ATXƏM-in sədrindən Yekaterinburq hadisələrinə sərt REAKSİYA: “Günahkarlar cəzalandırılmalıdır”

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Rus Federal Təhlükəsizlik Xidməti tərəfindən azərbaycanlıların yaşadığı mənzillərə qəfil basqın edilib və nəticədə soydaşlarımız qanunsuz saxlanılıb, amansız işgəncələrlə qətlə yetirilib.

Azərbaycanlılara qarşı törədilən bu cinayət, terror aktı Rusiya dövlətinin nəinki xalqımıza, həmçinin qeyri-rus millətlərinə qarşı apardlğı düşmənçilik siyasətini bir daha sübut etmiş oldu.

Bir müddət əvvəl Rusiyanın "Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin ölkəmizdə casus şəbəkə yaratmaqda ittiham olunması, Bakıda Rus Evinin bağlanması Rusiya dövlətınin bizə qarşı apardığı məqsədyönlü siyasətini ifşa etdi.
 

Daha sonra AZAL Hava Yollarına məxsus mülki təyyarəmizin vurulmasına görə hələ bu günə qədər Rusiya bir səmimi peşmançılıq çəkdiyini bildirməmiş, üzr istəməmişdir. Sanki vaxt keçdikcə unutdurmaq istəyirlər.


Və ardınca həmvətənimizi, bir ailənin üzvlərini evlərində amansızcasına qətlə yetiriblər. Bu təxribatların davamlı olması onu göstərir ki, Rusiya qonşularına qarşı həmişə belə münasibət göstərir və bunun da bir çox səbəbləri vardır.

Artıq uzun illərdir ki, soydaşlarımız Azərbaycandan gedərək Rusiyanın ictimai-siyasi, iqtisadi həyatında iştirak edirlər, orda bazarların, meyvə-tərəvəz bolluğunun yaranmasına və beləliklə də iqtisadi inkişafına öz töhfələrini verirlər.

Lakin buna cavab olaraq biz həmişə belə halların baş verməsinin şahidi olmuşuq. İnsan hüquqlarının get-gedə daha da kobud şəkildə pozulması, rus şovinizminin güclənməsi artıq dözülməz həddə gəlib çatmışdır.

Hətta Rusiyanın Ukraynanı işğalı zamanı qeyd etmişdim ki, bütün Postsovet ölkələri bu müharibənin aparılmasına etiraz etməlidirlər. Çünki bu və ya digər şəkildə bu da təcavüzün bir növüdür.
 
Ölkəmizdə nəinki ruslar, bütün digər xalqların nümayəndələri daim tam, bərabər hüquqlu vətəndaşlar olaraq əmin-amanlıq, sülh, sabitlik şəraitində yaşayıb fəaliyyət göstərmişlər. Azərbaycan tolerant bir dövlətdir.

Lakin Rusiyada soydaşlarımıza qarşı həmişə ayrı-seçkilik, ikili standartlarla yanaşma mövcüd olmuşdur və biz də buna qəti şəkildə etiraz edirik.
 

Bu insanlıq əleyhinə cinayətdir. Biz Vətəndaş Cəmiyyətinin nümayəndəsi olaraq baş vermiş bu vəhşicəsinə cinayətə görə Rusiya rəhbərliyinin üzr istəməsini və günahkarların cəzalandırılmasını tələb edirik.


Hətta Azərbaycanda mövcud olan 5-ci kolonun, xüsusən Rusiyaya bağlı qanadının mövcud olması o deməkdir ki, belə hallar həm ölkəmizin daxilində, həm də ölkəmizdən xaricdə mütləq bu və ya digər formada baş verəcək. Odur ki, onların ifşa olunmasını və cəzalandırılmasını tələb edirik.

ATXƏM İB-nin sədri

İlham İsmayılov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mahmud Abbas Britaniyanın Fələstini tanımasınə sülh yolunda mühüm addım adlandırdı

Mahmud Abbas Britaniyanın Fələstini tanımasınə sülh yolunda mühüm addım adlandırdı

Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb

Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Portuqaliya da Fələstin dövlətini tanıdı

Portuqaliya da Fələstin dövlətini tanıdı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Lerikə ilk qar yağdı

Lerikə ilk qar yağdı

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

End of content

No more pages to load

RADİO