Arayikgilin MƏHKƏMƏSİ: Zərər çəkənlər ifadə verdilər - FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 18-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Orxan Nəcəfov ifadəsində 2023-cü il sentyabrın 19-da antiterror əməliyyatları zamanı Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən artilleriya atəşi nəticəsində xəsarətlər aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında hadisə zamanı yanında olan hərbçi yoldaşları İsa İsayevin, İsmayıl Xanalıyevin, Mikayıl Həmidlinin və Sakit Aslanovun yaralandıqlarını qeyd edib.
 

Zərərçəkmiş Bərzani Atayev diqqətə çatdırıb ki, 2023-cü il sentyabrın 19-da Ağdərə rayonunda tibb məntəqəsinin feldşeri olaraq yaralıları təxliyə edərkən düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində xəsarət alıb. “Baxmayaraq ki, nəqliyyat vasitəsinin üzərində aypara şəkli var idi”, - deyə o əlavə edib.


Raqif Əliyev ifadəsində antiterror əməliyyatları zamanı sentyabrın 20-də Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin yaxınlığında olduğu avtomobili minaatanla vurması nəticəsində xəsarət aldığını, yaralananların və bir nəfərin şəhid olduğunu söyləyib.

O, təqsirləndirilən şəxs David Manukyanın sualına cavabında “qarşı tərəfin məqsədi azərbaycanlıları məhv etmək idi, başqa məqsədlərini bilmirəm” deyib.

Zərərçəkmiş şəxs Kərəm Məmmədov ifadəsində 1990-cı il martın 7-də Ermənistanda girov saxlanıldığını bildirib. O, Zəngilan rayonu ilə Qafan rayonu arasındakı rabitə xəttini bərpa etmək üçün “UAZ” markalı avtomobillə həmin əraziyə getdiyini qeyd edib. Onunla birlikdə işçiləri Bağırov Şakir Əvəz oğlu və Zəngilan rayon rabitə qovşağının sürücüsü Emin, həmçinin komendantın köməkçisi Emin adlı şəxs olub.

Səfiyar Məhəmmədli, Şükür Zeynalov və Elvin Məmmədov ifadələrində antiterror əməliyyatları zamanı Ağdərə, Əliqismət Nuriyev isə Xocalı istiqamətində xəsarət aldıqlarını bildiriblər.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Fərid Zeynalov qeyd edib ki, antiterror əməliyyatları zamanı Ağdam rayonunda yaralı hərbi qulluqçuları gətirmək üçün gedərkən tibbi nəqliyyat vasitəsi raketlə vurulub. Nəticədə o və briqadanın tibb məntəqəsi rəisi Fərhad Tağıyev yaralanıblar.

Rəvan Şərifzadə ifadəsində antiterror tədbirləri zamanı - sentyabrın 19-dan 20-nə keçən gecə Vəng kəndinin yaxınlığında yaralandığını söyləyib.

Nəsib Ələkbərov ifadəsində deyib ki, 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən təxribat xarakterli genişmiqyaslı hərəkətlərin törədilməsinin qarşısını alarkən Daşkəsən rayonu ərazisində qarşı tərəfdən atılan artilleriya mərmisinin partlaması nəticəsində adlarını hazırda xatırlamadığı hərbi qulluqçular şəhid olublar. Eyni zamanda, o və daha bir neçə hərbçi müxtəlif növ bədən xəsarətləri alıb.

İmran Bayramov Kəlbəcər-Ağdərə istiqamətində hücumun qarşısını almaq istəyərkən qarşı tərəfdən atılmış əl qumbarasının partlaması nəticəsində xəsarət aldığını bildirib.

Famil Məmmədov Vəng kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində özünün və daha bir azərbaycanlı hərbçinin yaralandığını, İlham Şəmşiyevin şəhid olduğunu qeyd edib.

