Düyü idxalında kəskin azalma qiymətlərə necə təsir edəcək?

Azərbaycana düyü idxalında əhəmiyyətli azalma müşahidə olunur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında ölkəyə 27 min 210 ton düyü gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,5% azdır. İdxal dəyəri də 23,8% azalaraq 25,8 milyon dollar səviyyəsində qeydə alınıb. Bu dövrdə Azərbaycana idxal olunan düyünün bir kiloqramının orta qiyməti 1,61 manat olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 1,77 manat idi. Bu da illik müqayisədə 16 qəpik və ya 9% azalma deməkdir. Maraqlıdır, Azərbaycana düyü idxalının azalmasına səbəb nədir? Bu tendensiya davam edəcəkmi? İdxalın azalması bazara necə təsir göstərəcək?

Bizim.Media bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

İstehlakçı davranışları dəyişir

İqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirir ki, düyü üzrə əsas ixracatçı olan ölkələrdə iqlim dəyişikliyi səbəbindən qlobal bazarda düyünün qiymətlərində ciddi artım müşahidə olunur:

"Təbii ki, bu vəziyyət Azərbaycanın da daxil olduğu idxalçı ölkələrin bazar davranışına təsir göstərib. Artan qiymətlər fonunda Azərbaycana gətirilən düyü həcmi azalıb və bu da yerli istehsalçılar üçün nisbətən əlverişli imkan yaradıb".

Professorun sözlərinə görə, son dövrlərdə sağlam qidalanmaya marağın artması da düyü istehlakına təsir göstərib: "Bizdə düyüdən adətən, plov bişirmək məqsədilə istifadə olunur. Plov milli mətbəximizin şah yeməyi sayılsa da, sağlam qidalanmaya meyllərin artması bu yeməyə olan marağı azaldıb. Son illər istehlakçılar arasında qarabaşaq, bulqur kimi alternativ taxılların populyarlığı artmaqdadır. Bu dəyişiklik, bir tərəfdən düyüyə olan ümumi tələbatı azaltsa da, digər tərəfdən bazarda yeni çağırışlar yaradıb".

Qiymətlər dəyişə bilər

Ekspert vurğulayır ki, bu şəraitdə yerli məhsulun bazar payının artması mümkündür. Lakin keyfiyyət və çeşid baxımından yerli məhsullar hələ ki, idxal düyülərini tam əvəz edə bilmir.

Əli Əlirzayev deyir ki, düyü idxalındakı azalma Azərbaycanın ərzaq təhlükəsizliyini gücləndirmək istiqamətində atılmış önəmli addımdır. Lakin bu uğurun davamlı olması üçün kompleks tədbirlərin həyata keçirilməsi vacibdir: "Yerli istehsal artırılmalı, məhsulun keyfiyyəti yüksəldilməli və bazar tənzimlənməlidir. Əks halda, əldə olunan nəticələr uzunmüddətli olmayacaq".
 

İdxaldan asılılıq davam edəcək

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, son illərdə Azərbaycanda aqrar məhsullarının istehsalında artım müşahidə olunur: "Yerli istehsalın güclənməsi, xüsusilə də düyü sahəsində məhsuldarlığın yüksəlməsi diqqət çəkir. Məhsuldarlıqda müşahidə olunan artım əsasən daha keyfiyyətli toxumların əkilməsi, aqrotexniki xidmətlərin yaxşılaşdırılması və dövlət tərəfindən ayrılan subsidiyalarla bağlıdır. Subsidiyalar imkan verir ki, aqrotexniki xidmətlər daha keyfiyyətli həyata keçirilsin. Bu da nəticə etibarilə məhsuldarlığın artmasına və yerli istehsalın güclənməsinə səbəb olur. Nəticədə, düyü idxalında müəyyən azalma müşahidə edilir".
 

Lakin mütəxəssis onu da vurğulayır ki, yerli istehsalın artması ilə yanaşı, düyü üzrə özünütəminetmə səviyyəsi hələ də çox aşağıdır. Ölkənin bu məhsul üzrə xaricdən asılılığı davam edir və yaxın illərdə tam daxili tələbatın ödənilməsi real görünmür: "Ölkədə düyü əsasən Mərkəzi Aran və cənub bölgələrində əkilir. Digər regionlarda isə iqlim və su təminatı bu sahə üçün yetərli deyil".


Ekspertin fikrincə, bu şərtlər daxilində ölkənin ümumi düyü tələbatını daxili istehsal hesabına ödəmək hazırkı mərhələdə mümkün deyil. Bu isə o deməkdir ki, yaxın gələcəkdə də ölkə xaricdən düyü idxalını davam etdirmək məcburiyyətində qalacaq.

Yerli istehsalçılar bazarda 15-20 faiz paya malikdirlər

İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, çəltikçiliyin inkişafına dair dövlət proqramlarının icrası nəticəsində bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə olunub: "Çəltik istehsalı xeyli genişlənib. İstehsal həcmi ümumi tələbatı ödəməyə yetməsə də, keyfiyyət göstəriciləri baxımından yerli düyü idxal olunan məhsulların əksəriyyətindən üstündür. İstehsalın genişlənməsi paralel olaraq ölkə daxilində bu məhsula olan marağı da artırıb. Azərbaycan düyüsü istehlak edən ailələrin sayı ildən-ilə artır. Yerli istehsalçılar artıq müəyyən bazar seqmentinə sahibdirlər. Bu, sektor üçün mühüm göstəricidir".

