Lisenziyası məhdudlaşdırılsa da, gizli əməliyyatlar APARILIB – “Mərcan” klinikası yenidən CƏZALANDIRILDI

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən “Mərcan” klinikasında plastik əməliyyat Rusiya vətəndaşı, 37 yaşlı Arzu Sadıqova həyatını itirib. Abdominoplastika və liposaksiya əməliyyatı iyunun 12-də “Mərcan” klinikasının ümumi cərrahı, eyni zamanda “MedAura” klinikasının baş həkimi olan Nigar Məmmədova tərəfindən icra olunub. Əməliyyatdan iki gün sonra Arzu Sadıqova həyatını itirib.

Qeyd edək ki, Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin "Siyahısı”nda Nigar Məmmədovanın adı yer almayıb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzində işçi qrup yaradılıb və "Mərcan" klinikasında plandankənar yoxlama həyata keçirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Gözəllik uğrunda daha bir ÖLÜM – “Mərcan” klinikasının qalmaqallı həkimi SAXLANILDI - ÖZƏL



Bildirilib ki, daha əvvəl keçirilmiş yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntuları səbəbindən "Mərcan" klinikasının cərrahiyyə əməliyyatları aparmaq hüququ dayandırılıb, yəni lisenziyasının fəaliyyəti məhdudlaşdırılıb:

"Lakin buna baxmayaraq, plandankənar yoxlama zamanı klinikada cərrahiyyə əməliyyatlarının icrasının davam etdirildiyi müəyyən edilib. Aşkarlanmış faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə hüquqi tədbirlərin görülməsi üçün təqdim olunub".

Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, lisenziyada nəzərdə tutulmayan tibb fəaliyyətinin həyata keçirilməsinə görə:

- fiziki şəxslər 300 manatdan 500 manatadək,

- vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək,

- hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilə bilərlər.


Həmçinin qeyd edilib ki, yoxlama zamanı həkim Nigar Məhəmmədovanın müvafiq sertifikasiyadan keçmədən plastik cərrah fəaliyyəti göstərdiyi faktı da aşkar edilib:

Bu fakta görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib olunub və müvafiq orqanlara təqdim edilib. İXM-in 215.4-cü maddəsinə əsasən, sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına görə:

- vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək,

- hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilə bilər".


Bildirilib ki, sözügedən ölüm faktı hüquq-mühafizə orqanlarının araşdırma səlahiyyətindədir və bu məsələ müvafiq qaydada həmin qurumlar tərəfindən araşdırılır.

"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciət edərək bildirir ki, özəl tibb müəssisələrində rast gəlinən qanunsuz hallarla və ya şikayətlərlə bağlı aşağıdakı əlaqə kanalları vasitəsilə məlumat verə bilərlər:

- "Bir pəncərə" sektoru;

- Qaynar xətt: (012) 596-05-20;

- Elektron poçt: [email protected];

- Rəsmi veb-sayt: www.pharma.az - "Müraciət" bölməsi.


Daxil olan müraciətlər hərtərəfli araşdırılır və zərurət yaranarsa, qeyd olunan tibb müəssisəsində və ya aptek təşkilatında plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir", - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" Ferran Torres üçün 50 milyon avro tələb edir

"Barselona" Ferran Torres üçün 50 milyon avro tələb edir

"200 minlik maşından düşüb peraşki yemək..." - VİDEO

"200 minlik maşından düşüb peraşki yemək..." - VİDEO

Sikorski: Putin Polşaya hücum etmək gücü yoxdur

Sikorski: Putin Polşaya hücum etmək gücü yoxdur

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Müşfiqabadda açıq sahədə yanğın oldu

Müşfiqabadda açıq sahədə yanğın oldu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Şəkidə minik avtomobili yandı

Şəkidə minik avtomobili yandı

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Günün AXŞAM xəbərləri

Günün AXŞAM xəbərləri

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

End of content

No more pages to load

RADİO