Antiterror əməliyyatları zamanı xəsarət almış digər zərərçəkmişlər - Elşən İbrahimli və Tural Məmmədov Ağdam rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısını alarkən yaralandıqlarını diqqətə çatdırıblar.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi iyulun 21-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 ay fasiləsiz hıcqırdı, diaqnoz qoyulmadı — SƏBƏB

6 ay fasiləsiz hıcqırdı, diaqnoz qoyulmadı — SƏBƏB

Balaəli ikinci dəfə ata olacaq

Balaəli ikinci dəfə ata olacaq

Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların SAYI AÇIQLANDI

Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların SAYI AÇIQLANDI

Azərbaycan 14 fələstinli tələbəni Qəzzadan təxliyə etdi – FOTO

Azərbaycan 14 fələstinli tələbəni Qəzzadan təxliyə etdi – FOTO

Yaşar Gülər azərbaycanlı qazilərlə görüşdü – FOTO

Yaşar Gülər azərbaycanlı qazilərlə görüşdü – FOTO

Səidə Bəkirqızı yenidən “SpaceTV”yə QAYIDIR – ÖZƏL

Səidə Bəkirqızı yenidən “SpaceTV”yə QAYIDIR – ÖZƏL

Qubadakı qəzada sürücünün 13 yaşlı qızı həyatını itirdi - TƏFƏRRÜAT

Qubadakı qəzada sürücünün 13 yaşlı qızı həyatını itirdi - TƏFƏRRÜAT

Azərbaycanın “AI-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr - CƏDVƏL

Azərbaycanın “AI-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr - CƏDVƏL

SON DƏQİQƏ! Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya GƏLƏCƏK

SON DƏQİQƏ! Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya GƏLƏCƏK

Faciəvi qəzada həyatını itirən bacı-qardaşın babası DANIŞDI – VİDEO

Faciəvi qəzada həyatını itirən bacı-qardaşın babası DANIŞDI – VİDEO

“Bakı Fintex Forumu 2025” keçiriləcək

“Bakı Fintex Forumu 2025” keçiriləcək

Vərəmə yoluxma halları 1000-i keçdi – Bu şəxslər üçün RİSK BÖYÜKDÜR

Vərəmə yoluxma halları 1000-i keçdi – Bu şəxslər üçün RİSK BÖYÜKDÜR

Bakı-Quba yolunda AĞIR QƏZA – Ölən var - ÖZƏL

Bakı-Quba yolunda AĞIR QƏZA – Ölən var - ÖZƏL

Formula 2-də QƏZA baş verdi – FOTO

Formula 2-də QƏZA baş verdi – FOTO

Firad Əliyevə yüksək vəzifə verildi

Firad Əliyevə yüksək vəzifə verildi

DİN-dən "Formula 1"lə bağlı MÜRACİƏT – VİDEO

DİN-dən "Formula 1"lə bağlı MÜRACİƏT – VİDEO

Bu hücumçu “Neftçi”yə KEÇƏ BİLƏR

Bu hücumçu “Neftçi”yə KEÇƏ BİLƏR

Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Sənin də vaxtın çatacaq - Katz hədələdi

Sənin də vaxtın çatacaq - Katz hədələdi

Azərbaycanda 78 yaşlı nənə tələbə oldu – VİDEO

Azərbaycanda 78 yaşlı nənə tələbə oldu – VİDEO

Adı aylıq, özü 28 günlük… - “Azercell”dən internetlə bağlı narazılıqlara CAVAB

Adı aylıq, özü 28 günlük… - “Azercell”dən internetlə bağlı narazılıqlara CAVAB

AZAL yeni "Airbus A320neo" təyyarəsi alıb – FOTO

AZAL yeni "Airbus A320neo" təyyarəsi alıb – FOTO

Aeroportdakı taksi tarifləri ilə bağlı araşdırma BAŞLANILDI

Aeroportdakı taksi tarifləri ilə bağlı araşdırma BAŞLANILDI

ADNSU-nun “Healwith” layihəsi “QS Təhsili yenidən təsəvvür et 2025” müsabiqəsinin qısa siyahısına daxil olub - FOTO

ADNSU-nun “Healwith” layihəsi “QS Təhsili yenidən təsəvvür et 2025” müsabiqəsinin qısa siyahısına daxil olub - FOTO

End of content

No more pages to load

RADİO