Bakı şəhərinin Səbail rayonunda gücü 380 kVt olan transformatorun içərisində 1 ədəd sayğac və 1 paq.m çıxış kabeli yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Transformatorun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media