Salyanda DƏHŞƏT: Atasını güllələdi, meyitini doğrayaraq kollektora atdı

Atasını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən, yetkinlik yaşına çatmayan D.H-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəmənində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

MÖVZU İLƏ BAĞLI:

Salyanda meyiti parçalanan kişini oğlu QƏTLƏ YETİRİBMİŞ - TƏFƏRRÜAT - VİDEO



Hökmə əsasən, təqsirləndirilən şəxsin atası Röyal Hüseynovu öldürməsi sübuta yetirlib və o, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Dövlət ittihamçısı da cinayət işi üzrə təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il dekabrın 17-də Salyan rayonunun Yeni Uluxanlı kəndində baş verib. Ailə münaqişəsi zəminində yeniyetmə atasını odlu silahla qətlə yetirib, doğrayaraq kənd ərazisindəki kollektora atıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Qətlə yetirilən şəxs itkin kimi qələmə verilib

2024-cü il dekabrın 19-da Salyan rayon sakini Röyal Hüseynovun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Keçirilən axtarış-əməliyyat nəticəsində şəxsin meyiti hissələrə bölünmüş formada aşkar edilib. Məlum olub ki, o, qətlə yetirilib, cinayət işini gizlətmək üçün meyit hissələrə ayıraraq kollektora atılıb.

İlkin araşdırma zamanı Röyal Hüseynovun həyat yoldaşı Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib. Mətanət Hüseynova cinayəti öz üzərinə götürüb.
 

Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla məlum olub ki, cinayəti Mətanət Hüseynova deyil, məhrumun oğlu D.H. törədib. Mətanət Hüseynova sərbəst buraxılıb, oğlu saxlanılıb.



Məlum olub ki, Röyal Hüseynov ailəsinə zorakılıq göstərib. Bu zorakılıq davamlı və şiddətli olub. Buna dözməyən D.H odlu silahdan atəş açaraq atasını qətlə yetirib və izi itirmək üçün meyiti doğrayaraq kollektora atıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya maliyyə nəhənglərinin Azərbaycana ARTAN MARAĞI – Yeni əməkdaşlıq PERSPEKTİVLƏRİ

Dünya maliyyə nəhənglərinin Azərbaycana ARTAN MARAĞI – Yeni əməkdaşlıq PERSPEKTİVLƏRİ

Moskvaya PUA hücumu: Aeroportlarda reyslər ləğv edildi

Moskvaya PUA hücumu: Aeroportlarda reyslər ləğv edildi

NATO-dan Rusiyaya SENSASİON XƏBƏRDARLIQ – “Cavab təbirləri görüləcək”

NATO-dan Rusiyaya SENSASİON XƏBƏRDARLIQ – “Cavab təbirləri görüləcək”

Qripdən qorunmağın əsas yolu

Qripdən qorunmağın əsas yolu

Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu yol bağlanır

Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu yol bağlanır

Laçın şəhərinə köçən sakinlərə evlərinin açarları təqdim olundu - FOTO

Laçın şəhərinə köçən sakinlərə evlərinin açarları təqdim olundu - FOTO

Oğuzda 64 yaşlı qadın bacısının evində öldü

Oğuzda 64 yaşlı qadın bacısının evində öldü

Qış QAPIDADIR – Dəm qazı kabusuna qarşı hansı tədbirlər GÖRÜLÜB?

Qış QAPIDADIR – Dəm qazı kabusuna qarşı hansı tədbirlər GÖRÜLÜB?

Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”

Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

“Bu, hazır bombadır, yaxın duran yoxdur...” - Video

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Məktəbdə işləmək istəyənlərin nəzərinə!

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Əməkdar artist: "Televiziyalarda məni təhqir edirlər"

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Qubada ayıların mal-qaraya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Böyük güclərin yeni savaş MEYDANI – Orta Asiya uğrunda gərgin mübarizə BAŞLADI

Böyük güclərin yeni savaş MEYDANI – Orta Asiya uğrunda gərgin mübarizə BAŞLADI

Məşhur təzyiq dərmanı şəkər xəstəliyindən qoruyurmuş

Məşhur təzyiq dərmanı şəkər xəstəliyindən qoruyurmuş

DİQQƏT! Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

DİQQƏT! Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Çin maşınının "buferi" 13 min manata satılır - FOTOFAKT

Çin maşınının "buferi" 13 min manata satılır - FOTOFAKT

Emin Hüseynov: "Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb"

Emin Hüseynov: "Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb"

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub – FOTO

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub – FOTO

Rusiyanın sərhəd gözətçi gəmisi Bakıya gəldi – FOTO

Rusiyanın sərhəd gözətçi gəmisi Bakıya gəldi – FOTO

“Qarabağ”ın futbolçusu Fransa klubuna KEÇƏ BİLƏR

“Qarabağ”ın futbolçusu Fransa klubuna KEÇƏ BİLƏR

Ağdam şəhərinə ilk köç OLACAQ - Vaxt AÇIQLANDI

Ağdam şəhərinə ilk köç OLACAQ - Vaxt AÇIQLANDI

Məktəbli formalarının satışında REKORD – Bakı Tikiş Evindən AÇIQLAMA

Məktəbli formalarının satışında REKORD – Bakı Tikiş Evindən AÇIQLAMA

End of content

No more pages to load

RADİO