Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində qəza qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qax istiqamətində hərəkətdə olan "Honda" və VAZ-21099 markalı avtomobillər toqquşub.
Qəza nəticəsində üç nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu