“Suada ilə Van Damın oğlunun toyu Şuşada olsa , görün ora kimlər gələr”.
Bizim.Media xəbər verir ki, bu təkliflə Gənclər və İdman Nazirliyinin keçmiş mətbuat katibi Səmayə Məmmədova Facebook sosial şəbəkə hesabında çıxış edib.
“Təsəvvür edirsiniz , Mel Gibson Şuşa döyüşlərindən film çəkir. Onun "Apokalipsiz" filmindən daha maraqlı olar. Nüsrət və ya digər məşhur aşpazlar elə Cıdır düzündə Qarabağ ətindən Şuşa steyki hazırlayır”.
Jurnalistin fikirləri bununla da bitməyib, o, bu addımın Şuşanın dünyada tanınması üçün gözəl fürsət olduğunu qeyd edib:
“”Dolge & Gabbana” və ya hər hansı məşhur modelyer Qarabağa həsr olunmuş "Şuşa" kolleksiyasını Cıdır düzündə təqdim edir. Al Paçino və ya hər hansı dünya ulduzu Şuşaya gəlir, "Azərbaycandayam" yazır , Şuşanı tag edir. Daha nələr, nələr. Əməlli başlı PR olardı”.
Bizim.Media




