Aqil Abbasdan SƏRT REAKSİYA: “Bizi buna ruslar məcbur etdi, qoy hər kəs öz yerini bilsin!”

Son günlərdə Rusiyada baş verən hadisələr ­– Yekaterinburq şəhərində soydaşlarımızın hüquq-mühafizə orqanları tərəfindən işgəncə ilə öldürülməsi, çox sayda azərbaycanlının həbs edilməsi cəmiyyətin böyük qəzəbinə və haqlı narazılığına səbəb olub. Günlərdir siyasi-ictimai müstəvidə müzakirə olunan bu hadisələrin iki ölkə arasındakı əlaqələrə böyük təsir edəcəyi gözlənilən idi.

Bu gərginliyin nəticəsi olaraq artıq  yüksək rəsmi şəxsin – Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub. Bundan başqa Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

BAKIDA SORĞU: Rusiyanın Azərbaycan siyasətini necə dəyərləndirirsiniz? - VİDEO


Bəs, Rusiya ilə mədəni sferada münasibətlər bundan sonra necə davam edəcək?

Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən millət vəkili Aqil Abbas bildirib ki, bizi sözügedən qərarları verməyə ruslar məcbur edib:

“Biz həmişə Rusiyaya qucaq açmışdıq, aktyorları, müğənniləri həmişə gəlib Bakıda yüksək səviyyədə konsertlər verib. İnsanlarımız da məmnuniyyətlə gedib iştirak edib. Amma hazırki məqamda mədəni əlaqələrin dayandırılması vacibdir. Qoy hər kəs öz yerini bilsin. Azərbaycana qarşı zorakılığı pisləyirik və əlaqələri dayandırmaqla düz hərəkət edirik”.  

Bu terrora cavab verilməlidir!
 

Gələcəkdə Rusiya ilə mədəni əlaqələrin yenidən bərpa edilməsi ehtimalına gəlincə deputat bildirib ki, Rusiya öz günahını başa düşüb dövlət səviyyəsində üzr istəyəcəksə, yəqin ki, əlaqələr yenidən bərpa olacaq:


“Bu həmişə belə qalmayacaq ki! Ehtimal ki, zamanla ara sakitləşəcək. Biz erməni ilə 30 ildən, o boyda müharibədən sonra sülh masasına otururuq. Çünki Azərbaycan xalqı sülhsevər xalqdı. Əgər ermənilərlə sülh bağlayırıqsa, ruslarla niyə münasibətləri düzəltməyək?! Düzəldəcəyik, amma müəyyən şərtlərlə! Yoxsa sən mənim vətəndaşlarımı öldür, məhkəməsiz-filansız sıxışdır, belə olarmı?! Bu cinayətdir, terrordur! Bu terrora cavab verilməlidir”.   

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Portuqaliya da Fələstin dövlətini tanıdı

Portuqaliya da Fələstin dövlətini tanıdı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Lerikə ilk qar yağdı

Lerikə ilk qar yağdı

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Tramp uşaqlıq arzusundan danışdı

Tramp uşaqlıq arzusundan danışdı

End of content

No more pages to load

RADİO