Azərbaycanlıların ən çox və ən az deportasiya olunduğu ölkələr - SİYAHI

Son on il ərzində Avropa İttifaqı ölkələrindən deportasiya olunan Azərbaycan vətəndaşlarının statistikası diqqətçəkən dinamika nümayiş etdirir. Rəqəmlər göstərir ki, 2015 - 2024-cü illər ərzində Avropa İttifaqı ölkələrindən ümumilikdə 13 460 nəfər azərbaycanlı deportasiya olunub.

Bizim.Media "Eurostat"dan əldə etdiyi məlumata əsasən, azərbaycanlıların ən çox və ən az deportasiya olunduğu Avropa İttifaqı ölkələrini təqdim edir.

Ən çox və ən az deportasiya edilən illər

Araşdırmanın nəticələrinə əsasən, ən yüksək deportasiya 2017-ci ildə qeydə alınıb. Həmin il Avropa ölkələri ümumilikdə 2005 nəfər azərbaycanlını deportasiya edib. Ən az deportasiya isə 2021-ci ildə baş verib, həmin il ümumilikdə 930 nəfər həmvətənimiz deportasiya olunub. 10 ildə isə ortalama olaraq hər il 1346 azərbaycanlı bu ölkələrdən deportasiya olunub.

İllər üzrə ən çox və ən az deportasiya həyata keçirən ölkələr

Hər il üzrə aparılan təhlil göstərir ki, ən çox deportasiya həyata keçirən ölkələr əsasən Almaniya, Fransa və İsveç olub.

2015-ci ildə ən çox deportasiya Almaniya tərəfindən həyata keçirilib. 135 nəfərlə Almaniya ümumi deportasiyaların 13,3%-ni təşkil edib. Ən az deportasiya isə Polşa və Litvada qeydə alınıb. Hər biri üzrə deportasiya edilən azərbaycanlıların sayı 20 nəfər olub.

2016-cı ildə də lider Almaniya olub, ən az göstərici isə Polşadadır. Həmin il Almaniyadan 315 nəfər, Polşadan isə 25 nəfər azərbaycanlı deportasiya edilib.

2017-ci il “rekordlar ili” adlandırıla bilər. Almaniya bu dəfə deportasiya statistikasında tam üstünlük nümayiş etdirib. 1305 nəfər azərbaycanlını ölkədən göndərərək bütün deportasiyaların 65,1 faizinə imza atıb. Litvada isə bu göstərici 35 nəfər olub.

2018-ci ildə də Almaniya yenə lider olub, həmin il 840 nəfər azərbaycanlı bu ölkədən deportasiya olunub. 55 nəfər azərbaycanlını deportasiya etməklə Polşa ən az göstəriciyə sahb olub.
 

2019-cu ildə deportasiya saylarında eniş müşahidə olunsa da, Almaniya liderliyi əldən verməyib. Həmin ildə bu ölkədən 585 azərbaycanlı deportasiya edilib. Litvada isə vəziyyət dəyişməyib. 30 nəfərlik deportasiya ilə bu ölkə bir daha statistikada ən sonda gəlib.


2020-ci il pandemiya səbəbindən sərhədlərin bağlandığı və insanların hərəkətinin məhdudlaşdığı dövr kimi yadda qalıb. Həmin ildə Almaniyada 320 nəfər azərbaycanlı ölkədən çıxarılıb. Polşa isə pandemiyanın fonunda da dəyişməyib, yenə 30 nəfər azərbaycanlı ölkədən deportasiya edilib.

2021-ci ildə Almaniyanı geridə qoyaraq Fransa önə çıxıb, bir il ərzində bu ölkədən 235 nəfər azərbaycanlı deportasiya edilib. Həmin il ən az göstərici 30 nəfər olmaqla Polşada qeydə alınıb.

2022-ci ildə Almaniyadan 300 nəfər azərbaycanlı deportasiya edilib, bu dəfə də o, ilk sırada qərarlaşıb. Niderland isə deportasiya statistikasında 50 nəfər azərbaycanlı ilə son sırada gəlib.

2023-cü il konkret ölkə deyil, müxtəlif ölkələri əhatə edən qrup statistikanın zirvəsinə yüksəlib. Həmin il ümumilikdə 1445 nəfər azərbaycanlı deportasiya edilib. Ən az deportasiya isə 75 nəfərlə Niderlandın payına düşüb.

2024-cü ildə isə yenidən Almaniya ən çox deportasiyanı reallaşdıran ölkə olub. Bu ölkədən bir il ərzində 500 nəfər azərbaycanlı çıxarılıb. Ötən il ən az azərbaycanlının deportasiya edildiyi ölkə 85 nəfərlə Niderland olub.

Bütün dövrlərdə Almaniyanın deportasiya sayında üstünlük təşkil etdiyi aydın görünür. İsveç, Niderland və Polşa daha az sayla fərqlənsə də, deportasiya siyasətində iştirakçı ölkələr sırasındadır.

Azərbaycanlıların deportasiya olunma səbəbləri

Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrindən deportasiyasına səbəb olan əsas hallar bunlardır:

Miqrasiya qanunvericiliyinin pozulması: viza müddətinin bitməsi, yaşayış icazəsinin olmaması və ya digər icazəsiz qalma halları;

Sığınacaq müraciətlərinin rədd edilməsi: qanunsuz mühacirət və ya sığınacaq üçün əsasların olmaması;

Cinayət törətmək və ya ictimai təhlükə yaratmaq: bu halda deportasiya qərarı məhkəmə və ya müvafiq qurumların qərarı ilə verilir;

Qanunsuz əmək fəaliyyəti: iş icazəsi olmadan işləmək və əmək bazarını pozmaq halları.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada dövlət böyüklüyündə torpaq sahələri SATILIR

Rusiyada dövlət böyüklüyündə torpaq sahələri SATILIR

İranda ölənlərin SAYI açıqlandı: ABŞ-İsrail zərbələrindən...

İranda ölənlərin SAYI açıqlandı: ABŞ-İsrail zərbələrindən...

Həcc mövsümündə Səuddiyə Ərəbistanına gedənlərə XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

Həcc mövsümündə Səuddiyə Ərəbistanına gedənlərə XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

End of content

No more pages to load

RADİO