 

Ekspert əlavə edir ki, 2023-cü ildə Hindistanın düyü ixracına tətbiq etdiyi məhdudiyyətlər qlobal bazarda qiymət artımına səbəb olub. Bu vəziyyət Azərbaycanda yerli istehsalçılar üçün bir fürsətə çevrilib: "İdxalın azalması fonunda yerli istehsalçılar bazarda boşluğu doldurmaq üçün fəaliyyətlərini genişləndirdilər. Beləliklə, onlar daxili bazarda daha möhkəm mövqe tutmağa başladılar. Bu müsbət dinamika yaxın illərdə də davam edəcək. Bu, həm bazarda rəqabəti artıracaq, həm də yerli məhsula etimadı gücləndirəcək".


Bununla belə, ekspert qeyd edir ki, idxalın azalması hələlik qiymətlərə ciddi təsir göstərməyəcək: "Əgər yerli istehsalçılar bazarın 50 faizinə sahiblənsələr, bu zaman qiymətlərdə müəyyən ucuzlaşma müşahidə oluna bilər. Lakin mövcud iqlim və su ehtiyatları bu səviyyədə istehsala hələlik imkan vermir. Azərbaycanda düyü istehlakı ildə 70 min tona yaxındır. Bunun 75-80 faizi idxal hesabına qarşılanır. Hazırda yerli düyü istehsalçılarının bazar payı 15-20 faiz civarındadır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Şəfa” niderlandlı futbolçu transfer etdi

“Şəfa” niderlandlı futbolçu transfer etdi

Katex çayına gələn seldən belə xilas edildilər - VİDEO

Katex çayına gələn seldən belə xilas edildilər - VİDEO

Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ləğv edildi - Qazdan istifadə qaydaları YENİLƏNDİ

Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ləğv edildi - Qazdan istifadə qaydaları YENİLƏNDİ

Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO

Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO

Xəstəxanalar 5 ildən bir akkreditasiyadan keçəcək – QƏRAR

Xəstəxanalar 5 ildən bir akkreditasiyadan keçəcək – QƏRAR

Baş nazir ETSN-nin tabeliyindəki bəzi qurumların ştat vahidlərini TƏSDİQLƏDİ

Baş nazir ETSN-nin tabeliyindəki bəzi qurumların ştat vahidlərini TƏSDİQLƏDİ

Binalara enerji pasportu veriləcək – Baş nazirdən yeni qərar

Binalara enerji pasportu veriləcək – Baş nazirdən yeni qərar

Azərbaycanda qızılca və suçiçəyinə yoluxma KƏSKİN ARTIB

Azərbaycanda qızılca və suçiçəyinə yoluxma KƏSKİN ARTIB

Madyar: “Macarıstan Ukraynaya silah tədarük etməyəcək” – VİDEO

Madyar: “Macarıstan Ukraynaya silah tədarük etməyəcək” – VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Əhalinin gününü qaraldan yol problemi: "Heç vertolyot da bura enə bilməz" - VİDEO

Əhalinin gününü qaraldan yol problemi: "Heç vertolyot da bura enə bilməz" - VİDEO

Məhəmməd adı növbəti dəfə Britaniyada ən populyar AD SEÇİLDİ

Məhəmməd adı növbəti dəfə Britaniyada ən populyar AD SEÇİLDİ

Oğlu Leyla Quliyevanı belə sevindirdi - FOTO

Oğlu Leyla Quliyevanı belə sevindirdi - FOTO

DİQQƏT! Bakının bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Bakının bəzi ərazilərində qaz kəsiləcək

SEPAH ABŞ dronunu belə məhv etdi – ANBAAN VİDEO

SEPAH ABŞ dronunu belə məhv etdi – ANBAAN VİDEO

Son 2 gündə İrana endirilən zərbələrin SAYI AÇIQLANDI

Son 2 gündə İrana endirilən zərbələrin SAYI AÇIQLANDI

“Uşaqlara sosial şəbəkə məhdudiyyəti qoyulursa, alternativlərin təşkili nəzərə alınmalıdır”

“Uşaqlara sosial şəbəkə məhdudiyyəti qoyulursa, alternativlərin təşkili nəzərə alınmalıdır”

Bakıda kişi keçmiş arvadını küçədə güllələdi - VİDEO

Bakıda kişi keçmiş arvadını küçədə güllələdi - VİDEO

Azərbaycanda autizm sindromlu əlilliyi olan uşaqların sayı açıqlandı - ÖZƏL

Azərbaycanda autizm sindromlu əlilliyi olan uşaqların sayı açıqlandı - ÖZƏL

Xameneinin cənazəsi Məşhədə belə gətirildi - VİDEO

Xameneinin cənazəsi Məşhədə belə gətirildi - VİDEO

Sürücülərin DİQQƏTİNƏ – Bu yollarda təmir işləri aparılır - VİDEO

Sürücülərin DİQQƏTİNƏ – Bu yollarda təmir işləri aparılır - VİDEO

Kartla ödənişdə çoxlarının bilmədiyi detal- Açıqlama

Kartla ödənişdə çoxlarının bilmədiyi detal- Açıqlama

Cennifer Lopez Parisdə mini geyimi ilə diqqətləri üzərinə çəkdi – FOTO

Cennifer Lopez Parisdə mini geyimi ilə diqqətləri üzərinə çəkdi – FOTO

Bakının məşhur parkı baxımsız qalıb - FOTO

Bakının məşhur parkı baxımsız qalıb - FOTO

End of content

No more pages to load

RADİO