Qocalmanı yavaşladan dərman TAPILDI

Bəşər övladının əsrlərdir arzusunda olduğu daha uzun ömür üçün ənənəvi yanaşmalar elmin diqqət mərkəzindədir. Bu istiqamətdə aparılan yeni tədqiqat pəhrizi təqlid edən dərmanlardan “rapamisin”in laboratoriya heyvanlarında ömrü uzatdığını təsdiqləyib. Məşhur antidiabetik dərman olan “metformin” isə bu baxımdan eyni effekti göstərməyib.

Bizim.Media “sciencealert.com” saytına istinadla xəbər verir ki, tədqiqatçılar tərəfindən aparılan analiz, müxtəlif növ laboratoriya heyvanlarında pəhriz və dərmanların ömrə təsirini müqayisə edən elmi məqalələrin birgə təhlilinə əsaslanır.

Nəticələrə əsasən, pəhriz məhdudiyyəti (az yemək) - ən ardıcıl şəkildə ömrü uzadan strategiya olaraq qalır. “Rapamisin” pəhrizin təsirinə yaxın dərəcədə ömür uzadan ikinci vasitə kimi önə çıxır. “Metformin” heyvanlarda ömür uzatma baxımından aydın və əhəmiyyətli nəticə göstərməyib.

Araşdırma çərçivəsində balıqlardan tutmuş meymunlara qədər səkkiz onurğalı növü əhatə edən 167 elmi tədqiqatın nəticələri təhlil olunub. Bu, pəhriz, “rapamisin” və “metformin”in ömür uzunluğuna təsirini birbaşa müqayisə etmək üçün geniş əsas yaradıb.

“Rapamisin” - 1970-ci illərdə Pasxa adasında aşkar edilən və hazırda əsasən orqan transplantasiyası sonrası istifadə edilən bu dərman hüceyrə səviyyəsində qida bolluğunu bildirən siqnalları bloklayır. Beləcə, orqanizm “az yeyirmiş” kimi davranaraq hüceyrə fəaliyyətini uyğunlaşdırır.

Tədqiqatın əksər hissəsi siçan və siçovullar üzərində aparılıb. Bu heyvanlar insanlara genetik oxşar olsa da, bəşəri nəticələrin tam əks olunması hələlik mümkün deyil. “Rapamisin”in immun sistemini zəiflətməsi və reproduktiv funksiyaları təsirləndirməsi də risklər arasındadır.

Hazırda “rapamisin”in insanlarda aşağı və aralıq dozaları ilə sınaqları davam edir və ilkin nəticələr ümidvericidir. “Metformin”lə bağlı insan sınaqlarının nəticələri yaxın illərdə ictimailəşdiriləcək. Həkimin təyinatı olmadan bu dərmanlardan istifadə tövsiyə edilmir. Bununla belə, əldə edilmiş nəticələr molekulyar səviyyədə qocalmanın idarə oluna biləcəyi ehtimalını gücləndirir. Gələcəkdə daha az yan təsirli, lakin effektiv qocalmaya qarşı müalicələrinin inkişafı mümkündür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyaçılara ŞAD XƏBƏR!

Pensiyaçılara ŞAD XƏBƏR!

Səssiz ÖLÜM – Bu yağlarla qızartma ETMƏYİN

Səssiz ÖLÜM – Bu yağlarla qızartma ETMƏYİN

Orxanla Hüseyn arasında QALMAQAL: “Toyları azalan kimi meyxanadan danışır” – VİDEO

Orxanla Hüseyn arasında QALMAQAL: “Toyları azalan kimi meyxanadan danışır” – VİDEO

Bu avtomobillərin qiyməti KƏSKİN BAHALAŞACAQ – Tarix AÇIQLANDI

Bu avtomobillərin qiyməti KƏSKİN BAHALAŞACAQ – Tarix AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

Həsənriz kəndində sakinlərə evlərinin açarları təqdim olundu – FOTO/VİDEO

Həsənriz kəndində sakinlərə evlərinin açarları təqdim olundu – FOTO/VİDEO

Marqarita Simonyan: “Ərim komadadır, özüm də xərçəngdən müalicə alıram”

Marqarita Simonyan: “Ərim komadadır, özüm də xərçəngdən müalicə alıram”

Murad Muradov İrəvana gedib

Murad Muradov İrəvana gedib

“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi

“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi

Taksi sürücüləri imtahan verəcək – BU TARİXDƏ

Taksi sürücüləri imtahan verəcək – BU TARİXDƏ

İsrail Livana zərbə endirdi - ABŞ vətəndaşı və üç övladı öldü - FOTO/VİDEO

İsrail Livana zərbə endirdi - ABŞ vətəndaşı və üç övladı öldü - FOTO/VİDEO

Armen Qriqoryandan Andranik Simonyanın Bakıya səfərinə REAKSİYA

Armen Qriqoryandan Andranik Simonyanın Bakıya səfərinə REAKSİYA

“Velosiped zolağı çəkiləndən nə kirayəhaqqını, nə də vergini ödəyə bilirik” - Video

“Velosiped zolağı çəkiləndən nə kirayəhaqqını, nə də vergini ödəyə bilirik” - Video

Qışa HAZIRLIQ – Bakıda 7 yeni qazanxana TİKİLİR – ÖZƏL

Qışa HAZIRLIQ – Bakıda 7 yeni qazanxana TİKİLİR – ÖZƏL

“Nürnberq məhkəməsi”ndə ermənilərin bu kəndlərə hücumları ilə bağlı sənədlər AÇIQLANDI

“Nürnberq məhkəməsi”ndə ermənilərin bu kəndlərə hücumları ilə bağlı sənədlər AÇIQLANDI

Bakıya giriş pullu olacaq - Bu tarixdən etibarən....

Bakıya giriş pullu olacaq - Bu tarixdən etibarən....

Putin bu gün vacib bəyanatla çıxış edəcək - Kreml

Putin bu gün vacib bəyanatla çıxış edəcək - Kreml

Geomaqnit qasırğası OLACAQ

Geomaqnit qasırğası OLACAQ

AYNA rəhbərinin şübhəli villa əməliyyatı – Dövlətin düşməninə 1 milyon verib?

AYNA rəhbərinin şübhəli villa əməliyyatı – Dövlətin düşməninə 1 milyon verib?

SON DƏQİQƏ! Türkiyədə daha bir ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə daha bir ZƏLZƏLƏ oldu

Dua Lipa İsrail dəstəkləyən menecerini işdən çıxardı

Dua Lipa İsrail dəstəkləyən menecerini işdən çıxardı

Əhməd Şaraa: “Biz Suriyada İranı məğlub edə bildik”

Əhməd Şaraa: “Biz Suriyada İranı məğlub edə bildik”

"Ölümündən əvvəl "Əməkdar artist" adından imtina etmək istəyirdi"

"Ölümündən əvvəl "Əməkdar artist" adından imtina etmək istəyirdi"

Özəl sektorda çalışanların NƏZƏRİNƏ: Maaşınızdan bu qədər vergi tutulacaq – DETALLAR

Özəl sektorda çalışanların NƏZƏRİNƏ: Maaşınızdan bu qədər vergi tutulacaq – DETALLAR

End of content

No more pages to load

RADİO