Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinin ön və arxa hissələrində ciddi deformasiya yaranıb.
Qəza zamanı sürücülərdən biri yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu