“Atan kazaklardır” – Rusiyada baş verənlər 100 il sonra da mövcud olan rasizmin təzahürüdür

“Rusiyada FTX əməkdaşlarının azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı əməliyyat sadəcə məişət kriminalı deyil — bu, dövlət zorakılığıdır və beynəlxalq hüququn açıq şəkildə tapdanmasıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Yekaterinburq şəhərində azərbaycanlıların Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən döyülərək öldürülməsi barədə danışarkən deyib.

Deputat qanlı olayı qətiyyətlə pisləyərək bildirib ki, bu ağır kriminal hadisəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən idarə olunan uzunmüddətli nifrət siyasətinin nəticəsidir.
 

“Yekaterinburqda azərbaycanlılara qarşı törədilən amansızlıq, hüquq-mühafizə adı altında həyata keçirilən qanunsuz zorakılıq faktları Rusiyanın milli konstitusiyasına, həmçinin bu ölkənin imzaladığı beynəlxalq insan hüquqları müqavilələrinə də ziddir. Məhkəmə qərarı olmadan binalara zorla daxil olunması, şəxslərin yerindəcə öldürülməsi və cəsədlərin ailələrə verilməməsi — bu, açıq hüquq pozuntusudur”, – deyə millət vəkili vurğulayıb.


E.Akimova sosial-psixoloji və ideoloji aspektə toxunaraq əlavə edib ki, Rusiyada “kavkazets” stereotipi hələ də qüvvədədir. Lakin bu, artıq sadəcə etnik nifrət deyil — islamofobiya ilə də müşayiət olunur: Kremlə yaxın təbliğatçılar, xüsusilə Solovyov kimi şəxslər açıq anti-Azərbaycan çağırışları səsləndirir, müsəlman icmasına qarşı nifrəti körükləyirlər. Burada təsadüf yoxdur: bu, mərkəzdən idarə olunan nifrət kampaniyasıdır.”

Baş verən faciənin Rusiyanın geopolitik kontekstə nüfuzuna böyük zərbə vuduğunu xatırladan deputat qeyd edib ki, bu gün Ermənistanda Koçaryan, Sarkisyan və digər Moskvaya bağlı qruplar daha sərt revanşist ritorika ilə çıxış edirlər.

“Məqsəd aydındır: Cənubi Qafqazı yenidən hərbi qarşıdurma ocağına çevirmək və Azərbaycanın strateji mövqeyini sarsıtmaq. Yekaterinburqdakı hadisələr bu böyük ssenarinin yalnız bir epizodudur”,- deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, Rusiyada baş verən bu ağır cinayətə cavab olaraq Azərbaycan yalnız diplomatik bəyanatlarla kifayətlənməməlidir:

“Bu məsələ ölkəmizin beynəlxalq hüququn tribunallarında, o cümlədən AİHM-də sistemli şəkildə müdafiə edilməli, diaspor təşkilatlarımız isə hüquqi maarifləndirmə və informasiya müstəvisində daha fəal olmalıdır. Çünki bu, tək bir cinayət hadisəsi deyil — bu, bütün millətin təhlükəsizlik məsələsidir.” (Ses.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Portuqaliya da Fələstin dövlətini tanıdı

Portuqaliya da Fələstin dövlətini tanıdı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Lerikə ilk qar yağdı

Lerikə ilk qar yağdı

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Tramp uşaqlıq arzusundan danışdı

Tramp uşaqlıq arzusundan danışdı

End of content

No more pages to load

RADİO