Hər şeyin təzəsi, təhsilin köhnəsi – İmtahanlara essenin salınması nəyi dəyişəcək?

DİM-in şöbə müdiri Natiq Əliyev rəsmi açıqlama verərək bildirib ki, esse yazısı gələcəkdə imtahanların bir hissəsi olacaq. DİM-in şöbə müdiri qeyd edib ki, esselərin tətbiqi ilkin olaraq magistraturaya qəbul imtahanlarında nəzərdə tutulur.

Maraqlıdır 15 ildən artıqdır ki, inşaları köhnəlmiş metod kimi imtahanlardan çıxaran qurum niyə geri dönüş etdi? Esse hansı məqsədlə geri qayıdır və təhsil sistemində hansı dəyişiklikləri vəd edir?

Mövzuyla əlaqədar təhsil eksperti Qafar Əmirov Bizim.Media-ya bildirib ki, esse, yəni inşanın daha qısa və təkmilləşmiş forması tələbələrin dil, məntiq və fikir yürütmə bacarıqlarını ortaya qoymaq üçündür.

“İnşalar son illərdə test formatının kölgəsində qalmışdı. Qısa suallar, işarələmələr, bir tərəfdən texnologiya müasir nəslin düşünmə və sərbəst fikir bildirmə bacarığını demək olar ki sıradan çıxarmışdı.

Şagird və tələbələr saatlarla sosial şəbəkələrdə vaxt keçirməkdən və ya hazır mətnlərdən istifadə etməkdən ünsiyyət bacarığını itiriblər. Esse onların fikir qurmağına və onu əsaslandırmaqla məntiqlərini inkişaf etdirməyə  imkan yaradacaq.
 

Ekspert bildirir ki, bu, tələbələrin gələcək əmək həyatında da işinə yarayacaq. Belə ki ünsiyyət bacarığı, düşüncə tərzi inkişaf etmiş tələbə əmək fəaliyyətinə daha tez adaptasiya ola, kolllektivdə özünü fərd olaraq təsdiqləyə biləcək.


Xatırladaq ki, inşa Azərbaycanda qəbul imtahanlarında 1992-2008-ci illər arasında mövcud idi. İnşa yazısı Azərbaycan dili fənni üzrə buraxılış və qəbul imtahanlarında tətbiq olunurdu.

Qiymətləndirmədə dil qaydaları, fikrin axıcılığı, kompozisiya quruluşu və orijinallıq əsas götürülürdü. 2009-cu ildən sonra Dövlət İmtahan Mərkəzi (keçmiş TQDK) tərəfindən test formatına keçid tam gücləndi və inşa imtahan formatından çıxarıldı.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda sərnişin avtobusundan kobud qayda pozuntusu - ANBAAN VİDEO

Sumqayıtda sərnişin avtobusundan kobud qayda pozuntusu - ANBAAN VİDEO

Azərbaycanda bu BOKT-un lisenziyası ləğv EDİLDİ

Azərbaycanda bu BOKT-un lisenziyası ləğv EDİLDİ

Putin G20-nin Mayami sammitində şəxsən iştirak edəcəkmi? – Kremldən AÇIQLAMA

Putin G20-nin Mayami sammitində şəxsən iştirak edəcəkmi? – Kremldən AÇIQLAMA

Ərini qətlə yetirən qadının məhkəməsi: "Oğlumu öldürdüyünü gizlədib" - FOTO

Ərini qətlə yetirən qadının məhkəməsi: "Oğlumu öldürdüyünü gizlədib" - FOTO

Aeroport şosesində qorxunc qəzanın ANBAAN VİDEOSU

Aeroport şosesində qorxunc qəzanın ANBAAN VİDEOSU

Bu il yol qəzalarında neçə nəfər HƏLAK OLUB?

Bu il yol qəzalarında neçə nəfər HƏLAK OLUB?

Aptek rəflərindən silinən tanış ad – “Maaloks” niyə YOXA ÇIXIB?

Aptek rəflərindən silinən tanış ad – “Maaloks” niyə YOXA ÇIXIB?

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

Bakıda “Iphone” oğrusu kameraya düşdü – ANBAAN VİDEO

Bakıda “Iphone” oğrusu kameraya düşdü – ANBAAN VİDEO

“Changers Academy” AzMİU-da təqdimat keçirdi: Gələcəyin karyera imkanları diqqət mərkəzində!

“Changers Academy” AzMİU-da təqdimat keçirdi: Gələcəyin karyera imkanları diqqət mərkəzində!

Hindistanın siqh diasporuna qarşı transmilli repressiyası ilə bağlı hesabat hazırlanıb

Hindistanın siqh diasporuna qarşı transmilli repressiyası ilə bağlı hesabat hazırlanıb

Ağdam, Qırmızı Bazar və Badara sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib – FOTO

Ağdam, Qırmızı Bazar və Badara sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib – FOTO

Qusarda su və qaz LAYİHƏLƏRİ – İcrası nə yerdədir? -FOTO

Qusarda su və qaz LAYİHƏLƏRİ – İcrası nə yerdədir? -FOTO

Tramp İrana son tarix təyin edib? - Ağ Ev AÇIQLADI

Tramp İrana son tarix təyin edib? - Ağ Ev AÇIQLADI

Arda Gülər zədələndi - Dünya çempionatına qatılacaqmı?

Arda Gülər zədələndi - Dünya çempionatına qatılacaqmı?

Səfərbərlik Xidmətinin daha üç rayon şöbəsində ƏMƏLİYYAT - Vəzifəli şəxslər Bakıya gətirilir...

Səfərbərlik Xidmətinin daha üç rayon şöbəsində ƏMƏLİYYAT - Vəzifəli şəxslər Bakıya gətirilir...

Aİ-dən ayrılan 90 milyard avro hara xərclənəcək? – Zelenskidən AÇIQLAMA

Aİ-dən ayrılan 90 milyard avro hara xərclənəcək? – Zelenskidən AÇIQLAMA

Avropa çempionatı: 2 qadın güləşçimiz yarımfinalda - FOTO

Avropa çempionatı: 2 qadın güləşçimiz yarımfinalda - FOTO

SON DƏQİQƏ! Səfərbərlik Xidmətinin Saatlı şöbəsində KORRUPSİYA ƏMƏLİYYATI – Saxlanılanlar var

SON DƏQİQƏ! Səfərbərlik Xidmətinin Saatlı şöbəsində KORRUPSİYA ƏMƏLİYYATI – Saxlanılanlar var

Neft Fondunun gəlirləri bu il 3,2 milyard manata yaxınlaşıb

Neft Fondunun gəlirləri bu il 3,2 milyard manata yaxınlaşıb

Bakının bu ərazisinə 2 gündür su gəlmir – Rəsmi AÇIQLAMA

Bakının bu ərazisinə 2 gündür su gəlmir – Rəsmi AÇIQLAMA

Donbasa Trampın adının verilməsinə Zelenskidən REAKSİYA

Donbasa Trampın adının verilməsinə Zelenskidən REAKSİYA

Bakı metrosunda qatarların hərəkəti tam bərpa olundu – RƏSMİ

Bakı metrosunda qatarların hərəkəti tam bərpa olundu – RƏSMİ

Felipe Santos “Turan Tovuz”a KEÇİR?

Felipe Santos “Turan Tovuz”a KEÇİR?

End of content

No more pages to load

RADİO