Göyün 7-ci qatından Azərbaycana gələn bəla – BİZİ NƏ GÖZLƏYİR?

Bu il Azərbaycanda yay mövsümünün ötən illərlə müqayisədə daha sərin və dəyişkən keçir.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, mütəxəssislər bunu jet stream adlanan, yüksək troposfer hava axınlarının dalğalanması ilə izah edirlər. 

Jet stream təxminən 10-15 km hündürlükdə qərbdən şərqə doğru hərəkət edən çox sürətli hava cərəyanıdır. 

Bu cərəyan qütb və mülayim enliklər arasındakı temperatur fərqləri nəticəsində yaranır və hava sistemlərinin hərəkətinə ciddi təsir edir. Normalda bu axınlar düz xətt üzrə hərəkət etsə də, bu il dalğalanaraq bəzi yerlərdə cənuba doğru dərin enişlər formalaşdırıb. 
 

Ölkəmizin yerləşdiyi qurşaq jet stream-in endiyi ərazilərdə yerləşir. Nəticədə, şimaldan gələn sərin hava kütlələri daha tez-tez və dərin şəkildə Azərbaycana daxil olur. Eyni zamanda günəş radiasiyasını azaldan buludlu və rütubətli hava şəraiti yayda tipik olan quru və isti havanı əvəzləyib. Bu da yay aylarında mülayim temperaturun və dəyişkən havaların müşahidə olunmasına səbəb olur.


Mütəxəssislər deyirlər ki, əgər bu cür dalğalanmalar davamlı xarakter alsa, Azərbaycanın 9 iqlim tipinə sahib olan müxtəlif bölgələri də öz xarakterini dəyişməyə başlayacaq. 

Normalda Qarabağda, Yuxarı Qarabağ və Şərqi Zəngəzurda yay ayları daha quru və günəşli keçir. 

Ancaq jet stream sərin hava gətirdikcə buludlu və yağıntılı günlər arta bilər, bu da kənd təsərrüfatında məhsuldarlığı dəyişə bilər. 

Məsələn, üzümçülük və taxılçılıq iqlim dəyişməsində ciddi şəkildə təsirlənə bilər. Abşeron yarımadası və Bakıda iqlim yarımsəhra və quraq subtropikdir. Bu bölgə artıq sərin, rütubətli və küləkli yaylarla üzləşir. 

Hərarətin azalması bir qədər komfort yaratsa da, yüksək rütubət və uzunmüddətli buludlu hava psixoloji və ekoloji tarazlığı poza bilər. Günəş enerjisi hasilatı kimi sahələrdə də azalma olacaq. Lənkəran-Astara zonasında jet stream-in təsiri ilə yağıntıların artması torpaq eroziyasını və daşqın riskini artıra bilər. 
 

Limon, çay və feyxoa kimi məhsulların keyfiyyətində dəyişiklik ola bilər. Qazax-Tovuz və Aran rayonlarında, əkinçilik üçün həyati önəm daşıyan bu bölgələrdə dəyişkən hava şəraiti əkin mövsümünü ləngidə və məhsulun yetişmə dövrünü uzada bilər. Aran zonasında uzun müddətli sərinlik torpaq temperaturunu aşağı salır. 



Naxçıvan kontinental iqlimə malik ərazidir. 

Burada jet stream-in təsiri ilə qışlar daha sərt, yaylar isə daha mülayim ola bilər. Bu, əhalinin yaşayış komfortunu artırsa da, kənd təsərrüfatı və su ehtiyatlarına təzyiq yarada bilər. Əgər jet stream-dəki bu dəyişkənliklər iqlim sistemimizin yeni reallığına çevrilərsə, artıq yalnız hava haqqında deyil, su ehtiyatları, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı strategiyaları haqqında ciddi düşünmək zamanıdır.

Nəticə olaraq, 2025-ci ilin yayında temperatur normadan 3-5 dərəcə aşağı müşahidə olunur. Günəşli günlərin sayı azalır. Nisbi rütubət yüksəlir, bu da insan bədəni üçün narahatlıq yaradır. Yağıntıların regionlar üzrə qeyri-bərabər paylanması müşahidə olunur. Hazırda yaşananlar qlobal iqlim dəyişikliklərinin lokal göstəricisi hesab olunur. Jet stream-də baş verən bu cür dəyişikliklər elə-belə hadisə deyil, bu iqlim sisteminin tarazlığının pozulmasının əlamətidir. 

Alimlərin fikrincə, Arktik bölgədə buzlaqların əriməsi nəticəsində temperatur fərqləri zəiflədikcə, jet stream-lər də əvvəlki qədər güclü və düz xətt üzrə hərəkət edə bilmir. Onların zəifləyib "dalğalanması" nəticəsində ekstremal hava şəraiti daha tez-tez baş verir. Bir yerdə sel, digər yerdə quraqlıq, bir bölgədə anormal isti, digərində isə kəskin soyuma baş verir.

