Baş ağrısının səssiz səbəbləri: 5 əlamətə diqqət!

Baş ağrıları gündəlik həyatda çox rast gəlinən şikayətlərdən biridir. Lakin bir çox hallarda bu ağrıların səbəbi düşündüyümüz qədər aydın olmaya bilər.

Bizim.Media xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bəzi səssiz və fərq edilməyən vərdişlər baş ağrılarını tetikleyir. Onların qarşısını isə sadə dəyişikliklərlə almaq mümkündür.

1. Susuzluq

Baş ağrılarının ən çox yayılan səbəblərindən biri bədənin maye çatışmazlığıdır. Su az qəbul edildikdə, beynin həcmi müvəqqəti olaraq azalır və kəllə boşluğundan bir qədər uzaqlaşır.

Bu da döyünən və ya sıxıcı baş ağrısına səbəb olur. Həkimlər birdən-birə çox su içməkdənsə, mayeni yavaş-yavaş və qurtumla qəbul etməyi tövsiyə edirlər.

2. Stress

Stress zamanı boyun və baş dərisindəki əzələlər gərginləşir. Bu da gərginlik tipli baş ağrılarına yol açır. Bu ağrılar adətən başın ətrafında sıxılma və ya təzyiq hissi ilə müşahidə olunur.

Mütəxəssislər stresslə mübarizədə tənəffüs məşqləri, yüngül fiziki fəaliyyət və istirahətin faydalı olduğunu bildirirlər.

3. Yuxusuzluq və nizamsız yuxu

Keyfiyyətsiz və az yuxu da baş ağrısının mühüm səbəblərindəndir. Xüsusilə gecələr kifayət qədər yatmayan insanlarda səhər saatlarında ağrıların daha çox baş verdiyi müşahidə olunur.

Yuxu çatışmazlığı beyində ağrıya qarşı həssaslığı artırır. Nizamlı və keyfiyyətli yuxu, bu cür baş ağrılarının qarşısını almaqda əsas rol oynayır.

4. Sinus və allergiyalar

Burun tutulması, sinusların təzyiqi və allergik reaksiyalar nəticəsində sinus mənşəli baş ağrıları inkişaf edə bilər.

Alın, göz ətrafı və yanaqlarda hiss edilən bu ağrılar, adətən sinusların seliklə dolması və ya infeksiya ilə bağlı olur. Əsas səbəbin müalicəsi ilə bu ağrılar da aradan qalxır.

5. Boyun və çiyin problemləri

Başın arxa hissəsində başlayan və bəzən gözə yayılan baş ağrıları, boyun və onurğa mənşəli – servikogen baş ağrıları ola bilər. Bu cür ağrılar boyun hərəkətləri ilə daha da güclənir və bəzən ürəkbulanma, işığa həssaslıqla müşayiət olunur.

Həkimə nə zaman müraciət etməli?

- Baş ağrılarının çoxu ev şəraitində idarə oluna bilər. Lakin aşağıdakı hallarda mütləq mütəxəssisə müraciət edilməlidir:

- Ani və şiddətli (ildırım tipli) baş ağrıları

- Heç bir ağrıkəsiciyə cavab verməyən davamlı ağrılar

- Görmə itkisi, yüksək hərarət, yuxululuq və ya çaşqınlıqla müşayiət olunan ağrılar

- Zamanla xarakteri dəyişən və ya güclənən baş ağrıları

- Baş zədəsindən sonra yaranan ağrılar

Baş ağrısının səbəbini düzgün anlamaqla həm həyat keyfiyyətini artırmaq, həm də daha ciddi sağlamlıq problemlərinin qarşısını almaq mümkündür.//E-saglam.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Paltformalar uşaqlarla bağlı statistikanı açıqlasa, vəziyyətin nə qədər kritik olduğunu görərik”

“Paltformalar uşaqlarla bağlı statistikanı açıqlasa, vəziyyətin nə qədər kritik olduğunu görərik”

Dünya Çempionatının finalında ulduz paradı: Castin Biber, Madonna, Şakira…

Dünya Çempionatının finalında ulduz paradı: Castin Biber, Madonna, Şakira…

Ərdoğan: "Cənubi Qafqaz məsələsini Trampla istənilən vaxt telefonla müzakirə edə bilərik"

Ərdoğan: "Cənubi Qafqaz məsələsini Trampla istənilən vaxt telefonla müzakirə edə bilərik"

Trampın gözlənilməz etirafı: "Mən Leninlə eyni səviyyədə tarixin ən böyük kommunisti ola bilərdim"

Trampın gözlənilməz etirafı: "Mən Leninlə eyni səviyyədə tarixin ən böyük kommunisti ola bilərdim"

Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin

Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin

SON DƏQİQƏ! İrandan İordaniyadakı ABŞ bazasına raket hücumu – VİDEO

SON DƏQİQƏ! İrandan İordaniyadakı ABŞ bazasına raket hücumu – VİDEO

Ərdoğanın hədiyyəsi polisə təhvil verildi – Foto

Ərdoğanın hədiyyəsi polisə təhvil verildi – Foto

Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

Uşaqlar telefonu əlindən qoymur, valideynlərin səsi çıxmır... – Gələcək nəsli qorumaq üçün ictimai qınaq ZƏRURƏTİ

Uşaqlar telefonu əlindən qoymur, valideynlərin səsi çıxmır... – Gələcək nəsli qorumaq üçün ictimai qınaq ZƏRURƏTİ

AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurub - FOTO

AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurub - FOTO

İndiyə kimi çayı səhv dəmləyirmişik — Çox sadə üsulu var

İndiyə kimi çayı səhv dəmləyirmişik — Çox sadə üsulu var

Bu meyvə şirələrində uyğunsuzluqlar AŞKARLANDI – RƏSMİ/FOTO

Bu meyvə şirələrində uyğunsuzluqlar AŞKARLANDI – RƏSMİ/FOTO

Xırdalan bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

Xırdalan bələdiyyəsinin sabiq sədri ilə bağlı cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

MİQ imtahanlarının vaxtı AÇIQLANDI

MİQ imtahanlarının vaxtı AÇIQLANDI

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq – SİYAHI

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq – SİYAHI

Mehinin ölkədən çıxışı qadağan edilib- Özü açıqladı - Video

Mehinin ölkədən çıxışı qadağan edilib- Özü açıqladı - Video

Mingəçevirdə 198 min litr hazır pivə məhsulu aşkar edilib – DVX bunun qeydiyyatsız istehsal edildiyini deyir

Mingəçevirdə 198 min litr hazır pivə məhsulu aşkar edilib – DVX bunun qeydiyyatsız istehsal edildiyini deyir

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses başladı...

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses başladı...

Avtomobil bazarında SON VƏZİYYƏT

Avtomobil bazarında SON VƏZİYYƏT

Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider

Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider

Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi – FOTO

Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi – FOTO

Həsən Zeynalov birinci müavin TƏYİN EDİLDİ

Həsən Zeynalov birinci müavin TƏYİN EDİLDİ

Emili Ratajkovski eşq macəraları ilə milyonlar qazandı: 12 nəşriyyat arasında böyük "savaş"

Emili Ratajkovski eşq macəraları ilə milyonlar qazandı: 12 nəşriyyat arasında böyük "savaş"

Erlinq Haaland TikTok-da "əkiz bacısını" tapdı – FOTO

Erlinq Haaland TikTok-da "əkiz bacısını" tapdı – FOTO

End of content

No more pages to load

RADİO