Mayın 11-də keçirilən imtahanların nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 11-də keçirilən imtahanların nəticələri elan edib.

Bizim.Media xəbər verir ki, nəticələr aşağıdakı imtahanları əhatə edir:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən //eservices.dim.gov.az/2025/nettex/?frm=egov öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən //eservices.dim.gov.az/2025/netorta/?frm=egov istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 7 294 nəfərdən 1218 nəfər imtahana gəlməyib.
 

İmtahanda ən yüksək nəticəni 294,1 bal toplayan Sumqayıt şəhər 22 saylı tam orta məktəbin cari il məzunu Səfərli Gülçin Yalçın qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.


İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 12 iyun saat 10:00-dan 14 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
 

Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.


Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
 

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.


Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" Ferran Torres üçün 50 milyon avro tələb edir

"Barselona" Ferran Torres üçün 50 milyon avro tələb edir

"200 minlik maşından düşüb peraşki yemək..." - VİDEO

"200 minlik maşından düşüb peraşki yemək..." - VİDEO

Sikorski: Putin Polşaya hücum etmək gücü yoxdur

Sikorski: Putin Polşaya hücum etmək gücü yoxdur

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Müşfiqabadda açıq sahədə yanğın oldu

Müşfiqabadda açıq sahədə yanğın oldu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Şəkidə minik avtomobili yandı

Şəkidə minik avtomobili yandı

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Günün AXŞAM xəbərləri

Günün AXŞAM xəbərləri

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

End of content

No more pages to load

RADİO