5-ci “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatdı - 124 nəfər mübarizə aparıb - FOTO

“Yüksəliş” müsabiqəsinin üç gün davam edən final mərhələsi iyulun 20-də beşinci başa çatıb.

Bizim.Media xəbər verir ki, final mərhələsinin üçüncü günündə Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, energetika naziri Pərviz Şahbazov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, xarici işlər naziri Ceyhun Bayramov, ədliyyə naziri Fərid Əhmədov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, mədəniyyət naziri Adil Kərimli, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, səhiyyə naziri Teymur Musayev, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

İştirakçılar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi ilə “Növbədənkənar kollegiya iclası” keysi üzrə tapşırıqları yerinə yetiriblər.

Mentorların suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra idarəçi rəhbərlər tərəfindən qiymətləndiriliblər. Belə ki, hər masaya təyin edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə edilib.

Beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları üç iş günü ərzində açıqlanacaq.
 

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 124 nəfər iştirakçı mübarizə aparıb. Final mərhələsində iştirakçılar “İdarəçi rollar modeli” üzrə fərqli situasiyaları həll etməklə öz bilik və idarəetmə bacarıqlarını nümayiş etdiriblər.


Fevralın 28-də qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsinə 16 min 553 iştirakçı müraciət edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Dövlətimizin başçısı 2024-cü il dekabrın 18-də beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mbappe PSJ-dən 263 milyon avro tələb edir

Mbappe PSJ-dən 263 milyon avro tələb edir

“Azərbaycan daim ədalətin və haqqın tərəfdarı olub” - Fransanın Fəxri deputatı

“Azərbaycan daim ədalətin və haqqın tərəfdarı olub” - Fransanın Fəxri deputatı

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

"Mercedes"lə toqquşan "QAZel" yandı - Xəsarət alan var

"Mercedes"lə toqquşan "QAZel" yandı - Xəsarət alan var

Bakıda bu ev 5 milyon manata satılır - FOTO

Bakıda bu ev 5 milyon manata satılır - FOTO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi - CƏDVƏL

Zelenski sabah Türkiyəyə gedəcək

Zelenski sabah Türkiyəyə gedəcək

Trampdan SƏRT ADDIM – Rusiyadan sonra hədəfdə bu ölkələr var – SİYAHI

Trampdan SƏRT ADDIM – Rusiyadan sonra hədəfdə bu ölkələr var – SİYAHI

Macarıstanda tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul başladı

Macarıstanda tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul başladı

Rusiyada azərbaycanlı arvadını xilas edərkən öldü – VİDEO

Rusiyada azərbaycanlı arvadını xilas edərkən öldü – VİDEO

Bu qəsəbələr 1 saat işıqsız qalacaq

Bu qəsəbələr 1 saat işıqsız qalacaq

“Süni intellektlə bağlı ABŞ-ın böyük təcrübəsini öyrənə bilərik” - Fariz İsmayılzadə

“Süni intellektlə bağlı ABŞ-ın böyük təcrübəsini öyrənə bilərik” - Fariz İsmayılzadə

Fərhad Məmmədov: “Rəsmi Vaşinqtonun Azərbaycana yanaşma tərzi dəyişib”

Fərhad Məmmədov: “Rəsmi Vaşinqtonun Azərbaycana yanaşma tərzi dəyişib”

Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlxalq səviyyədə təsdiqləndi

Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlxalq səviyyədə təsdiqləndi

Azərbaycan Prezidentindən latviyalı həmkarına TƏBRİK MƏKTUBU

Azərbaycan Prezidentindən latviyalı həmkarına TƏBRİK MƏKTUBU

Cəzaçəkmə müəssisələrində İİV-profilaktikası ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirildi

Cəzaçəkmə müəssisələrində İİV-profilaktikası ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirildi

İlham Əliyev Oman Sultanını təbrik etdi

İlham Əliyev Oman Sultanını təbrik etdi

Kiyevdə Azərbaycan abidələrinin hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənməsinə başlanıldı - FOTO/VİDEO

Kiyevdə Azərbaycan abidələrinin hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənməsinə başlanıldı - FOTO/VİDEO

DYP ötmə qaydası ilə bağlı sürücülərə əsas ŞƏRTİ AÇIQLADI

DYP ötmə qaydası ilə bağlı sürücülərə əsas ŞƏRTİ AÇIQLADI

Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – ÖZƏL/FOTOFAKT

Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – ÖZƏL/FOTOFAKT

Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? – VİDEO

Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? – VİDEO

Rusiyada qaz xətti partladı – ANBAAN VİDEO

Rusiyada qaz xətti partladı – ANBAAN VİDEO

Tramp bu gün Ağ Evdə Kriştiano Ronaldonu qəbul edəcək

Tramp bu gün Ağ Evdə Kriştiano Ronaldonu qəbul edəcək

Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Numan Kurtulmuşla görüşdü – FOTO

Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Numan Kurtulmuşla görüşdü – FOTO

End of content

No more pages to load

RADİO