Xarkovda heykəltaraş Seyfəddin Qurbanovun xatirə lövhəsinin açılışı olub - FOTO

İyunun 27-də Ukraynanın Xarkov şəhərində görkəmli heykəltaraş, Ukraynanın Xalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı Seyfəddin Qurbanovun xatirə lövhəsinin təntənəli açılışı olub.

Bizim.Media xəbər verir ki, xatirə lövhəsi ustadın uzun illər dərs dediyi, biliklərini yeni heykəltaraş nəsillərinə ötürdüyü Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının binalarından birində qoyulub.

2021-ci ildə həyatı faciəvi şəkildə yarımçıq kəsilən Seyfəddin Qurbanovun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü Xarkov vilayəti “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov tərəfindən irəli sürülüb. 2023-cü ilin noyabrında Xarkov Şəhər Şurası xatirə lövhəsinin qoyulması qərarını verib.

Tədbirdə sənətçinin yaxınları, həmkarları, tələbələri iştirak ediblər.

Tədbirdə Xarkov şəhərinin meri İqor Terexov, Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Xarkov Dizayn və Rəssamlıq Akademiyasının rektoru Aleksandr Sobolev, Ukraynanın Xalq rəssamı Viktor Kovtun, “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, Ukraynanın Xalq rəssamı Katib Məmmədov iştirak ediblər.

Mer İqor Terexov çıxışında Seyfəddin Qurbanova şəxsi ehtiramını ifadə edib və onun şəhərin mədəni həyatına mühüm töhfə verdiyini vurğulayıb.

O qeyd edib: “Bu gün görkəmli Xarkov sakininin, çox qiymətləndirdiyim və hörmət etdiyim bir insanın xatirə lövhəsini açırıq. Seyfəddinlə çox şeylər yaşadıq. Şəhərimizi bəzəyən çoxsaylı əsər onun xidmətləridir. "Damdakı skripkaçı", Beketovun, Meçnikovun abidələri, Memarlar meydanındakı kompozisiyalar Xarkovun əsl inciləridir. Bu lövhəni açaraq böyük insanın xatirəsini anırıq. Bəli, o, Azərbaycanda doğulub, amma əsl xarkovlu idi. O, burada yaşayıb, yeni nəsillər yetişdirib. Bu gün burada onun çoxlu tələbələri var - artıq böyük, müstəqil heykəltaraşlar. Seyfəddin Qurbanovun xatirəsi bizim qəlbimizdə əbədi olaraq yaşayacaq”.

Fəxri konsul Əfqan Salmanov Seyfəddin Qurbanovun xatirəsinin əbədiləşdirilməsinə görə şəhər meri İqor Terexova, Rəssamlıq Akademiyasının rektoru Aleksandr Sobolevə və “Dostluq” cəmiyyətinin sədri Murad Ömərova minnətdarlığını bildirib.

Əfqan Salmanov qeyd edib ki, Seyfəddin Qurbanovun yaradıcılığı mədəniyyətləri və xalqları birləşdirən sənətdir. Onun heykəlləri gənc istedadlar, Xarkov sakinləri və şəhərin qonaqları üçün ilham mənbəyidir.

Qeyd edək ki, heykəltaraş Seyfəddin Qurbanov Xarkovda yaşayıb və fəaliyyət göstərib. Onun yaratdığı heykəllər təkcə Ukraynanın deyil, digər ölkələrin şəhərlərini də bəzəyir. Heykəltaraş İrpendə Zərifə Əliyevanın, Lyublyanada (Sloveniya) Qriqori Skovorodanın, Kiyevdə Müslüm Maqomayevin, Balakleyada Taras Şevçenkonun, Xarkovda üç mütəfəkkirin abidəsinin müəllifidir. Onun "Damdakı skripkaçı" heykəli Xarkovun rəmzlərindən birinə çevrilib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 ildən sonra Çinə səfər etdilər

6 ildən sonra Çinə səfər etdilər

Daha bir əfsanə futbolla vidalaşır

Daha bir əfsanə futbolla vidalaşır

“Taliban” Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!”

“Taliban” Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!”

Mahmud Abbas Britaniyanın Fələstini tanımasınə sülh yolunda mühüm addım adlandırdı

Mahmud Abbas Britaniyanın Fələstini tanımasınə sülh yolunda mühüm addım adlandırdı

Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb

Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Ali Koç getdi - "Fənərbağça"nın yeni prezidenti Saadettin Sarandır

Portuqaliya da Fələstin dövlətini tanıdı

Portuqaliya da Fələstin dövlətini tanıdı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Füzulidə ağır qəza - 4 nəfər xəsarət aldı

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Ukrayna Krıma zərbə endirdi - Ölənlər və yaralananlar var

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Sürücü avtomobili insanların üzərinə sürdü - 5 nəfər xəsarət aldı

Lerikə ilk qar yağdı

Lerikə ilk qar yağdı

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

Ərdoğan ABŞ-a GETDİ - BMT-də çıxış edəcək

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

21 yaşlı Fatmanın bədənindən 287 daş çıxarıldı – FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

Biznes-ledi gənc sevgilisinə “boşanma üçün” 420 min dollar verdi - Amma sonda... - FOTO

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

550 mindən çox sakin Qəzza şəhərini tərk edib

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

End of content

No more pages to load

RADİO