Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirdi – FOTO /VİDEO

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ADA Universitetində Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına cəlb olunmuş dövlət qurumlarının nümayəndələri üçün “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar-tədbir keçirib.

Bizim.Media xəbər verir ki, qarşılıqlı fikir mübadiləsinin aparıldığı seminarın məqsədi azad edilmiş ərazilərə qayıdış prosesində vətəndaş iştirakçılığının təşkili və gücləndirilməsi ilə bağlı praktiki bilik və təcrübələrin paylaşılması olub.

Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən Böyük Qayıdışın ölkəmizin tarixində misilsiz hadisə olduğu, doğma yurda geri dönən həmvətənlərimizin təhlükəsiz yaşayışı və iqtisadi fəaliyyətə inteqrasiya üçün zəruri iş aparıldığı bildirilib.
 

Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına töhfə vermək məqsədilə keçmiş məcburi köçkünlərin yeni mühitə inteqrasiyasını asanlaşdırmaq, texniki və peşə bacarıqlarını inkişaf etdirmək, gəlir gətirən fəaliyyətlərə cəlb olunmalarını dəstəkləmək və vətəndaş iştirakçılığını artırmaq istiqamətində ardıcıl və planlı tədbirlər həyata keçirildiyini qeyd edib.


Vurğulanıb ki, bu fəaliyyətlər çərçivəsində məşğulluq imkanlarının genişləndirilməsi, gender bərabərliyinin təmin edilməsi və dayanıqlı inkişaf məqsədlərinin sosial-iqtisadi aspektlərinin gücləndirilməsi Dövlət Komitəsinin əsas prioritetləri sırasındadır.

İnteraktiv formada keçirilən seminarda iştirakçılar vətəndaş iştirakçılığı ilə bağlı beynəlxalq və yerli təcrübələri müzakirə edib. Eyni zamanda, Böyük Qayıdış çərçivəsində həyata keçirilən fəaliyyətlərin səmərəliliyinin artırılması məqsədilə dövlət qurumları arasında koordinasiyanın əhəmiyyəti vurğulanıb.

Seminar iştirakçıları belə tədbirlərin bilik və bacarıqların artırılması baxımından əhəmiyyətli olduğunu qeyd edərək, gələcəkdə də bu kimi maarifləndirici təşəbbüslərin davam etdirilməsinin vacibliyini ifadə ediblər.

Seminarda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Peşə Təhsili Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvləri iştirak ediblər.





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu aylarda doğulanlarla bağlı MARAQLI İDDİA

Bu aylarda doğulanlarla bağlı MARAQLI İDDİA

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

Nazirlik işə qəbul ELAN EDİR

Nazirlik işə qəbul ELAN EDİR

Roza Zərgərli qızı ilə — FOTO

Roza Zərgərli qızı ilə — FOTO

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

Fransada istilərə görə AES-in ikinci reaktoru da DAYANDIRILDI

Fransada istilərə görə AES-in ikinci reaktoru da DAYANDIRILDI

İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

Rütbə verilən bütün səfirlər bu universitetin məzunlarıdır - SİYAHI

Rütbə verilən bütün səfirlər bu universitetin məzunlarıdır - SİYAHI

End of content

No more pages to load

RADİO