Azərbaycanda səsvermə yaşı 16-ya ENDİRİLİR? - Mühüm AÇIQLAMA

Birləşmiş Krallıq hökuməti səsvermə yaşının 18-dən 16-ya endirilməsi üzərində işləyir.

Bu barədə Baş nazirin müavini Ancela Reyner məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI :

Azərbaycanda ən yaşlı seçicinin 135 yaşı var – RƏSMİ


“Gənclər işləyərək, vergi ödəyərək, orduda xidmət edərək cəmiyyətə töhfə verirlər. Bu səbəbdən onların özlərinə aid məsələlərdə fikir ifadə etmələri normaldır” – deyə Reyner bildirib.

Ekspertlərin qənaətinə görə, hökumət bu yolla seçkidə zəif iştirak problemini aradan qaldırmaq istəyir.

Bu həm də yeniyetmələrə digər hüquqarı da tanıdacaq. O cümlədən də işləmək hüququ.

Bəs, belə bir təcrübənin ölkəmizdə tətbiqi nə dərəcədə effektiv ola bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib ki, Britaniyada səsvermə hüququnun 16 yaşa endirilməsi bilmirəm nə qədər ciddi məsələdir:

“Ciddi olsa bu artıq fundamental hüquqdur. İşləməksə sosial hüquqdur. Bunların hər biri fərqli məsələdir. Hesab edirəm ki, Uşaq Hüquqları Konvensiyasına görə uşaq o kəslər sayılır ki, yaşları 18-ə çatmayıb. Bizim də milli qanunvericilikdə bir neçə məsələ var ki, 18 yaşına çatmamış şəxslər həddi-buluğa çatmasalar da onlar müəyyən hərəkətlər edə bilər. Məsələn 15 yaşından sonra uşaqlar işləyə bilərlər.


Amma valideynin buna yazılı razılığı lazımdır.Ümumiyyətlə 18 yaşına çatmayan uşaqların müəyyən hərəkət etmələri üçün valideyn razılığı tələb olunur. Çünki valideynlər onların hərəkətinə görə məsuliyyət daşıyır.Yəni 18 yaşına çatmayan uşaqların işləməsi sosial hüquqla tənzimlənir. Amma səsvermə fundamental hüquqdur. Bu hüquqsa hər bir şəxsə yetkinlik yaşına çatanda verilir. Ona görə də ölkəmizdə də fundamental hüquq yaşının aşağı salınması doğru olmazdı”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İndiyə kimi çayı səhv dəmləyirmişik — Çox sadə üsulu var

İndiyə kimi çayı səhv dəmləyirmişik — Çox sadə üsulu var

Bu meyvə şirələrində uyğunsuzluqlar AŞKARLANDI – RƏSMİ/FOTO

Bu meyvə şirələrində uyğunsuzluqlar AŞKARLANDI – RƏSMİ/FOTO

Xırdalan bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

Xırdalan bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

MİQ imtahanlarının vaxtı AÇIQLANDI

MİQ imtahanlarının vaxtı AÇIQLANDI

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq – SİYAHI

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq – SİYAHI

Mehinin ölkədən çıxışı qadağan edilib- Özü açıqladı - Video

Mehinin ölkədən çıxışı qadağan edilib- Özü açıqladı - Video

Mingəçevirdə 198 min litr hazır pivə məhsulu aşkar edilib – DVX bunun qeydiyyatsız istehsal edildiyini deyir

Mingəçevirdə 198 min litr hazır pivə məhsulu aşkar edilib – DVX bunun qeydiyyatsız istehsal edildiyini deyir

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses başladı...

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses başladı...

Avtomobil bazarında SON VƏZİYYƏT

Avtomobil bazarında SON VƏZİYYƏT

Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider

Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider

Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi – FOTO

Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi – FOTO

Həsən Zeynalov birinci müavin TƏYİN EDİLDİ

Həsən Zeynalov birinci müavin TƏYİN EDİLDİ

Emili Ratajkovski eşq macəraları ilə milyonlar qazandı: 12 nəşriyyat arasında böyük "savaş"

Emili Ratajkovski eşq macəraları ilə milyonlar qazandı: 12 nəşriyyat arasında böyük "savaş"

Erlinq Haaland TikTok-da "əkiz bacısını" tapdı – FOTO

Erlinq Haaland TikTok-da "əkiz bacısını" tapdı – FOTO

Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU - ÖZƏL

Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU - ÖZƏL

Sarayda qardaşı arvadını mülkə görə öldürdü

Sarayda qardaşı arvadını mülkə görə öldürdü

Romao “Qarabağ”a qayıdır?

Romao “Qarabağ”a qayıdır?

Paşinyan: "Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq"

Paşinyan: "Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq"

Trampla bağlı suala reaksiyası gündəm oldu – VİDEO

Trampla bağlı suala reaksiyası gündəm oldu – VİDEO

"Milyarderlərin yay düşərgəsi"ndə Ceff Bezosun həyat yoldaşı DİQQƏT MƏRKƏZİNDƏ – FOTO

"Milyarderlərin yay düşərgəsi"ndə Ceff Bezosun həyat yoldaşı DİQQƏT MƏRKƏZİNDƏ – FOTO

Ucuz qiymətə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Ucuz qiymətə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Vəhşi heyvanlar harada və necə MÜALİCƏ olunur? – Çoxlarının bilmədiyi PROSES

Vəhşi heyvanlar harada və necə MÜALİCƏ olunur? – Çoxlarının bilmədiyi PROSES

Külək, yağış, 37° isti... - Sabahın havası

Külək, yağış, 37° isti... - Sabahın havası

bp və tərəfdaşları yeni sərgi zalları və “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya”nı təqdim etdi- FOTO/VİDEO

bp və tərəfdaşları yeni sərgi zalları və “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya”nı təqdim etdi- FOTO/VİDEO

End of content

No more pages to load

RADİO