BİZİM TƏQVİM:12 iyulda baş vermiş tarixi hadisələr

1724-cü ilin bu günündə Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü il sentyabrın 12-də bağlanmış Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. 

Həmin müqaviləyə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək bütün Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmiş, Cənubi Azərbaycanı öz əlində saxlamışdı. İstanbul müqaviləsi ilə Osmanlı imperatorluğu da bu bölgünü qəbul edib.

Eyni zamanda, müqaviləyə görə, Rusiya Gürcüstan və Xəzəryanı bölgələr istisna olmaqla Şimali Azərbaycanın Osmanlının nəzarətinə verilməsinə razılaşıb. Şirvan Osmanlının himayəsi altında müstəqil xanlıq statusu alıb. Nəticə etibarilə Azərbaycan torpaqları Rusiya, Osmanlı və Səfəvi dövlətləri arasında bölüşdürülüb. 

Bundan az sonra, 1724-cü il noyabrın 10-da isə çar I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə məşhur fərmanı imzalayıb. Fərmana əsasən, erməni ailələrinin ilk dəstəsinin Gilan və Mazandaran bölgələrinə, eləcə də rusların əlində olan Bakıya köçürülməsinə başlanılıb.

Bəs, iyulun 12-də dünyada daha hansı hadisələr baş verib?

1. 1916-cı ilin bu günündə Birinci Dünya müharibəsi zamanı dünyada ilk dəfə zəhərləyici kimyəvi maddə olan iprit tətbiq edilib.

2. Ərzağın qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən çıxarılmasının qarşısını almaq məqsədilə Qazax mahalının Salahlı və Şıxlı kəndlərində, eləcə də Poylu dəmiryol qəsəbəsində Azərbaycan Demokratik Cümhuriyyətinin 1918-ci il 12 iyul tarixli qərarı ilə sərhəd məntəqələri yaradıldı.

3. 12 iyul 1953-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunması barədə qərar qəbul olunub.

4. 1975-ci il iyulun 12-də Afrikanın bir neçə kiçik adadan ibarət San Tome və Prinsipi ərazisi Potuqaliyanın müstəmləkəçiliyindən azad olaraq dövlət müstəqilliyini elan etdi.

5. 12 iyul 1993-cü ildə Yaponiyanın Hokkaido adası sahillərində meydana gələn 7,7 gücündəki zəlzələ 5 - 30 metr hündürlüyündə tsunami yaradaraq 230 adamın həyatını itirməsinə səbəb oldu.  

6. 1993-cü ilin bu günündə Azərbaycan rəhbərliyinin tələbi ilə regiona səfərə gələn ATƏM-in (ATƏT 1995-ci ilədək belə adlanırdı) Minsk qrupunun sədri Mario Raffaelli erməni silahlı qüvvələrinin hücumlarına məruz qalan Ağdam rayonunda vəziyyətlə tanış olub.

Sonra Xankəndi və Yerevana gedən ATƏT rəsmisi ermənilərin girovluqdan azad etdikləri beş azərbaycanlı ilə yenidən Bakıya qayıdıb və Ermənistanın işğalının qarşısını almağa söz verib. Raffaellinin səfərinin "yekunu" olaraq iyulun 23-də erməni qüvvələri Ağdam şəhərini işğal etdilər.

7. 2006-cı ilin 12 iyulunda Hizbullah təşkilatının İsrailə mərmi hücumları və nəticədə 8 İsrail əsgərini əsir götürməsilə qəzəblənən İsrail ordusu Livana qarşı hərbi əməliyyata başladı. Cənubi Livanda 33 gün davam edən qarşıdurmalarda İsrail uduzdusa da, yüzlərlə yerli əhalinin ölümünə səbəb oldu.

8. 2020-ci ilin iyulun 12-də Ermənistan silahlı qüvvələri  Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar.

Bir neçə gün davam edən döyüşlərdə düşmənin diversiya qrupu geri otuzdurulub və ermənilər bu zaman xeyli canlı qüvvə və hərbi texnika itirib.

Azərbaycan tərəfdən isə 12 hərbçi və 1 mülki şəxs həlak olub. Şəhid olan hərbçilərimiz arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var idi. Onların hər ikisinə Azərbaycan Milli Qəhramanı adı verilib. 

12 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünyanın ən böyük sərkərdələrindən və dövlət xadimlərindən olan Qay Yuli Sezar eramızdan əvvəl 100-cü ildə anadan olub. Bir çox parlaq hərbi və siyasi qələbələrilə dünya tarixində özünəməxsus yer tutan məşhur Roma diktatoru e.ə. 44-cü il martın 15-də qiyamçılar tərəfindən qətlə yetirilib. (e.ə. 100-44)

2. İntibah dövründə ortaya çıxan "Humanizm" cərəyanının yaradıcısı Dezideri Erasmus 1536-cı ilin 12 iyulunda 69 yaşında həyatdan köçüb.  

3. Azərbaycan milli dramaturgiyasının banisi, böyük yazıçı və filosof Mirzə Fətəli Axundzadə 1812-ci ilin bu günü  anadan olub. 1834-cü ildə Tiflisə gələn Mirzə Fətəli Qafqaz canişinin baş dəftərxanasına şərq dilləri üzrə mütərcim təyin olunub və ömrünün sonunadək həmin vəzifədə çalışıb.
 

