Müasir “Şeyx Nəsrullah”lar – Azərbaycanda ən çox hansı bölgələrdə falçılar var? – ARAŞDIRMA

Azərbaycanın hər bölgəsində falçıların olması heç kimə sirr deyil. Təkcə günümüzdə yox, bütün zamanlarda bu belə olub, böyük ehtimalla olmağa da davam edəcək. Çünki daim falçıların müştəriləri olacaq, kiminsə  “bəxt açma”, “ruzi-bərəkət”, “sevgilini qaytarma”, “özünə bağlama”  və s. kimi istəkləri olacaq ki, müasir “Şeyx Nəsrullah”lar da rahat işlərinə davam edəcəklər.

Düzdür, hər dövrdə də bunların iç üzünü açmağa bir “Kefli İsgəndər” tapılacaq, amma çifayda... Dəyirman öz bildiyini edəcək, çax-çax baş ağrıdacaq.   

Ancaq istənilən halda müştərinin pulu müqabilində şeytani qüvvələr və üsullarla “sehrbazlıq” edən bu mistik, bəzən də komik şəxslərin hara toplaşdığını bilmək maraqlı olardı.

Görəsən Azərbaycanın hansı bölgələrində daha çox falçılar olur?

Bu sahədə hər hansı rəsmi statistika yoxdur. Sadəcə müşahidələrə və daxil olan məlumatlara əsasən aşağıdakı bölgələrdə falçıların daha çox olduğu ortaya çıxır:

1. Bakı və Abşeron

Paytaxt olduğuna görə əhali çoxluq təşkil edir və müxtəlif təbəqədən, müxtəlif inanclı insanlar yaşayır. Üstəlik maddi imkanların da Bakıda daha çox olduğunu nəzərə alsaq, pul xərcləməyə yer tapmayan insanların və bundan maksimum yararlanan falçıların çoxluğunu anlamaq olar. Ən çox tanınan falçılar da adətən Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərirlər.  

2. Gəncə

İkinci böyük şəhərimiz də bu qeyri-rəsmi fəaliyyət növündə Bakıdan geri qalmır. Eyni səbəblərdən – əhali çoxluğu və ətraf bölgələrdən müxtəlif insanların bir araya gəlməsi falçılar üçün münbit şərait yaradır.

3. Cənub bölgələri

Cənub bölgəsində falçılıqdan əlavə, qatı inanclı insanların olduğundan istifadə edib “duayazma”, “cin çıxarma” və s. kimi alternativ mistik metodlardan da yararlanırlar.

4. Şəki-Zaqatala bölgəsi

Bu bölgədə də xalq təbabəti və qeyri-rəsmi məsləhətçilər vasitəsilə falçılıq fəaliyyətləri mövcuddur. Mədəniyyət fərqini nəzərə alsaq, bu bölgədə bəzi falçılar həm dini, həm də qeyri-dini üsullarla fəaliyyət göstərirlər.

Qeyd etdiyimiz kimi bu ənənə uzun illərdir davam edib və özünə kök salıb. Şərq insanı isə problemi yarandıqda, daxili hissləri ilə baş edə bilmədikdə, çətinə düşdükdə gələcəyə gedən yolu daha qısaltmaq üçün daim falçılara üz tutub.

Bəs istər real, istərsə də virtual olaraq müştəri cəlb edib böyük gəlir əldə edən falçılar vergiyə cəlb olunurmu?

Hüquqşünas Əkrəm Həsənov Bizim.Media-ya bildirib ki, Vergi Məcəlləsinə görə qanuna zidd olmayan istənilən gəlir vergiyə cəlb olunur:

“Bir yerdə ki, il ərzində min manatdan artıq gəlir və ya hədiyyə var (qohumları və ailə üzvlərindən aldıqları istisna olmaqla) orada mütləq vergi tələb olunmalıdır. Falçılıq qeyri rəsmi iş olsa da, qeyri-qanuni deyil. Əgər dələduzluq kimi şikayət olarsa, o başqa... Amma kimsə falçıya inanıb etibar edirsə, bu artıq onun öz seçimidir. Ölkəmizdə din, vicdan azadlığı var”.  

Vergi orqanları gərək bu işi ciddi tənzimləsin

Hüquqşünas deyir ki, hazırda falçıların vergi verməməsi bu qanunun olmamasından deyil, sadəcə onların nəzarətə alına bilməməsindən irəli gəlir:

“Vergi orqanları gərək bu işə ciddi nəzarət etsinlər, tənzimləsinlər. Falçı və ya ekstrasenslərin nəzarətə alınması çətindir. Vergi əməkdaşlarının əllərində birmənalı olaraq sübut olsa, kimsə dəlillə, videoyla, səs yazısı ilə şikayət etsə ki, mən filan falçıya bu qədər pul ödəmişəm, o zaman onun  qapısına vergi orqanının əməkdaşı gələcək”.

Şəfiqə Şəfa, Bizim Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" Ferran Torres üçün 50 milyon avro tələb edir

"Barselona" Ferran Torres üçün 50 milyon avro tələb edir

"200 minlik maşından düşüb peraşki yemək..." - VİDEO

"200 minlik maşından düşüb peraşki yemək..." - VİDEO

Sikorski: Putin Polşaya hücum etmək gücü yoxdur

Sikorski: Putin Polşaya hücum etmək gücü yoxdur

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Müşfiqabadda açıq sahədə yanğın oldu

Müşfiqabadda açıq sahədə yanğın oldu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Şəkidə minik avtomobili yandı

Şəkidə minik avtomobili yandı

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Günün AXŞAM xəbərləri

Günün AXŞAM xəbərləri

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Co Bayden Lindsi Qremin vəfatı ilə bağlı başsağlığı verdi: "Cill və mən şokdayıq"

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

Kəlbəcərdə yeniyetmə çaya düşdü - VİDEO

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İsraildə parlament seçkilərinin tarixi açıqlandı

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İslahatlar illüziyası ili: Yuliya Sviridenko vəzifəsindən hansı nəticələrlə gedir?

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirdi - VİDEO

End of content

No more pages to load

RADİO