Bakı-Tbilisi reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Sosial şəbəkədə Bakıdan Tbilisiyə getməli olan təyyarənin uçuş vaxtının üç dəfə dəyişdirilməsi, eləcə də sərnişinlərin uçuşa buraxılmaması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı AZAL-dan Bizim.Media-ya bildirilib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə hər iki istiqamətdə uçuş cədvəlində baş vermiş dəyişikliklər aviaşirkətin əməliyyat fəaliyyətinin tənzimlənməsi zərurəti ilə bağlı olub.

"Bu cür hallar hava gəmisinin bölgüsü, texniki xidmət qrafiki, marşrutların yüklənmə səviyyəsi, həmçinin sərnişinlərin təhlükəsizliyi və komfortunun təmin edilməsi məqsədilə tətbiq olunur.

Qeyd etmək istərdik ki, "Azərbaycan Hava Yolları" sərnişin yerlərinin qeyri-rəsmi satışı ilə məşğul olmur. Bütün yerləşdirmə yalnız rəsmi rezervasiya sistemləri vasitəsilə həyata keçirilir. Sərnişin yerlərinin üçüncü şəxslərə satılması ilə bağlı yayılan məlumatlar əsassızdır və aviaşirkətin fəaliyyət prinsiplərinə tamamilə ziddir.

Uçuşa buraxılış qaydalarına gəldikdə isə, qeydiyyat və pasport nəzarəti beynəlxalq qaydalara və hava limanının daxili prosedurlarına uyğun olaraq, müəyyən olunmuş müddətdə başa çatdırılır.

Qeydiyyat prosesi tamamlandıqdan və pasport nəzarəti bağlandıqdan sonra sərnişinlərin təyyarəyə qəbul edilməsi mümkün deyil. Beynəlxalq standartlara uyğun olaraq, uçuşa buraxılmayan sərnişinlərə müvafiq kompensasiya təklif olunur. Hər bir müraciət fərdi qaydada araşdırılır və bütün prosedurlar müəyyən olunmuş qaydalara əsasən həyata keçirilir.

Əlavə məlumat ilə bağlı sərnişinlər aviaşirkətə [email protected] elektron poçt ünvanı vasitəsilə və ya rəsmi kanallar vasitəsilə müraciət edə bilərlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ayan qızı ilə istirahətdə - FOTO

Ayan qızı ilə istirahətdə - FOTO

Tıxaclar iqtisadiyyata nə qədər zərər vurur? – Açıqlama

Tıxaclar iqtisadiyyata nə qədər zərər vurur? – Açıqlama

Bu aylarda doğulanlarla bağlı MARAQLI İDDİA

Bu aylarda doğulanlarla bağlı MARAQLI İDDİA

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

Nazirlik işə qəbul ELAN EDİR

Nazirlik işə qəbul ELAN EDİR

Roza Zərgərli qızı ilə — FOTO

Roza Zərgərli qızı ilə — FOTO

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

Fransada istilərə görə AES-in ikinci reaktoru da DAYANDIRILDI

Fransada istilərə görə AES-in ikinci reaktoru da DAYANDIRILDI

İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

End of content

No more pages to load

RADİO