Mirzə Fətəli Axundzadə 1850-1856-cı illərdə yazdığı “Müsyo Jordan alimi-nəbatat və Dərviş Məstəli şah cadugüni-məşhur”, “Molla İbrahimxəlil kimyagər”, “Sərgüzəşti-mərdi-xəsis və ya Hacı Qara”, “Mürafiə vəkilləri”, “Xırs quldurbasan”, “Vəziri-xani-Lənkəran” komediyaları ilə Azərbaycan dramaturgiyasının əsasını qoyub. (1812-1878)


4. 12 iyul dahi Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin xatirə günüdür. Sabir yaradıcılığında ХIХ əsrin sonu - ХХ əsrin əvvəllərində Azərbaycanın ictimai həyatı bütün dolğunluğu ilə öz əksini tapıb. Şeirlərini əruz vəzninin ən oynaq bəhrlərində yazan Sabirin poeziyası sənətkarlıq, bədii forması və lirizmi ilə Azərbaycan, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatında xüsusi yer tutur. Onun şeirləri “Hophopnamə” adlı kitabda toplanıb. (1862-1911)

5. 1940-cı ilin bu günündə, Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzər dənizi ilə bağlı TƏHLÜKƏ– Ən güclü fırtınalar bu ərazidə baş verir

Xəzər dənizi ilə bağlı TƏHLÜKƏ– Ən güclü fırtınalar bu ərazidə baş verir

Lənkəranda bacı-qardaşın faciəvi ölümü ilə bağlı cinayət işi AÇILDI

Lənkəranda bacı-qardaşın faciəvi ölümü ilə bağlı cinayət işi AÇILDI

Məktəblilər üçün ŞAD xəbər: ağır çanta probleminə SON

Məktəblilər üçün ŞAD xəbər: ağır çanta probleminə SON

Rafael Fiziyevin döyüşü BAŞ TUTMAYACAQ?

Rafael Fiziyevin döyüşü BAŞ TUTMAYACAQ?

Ukrayna Rusiyanın daha iki neft emalı zavodunu vurdu – VİDEO

Ukrayna Rusiyanın daha iki neft emalı zavodunu vurdu – VİDEO

Yol Polisindən piyadalara ÇAĞIRIŞ – VİDEO

Yol Polisindən piyadalara ÇAĞIRIŞ – VİDEO

Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik?

Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik?

Balıq bahalaşdı - VİDEO

Balıq bahalaşdı - VİDEO

Ürək dərmanı ilə bağlı XƏBƏRDARLIQ - bu preparatla birlikdə qəbulu ölümcül ola bilər

Ürək dərmanı ilə bağlı XƏBƏRDARLIQ - bu preparatla birlikdə qəbulu ölümcül ola bilər

“Beşiktaş”dan biabırçı məğlubiyyət - VİDEO

“Beşiktaş”dan biabırçı məğlubiyyət - VİDEO

Əməkdar artist dağıstanlıların toyunda rəqsə dəvət olundu – VİDEO

Əməkdar artist dağıstanlıların toyunda rəqsə dəvət olundu – VİDEO

“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA

“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA

ABŞ ordusu narkotik daşıyan gəmini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ ordusu narkotik daşıyan gəmini belə məhv etdi – ANBAAN VİDEO

Bu gün süfrənizdə mütləq çiy soğan olsun – Səbəbinə təəccüblənəcəksiniz

Bu gün süfrənizdə mütləq çiy soğan olsun – Səbəbinə təəccüblənəcəksiniz

Sabunçu rayonunda yağışın yaratdığı acınacaqlı vəziyyət - VİDEO

Sabunçu rayonunda yağışın yaratdığı acınacaqlı vəziyyət - VİDEO

Tramp: “İstəməsək də, Ukrayna müharibəsindən pul qazanırıq” – VİDEO

Tramp: “İstəməsək də, Ukrayna müharibəsindən pul qazanırıq” – VİDEO

Vanqa 2026-cı ili necə görüb? - Yadplanetlilər gələcək və Putin...

Vanqa 2026-cı ili necə görüb? - Yadplanetlilər gələcək və Putin...

Rusiyadan Dneprə DƏHŞƏTLİ HÜCUM – Ölən və yaralananlar var – FOTO/VİDEO

Rusiyadan Dneprə DƏHŞƏTLİ HÜCUM – Ölən və yaralananlar var – FOTO/VİDEO

Saxta profil açanlara XƏBƏRDARLIQ - “Həbs oluna bilərsiniz”

Saxta profil açanlara XƏBƏRDARLIQ - “Həbs oluna bilərsiniz”

Estoniya hava məkanını pozan Rusiya qırıcılarının FOTOLARI

Estoniya hava məkanını pozan Rusiya qırıcılarının FOTOLARI

Rəsmi Bakıdan BƏYANAT – “Sülh sazişinin imzalanması üçün...”

Rəsmi Bakıdan BƏYANAT – “Sülh sazişinin imzalanması üçün...”

Oğru olmayan ölkədə yaşayan azərbaycanlı: “Bircə it-pişiyin yeyilməsinə dözə bilmirəm”- MÜSAHİBƏ

Oğru olmayan ölkədə yaşayan azərbaycanlı: “Bircə it-pişiyin yeyilməsinə dözə bilmirəm”- MÜSAHİBƏ

Suverenlik formulu

Suverenlik formulu

Formula 1-də İKİNCİ GÜN – Sıralama turu keçiriləcək

Formula 1-də İKİNCİ GÜN – Sıralama turu keçiriləcək

End of content

No more pages to load

RADİO