq dərs yükü olan kənd məktəblərinə müəllim tapmaq çətindir” – Emin Əmrullayev

“6 saatlıq dərs yükü olan kənd məktəblərinə müəllim tapmaq çətindir” – Emin Əmrullayev

“Sizə verilən pulu paylaşıb özünüzü güldürürsünüz” - VİDEO

“Sizə verilən pulu paylaşıb özünüzü güldürürsünüz” - VİDEO

İntim videolarla məşhurlaşan Zaur azadlığa çıxdı

İntim videolarla məşhurlaşan Zaur azadlığa çıxdı

Ağstafada yaşlı qadın su quyusuna düşüb öldü - FOTO

Ağstafada yaşlı qadın su quyusuna düşüb öldü - FOTO

Tam ştatlı müəllimlər bu qədər maaş alacaqlar – Nazirdən AÇIQLAMA

Tam ştatlı müəllimlər bu qədər maaş alacaqlar – Nazirdən AÇIQLAMA

Blogerin saxlanılması üçün MÜKAFAT təyin edildi

Blogerin saxlanılması üçün MÜKAFAT təyin edildi

Müəllimlərə ŞAD XƏBƏR – Əməkhaqqına əlavələr bu tarixdə ÖDƏNİLƏCƏK

Müəllimlərə ŞAD XƏBƏR – Əməkhaqqına əlavələr bu tarixdə ÖDƏNİLƏCƏK

Qaxda ata mülkünə görə dava: 65 yaşlı kişi bacısına xəsarət yetirdi

Qaxda ata mülkünə görə dava: 65 yaşlı kişi bacısına xəsarət yetirdi

Diplomatik korpus nümayəndələri üçün WUF13-ə dair məlumatlandırma sessiyası keçirilib – FOTO

Diplomatik korpus nümayəndələri üçün WUF13-ə dair məlumatlandırma sessiyası keçirilib – FOTO

SON DƏQİQƏ! Qazaxda mina PARTLAYIŞI - Xəsarət alan var

SON DƏQİQƏ! Qazaxda mina PARTLAYIŞI - Xəsarət alan var

Neftçalada Azərbaycan dilinin saflığının qorunmasına həsr olunan beynəlxalq konfrans keçirildi – FOTO

Neftçalada Azərbaycan dilinin saflığının qorunmasına həsr olunan beynəlxalq konfrans keçirildi – FOTO

Baş Prokurorluqdan Lənkəranda 2 nəfərin yanmış meyitinin aşkar edilməsi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Lənkəranda 2 nəfərin yanmış meyitinin aşkar edilməsi ilə bağlı AÇIQLAMA

AYNA-nın yeni avtobus zolağı Bakı-Sumqayıt yolunun tıxaclarını ARTIRDI – VİDEOREPORTAJ

AYNA-nın yeni avtobus zolağı Bakı-Sumqayıt yolunun tıxaclarını ARTIRDI – VİDEOREPORTAJ

Türkiyədə çaya düşən avtomobildən insanlar belə xilas edildi – ANBAAN VİDEO

Türkiyədə çaya düşən avtomobildən insanlar belə xilas edildi – ANBAAN VİDEO

İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər – FOTO

End of content

No more pages to load

RADİO