Bu gün səhər Bakıdan Qubaya istirahətə gedən şagirdlər və onların valideynlərini aparan avtobus yolda yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, Binəqədi rayonundakı 244 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri valideynləri ilə birgə Qubaya istirahətə gedirmişlər.
Yolda avtobusun motorxanasında yanğın başlayıb, sürücü dərhal avtobusu saxlayaraq sərnişinləri düşürüb.
Quba Rayon İcra Hakimiyyəti şagirdlər üçün başqa avtobus təşkil edib və onları Qubaya aparıb.
Bizim.Media

