Bu xəstəlikdən ən çox kişilər əziyyət çəkir – “Yeriyən heykəl”lər kimlərdir?

Duyğusuzluq, xalq arasında desək, vecsizlik xarakterdən irəli gəlmirmiş, əslində bir xəstəlik imiş. Ən ağır mənəvi durumlarda belə heç nə hiss etməmək və hadisəyə reaksiya verməmək, yaxın adam dünyasını dəyişəndə ağlaya bilməmək – bu günə qədər şəxsin özünə qapalı və ya ağırtəbiətli olmasından irəli gəlməsi kimi düşünülürdü.

Amma bu empatiya əskikliyi və ya duyğu korluğu tədricən insanın özünü içindən “yeyən” qurddur.

Başqa cür desək, həddən artıq empatiya, gərəksiz fədəkarlıq kimi insanın özünü psixoloji və fiziki olaraq nə qədər məhv edirsə, aşırı laqeydlik də bir o qədər insanın robotlaşmasına və zamanla hər şeydən, hər kəsdən təcrid olunmasına gətirib çıxarır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Zülfiyyə Bayramova bildirir ki, psixologiyada aleksitimiya adlanan bu pozuqluq əslində ciddi və hiyləgər xəstəlikdir. Əsasən insanın öz hisslərini anlaya bilməməsi, onu hətta ifadə edə bilməməsi ilə səciyyələnir. Tanıya bilməmək bir yana, duyğuları fiziki ağrılarla (məsələn, baş ağrısı, ürək döyüntüsünün artması – aritmiya) qarışdırırlar.
 

“Duyğularını anlamaqda və ifadə etməkdə çətinlik çəkən insanların yaşadığı psixoloji bir vəziyyət olan aleksitimiya, cəmiyyətdə daha çox yayılıb. İnsan heç bir duyğu hiss etmirsə, deməli onu hiss və həyacan verən hormonları işləmir. Bu, həm də fizioloji bir problemdir.


Amma bu insanlardan tədricən hər kəsin uzaaqlaşdığını nəzərə alsaq, demək ki, həm də sosioloji problemdir. Təsəvvür edin, yaxın dostunuz faciəvi şəkildə dünyasını dəyişir, hamı üzülür, ağlayır, bu adam televizor izləyirmiş kimi dayanıb seyr edir və üzündə heç bir ifadə dəyişikliyi yoxdur. Belə olanda onu qınayan dostları, qohumları qısa müddətdə tərk edəcək”.

Psixoloq deyir ki, aleksitimiya iki əsas səbəbdən yaranır: uşaqlıq travmalarından irəli gələn və sonradan qazanılan.

Cəmiyyət arasında “yeriyən heykəllər” dolaşır

İlk variantda uşaqlıq çağında duyguların göz ardı edilməsi, travmalarının sıx olması, kifayət qədər diqqət və sevgi görməmək və hipotalamusda – beyində sinir sistemini hormon sisteminə bağlayan hissədə zədənin olmasıdır.

Yetkin yaşlarda isə daha çox yaşadıqlarından irəli gəlir. Ard-arda acı təcrübələr bəzi insanları daşlaşdırır “bu şeylər başıma çox gəldi, alışmışam” deyir və nəticədə cəmiyyət arasında “yeriyən heykəllər” dolaşır.

Son zamanlarda isə sosial media və virtual ünsiyyətin real həyatı üstələməsi sosial izolyasiya yaradır və gənclərdə hisslərini tanımaq və bölüşmək təcrübəsi zəifləyir. Ailə və məktəb mühitində emosional tərbiyənin çatışmazlığı da digər səbəblərdəndir. Valideynlər və müəllimlər çox vaxt uşaqların hisslərini soruşmaq və dinləmək əvəzinə “ağlama”, “qorxma” deyərək uşağın duyğularını önləyirlər.

Kişilər mənəvi basqı altındadırlar

Mütəxəssis həmçinin diqqətə çatdırır ki, aleksitimiya daha çox kişi xəstəliyi sayılır. Belə ki, çox vaxt xəstəlik kişini həm də böyüdüyü mühit, aid olduğu toplum və mentalitetə görə də tədricən etinasızlaşdırır.
 

“Xüsusən türk toplumlarında. “Kişi ağlamaz”, “kişi şit gülməz”, “övladını əzizləməz” və s. kimi mental təzyiqlər kişiləri o qədər sıxışdırır ki, içində basdırdığı duyğular bir daha üzə çıxmamaq şərti ilə sahibini də öz qaranlıq dünyasına çəkir.


Yaxud da başıbəlalı insanlar var ki, o qədər faciələr yaşayırlar, sonda zaman onları sanki keyləşdirir. Həm də tarixi təkrarlamamaq üçün duyğulardan qaçırlar. Hiss etməkdən, üzülməkdən, təəccüblənməkdən... hər şeydən qorxurlar. Sevgisiz olmaq pisdir. Sevgi verməmək ondan da pisdir”.

Psixoloq diqqətə çatdırır ki, uzun müddətlik laqeydlikdən sonra ağır aqressiv hallar yaşana bilər, hətta xəstəlik irəlilədikcə bu boşluq insanı intihara qədər apara bilər.

Ona görə də aleksitimiya müalicəsi ən çətin psixoloji hallardan biridir. Adətən psixoloqlar tərəfindən həyata keçirilən bu müalicələrdə müxtəlif psixoterapiya üsulları tətbiq edilir.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mahmud Abbas Britaniyanın Fələstini tanımasınə sülh yolunda mühüm addım adlandırdı

Mahmud Abbas Britaniyanın Fələstini tanımasınə sülh yolunda mühüm addım adlandırdı

Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb

Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Portuqaliya da Fələstin dövlətini tanıdı

Portuqaliya da Fələstin dövlətini tanıdı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Lerikə ilk qar yağdı

Lerikə ilk qar yağdı

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

End of content

No more pages to load

RADİO