Azərbaycan kimi keçid zonasında yerləşən ölkələr üçün bu xüsusilə kritikdir.
 

Mütəxəssislər proqnozlaşdırırlar ki, getdikcə su anbarlarının idarə olunması çətinləşəcək, məhsul planlaması qeyri-müəyyən duruma gələcək. Turizm sektoru mövsümi sabitliyini itirəcəksə, iqlimlə əlaqəli xəstəliklər artacaq.


Dalğalanmalar nəticəsində iqlim şəraitində baş verən dəyişikliklər beynəlxalq səviyyədə "iqlimlə əlaqəli sağlamlıq riskləri" adlanır və bu məsələ artıq ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) və bir çox tədqiqat institutları tərəfindən qlobal təhdid kimi tanınır. Azərbaycanda iqlim dəyişkənliyi fonunda artması gözlənilən xəstəlik qrupları və risklər də bəllidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmayıllıda TORPAQ SÜRÜŞMƏSİ – Üç ailənin yaşadığı ev yararsız duruma düşdü – VİDEO

İsmayıllıda TORPAQ SÜRÜŞMƏSİ – Üç ailənin yaşadığı ev yararsız duruma düşdü – VİDEO

Şokolad seçərkən nələrə diqqət etməli? – AQTA-dan AÇIQLAMA

Şokolad seçərkən nələrə diqqət etməli? – AQTA-dan AÇIQLAMA

“Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” konfransı nələrlə yadda qaldı? – FOTO

“Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” konfransı nələrlə yadda qaldı? – FOTO

“Mənim başımı aldadıb, olmayan mərtəbədən ev satıblar”– Video

“Mənim başımı aldadıb, olmayan mərtəbədən ev satıblar”– Video

İlham Əliyev Əsəd Əsədovun evində - FOTO

İlham Əliyev Əsəd Əsədovun evində - FOTO

Lamin Yamal: “Heç bir komanda bizimlə bərabər şərtlərdə oynaya bilməz”

Lamin Yamal: “Heç bir komanda bizimlə bərabər şərtlərdə oynaya bilməz”

ÜST-dən vəba epidemiyası XƏBƏRDARLIĞI

ÜST-dən vəba epidemiyası XƏBƏRDARLIĞI

Prezident Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşdü – FOTO

Prezident Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşdü – FOTO

Leyla Əliyeva yeni şeirini paylaşdı – FOTO

Leyla Əliyeva yeni şeirini paylaşdı – FOTO

Sürücülərin NƏZƏRİNƏ – Paytaxtda bu yollar bağlı olacaq – FOTO

Sürücülərin NƏZƏRİNƏ – Paytaxtda bu yollar bağlı olacaq – FOTO

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Çox evdə var, amma gizli təhlükəsini bilənlər azdır

Çox evdə var, amma gizli təhlükəsini bilənlər azdır

Selə görə kampusda qalan minlərlə tələbə belə xilas edildi – VİDEO

Selə görə kampusda qalan minlərlə tələbə belə xilas edildi – VİDEO

"Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram"

"Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram"

Anlaşma Memorandumunun əhəmiyyəti ilə bağlı Burkina Faso rəsmisindən AÇIQLAMA

Anlaşma Memorandumunun əhəmiyyəti ilə bağlı Burkina Faso rəsmisindən AÇIQLAMA

Cəmi 180 manat ÖDƏMİŞDİ – 4600 manat ALDI

Cəmi 180 manat ÖDƏMİŞDİ – 4600 manat ALDI

Xırdalanda zəncirvari qəza: İki nəfər xəsarət aldı – VİDEO

Xırdalanda zəncirvari qəza: İki nəfər xəsarət aldı – VİDEO

Abdurahman Vone Azərbaycana təşəkkür etdi – FOTO

Abdurahman Vone Azərbaycana təşəkkür etdi – FOTO

Kabo Verde millisinin üzvü “Qarabağ”ın “radar”ında

Kabo Verde millisinin üzvü “Qarabağ”ın “radar”ında

Abbas Abbasov: “Anlaşma Memorundumu ilə digər Afrika ölkələri də əməkdaşlığa cəlb edilə bilər”

Abbas Abbasov: “Anlaşma Memorundumu ilə digər Afrika ölkələri də əməkdaşlığa cəlb edilə bilər”

Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

Azərbaycanda biznes qurmaq istəyənlərin diqqətinə! - Ən gəlirli və ən riskli sahələr

Şuşada beynəlxalq tədbir: Forumda hansı məsələlər müzakirə olunacaq? – VİDEO

Şuşada beynəlxalq tədbir: Forumda hansı məsələlər müzakirə olunacaq? – VİDEO

Bakı Təşəbbüs Qrupu və Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu İMZALANDI – FOTO

Bakı Təşəbbüs Qrupu və Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu İMZALANDI – FOTO

63 Yaşlı Aydan Şener gənc qızlara meydan oxudu – FOTO

63 Yaşlı Aydan Şener gənc qızlara meydan oxudu – FOTO

End of content

No more pages to load

RADİO