“AST Telman”ın killerinin məhkəməsi BAŞLADI

Moskva Hərbi Məhkəməsində tanınmış keçmiş müğənni Avraam Russo iş adamı Telman İsmayılovun şəxsi mühafizəçisi olmuş Tarxan Eldukayevin işi üzrə ifadə verib.

Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, Eldukaev Russo da daxil olmaqla, qətllər və adam öldürməyə cəhdlə bağlı işdə suçlu bilinir.
 

Qapalı məhkəmə iclası gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilib. Belə ki, məhkəmənin yerləşdiyi küçə yol polisi əməkdaşları tərəfindən bağlanıb, binanın yaxınlığında çevik polislər zirehli furqonla keşik çəkiblər. Proses bitdikdən sonra da heç kimin Avraam Russo ilə danışmasına icazə verilməyib: onu tez bayıra çıxarıb maşına mindiriblər və o, dərhal oradan uzaqlaşdırıblar.



Bildirilir ki, məhkəmədə təqsirləndirilən şəxslə zərərçəkmiş arasında mübahisə də olub. Vəkil Andrey Aleşkinin sözlərinə görə, Russo 2004-2006-cı illərdə baş verən hadisələrdən ətraflı danışıb, deyib ki, onu qaçırıblar, sonra isə idarə etdiyi avtomobilə atəş açaraq onu öldürməyə cəhd edilib. Zərərçəkmiş bildirib ki, Eldukayev həmin vaxt Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılovun mühafizə xidmətinə rəhbərlik edib və onun göstərişlərini yerinə yetirib.

Avraam Russonun dediyinə görə, “AST Telman” onu "öz mülkiyyəti" kimi qəbul edib və sahibi olduğu "Praqa" restoranından başqa heç bir yerdə çıxışını qadağan etməyə çalışıb.

Russonun sözlərinə görə, 2004-cü ilin yanvarında İsmayılov öz əlaltıları ilə onu döyüb, estrada fəaliyyətini onun şərtləri əsasında davam etdirməyi tələb edib. Bundan başqa, müğənnini döydükdən sonra İsmayılovun Moskva ətrafındakı evinə aparıblar, artist bütün tələblərlə razılaşmayanadək orada saxlayıblar.

Baş verən hadisədən sonra müğənni İsmayılovla əlaqə saxlamayıb, lakin münaqişə bununla bitməyib. 2006-cı ildə Russoya hücum olunub: müğənninin avtomobilini avtomatdan atəşə tutublar, artist üç güllə yarası alıb.

Bundan əvvəl Avraam Russonun Eldukaevə qarşı 10 milyon rubl təzminat iddiası qaldırdığı bildirilirdi. Tarxan Eldukaev Çeçenistan əsilli və keçmiş hərbçidir. O, T.İsmayılovun sifarişi ilə bir neçə qətli icra etməkdə suçlanır. Rusiya mediası yazır ki, ittihamları qəbul etməsə də, Ukraynaya qarşı müharibədə könüllü iştirak etmək, hətta qohumlarından ibarət bölük yaratmaq arzusunu da dilə gətirib.

Rusiyanın İstintaq Komitəsi Telman İsmayılov bir neçə ağır cinayətdə ittiham edir və o, illərdir axtarışdadır. Onun Balkan ölkələrinin birində vətəndaşlıq aldığı və orada biznesini davam etdirdiyi deyilir.

Suriyanın Hələb şəhərindən olan milliyətcə erməni, əsl adı Abraxam İpcan olan sənətçini Telman İsmayılov Kiprdə restoranda oxuyanda görüb və xoşuna gəlib. Sonra gətirib milyonlar xərcləyərək, Rusiya şou-biznesinə təqdim edib. Rusiyaya gələn erməni Abraxam İpcanov adını dəyişərək Avram Russo olub və 2001-ci ildən etibarən Rusiyanın ən məşhur müğənniləri ilə konsertlər verib, klip çəkdirib. Özünə Rusiya şou-biznesində yer etdikdən sonra Avraam öz erməni xislətinə sadiq qalaraq, “AST Telman”dan üz döndərdi. Avraam öz açıqlamalarında deyib ki, valideynləri Türkiyədən Hələbə köçən ermənilərdəndir. Livan, Fransa və Suriyada yaşayıblar. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaura görə müğənni bu kanalda "qara siyahı"ya DÜŞDÜ

Zaura görə müğənni bu kanalda "qara siyahı"ya DÜŞDÜ

“Tramp Putindən çox mənə güvənir” - Zelenski

“Tramp Putindən çox mənə güvənir” - Zelenski

Şərurda çörək sexində ciddi nöqsanlar AŞKARLANDI - FOTO

Şərurda çörək sexində ciddi nöqsanlar AŞKARLANDI - FOTO

Mehriban Əliyeva Nyu-Yorkda "Gələcəyi birlikdə qurmaq" adlı ziyafətdə İŞTİRAK ETDİ

Mehriban Əliyeva Nyu-Yorkda "Gələcəyi birlikdə qurmaq" adlı ziyafətdə İŞTİRAK ETDİ

Tramp Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı suala CAVAB VERMƏDİ

Tramp Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı suala CAVAB VERMƏDİ

Yevlaxda AİLƏ FACİƏSİ: Ata 4 yaşlı oğlunu traktorla vurdu

Yevlaxda AİLƏ FACİƏSİ: Ata 4 yaşlı oğlunu traktorla vurdu

Tramp: “NATO ölkələri bu təqdirdə Rusiya təyyarələrini vurmalıdır” - VİDEO

Tramp: “NATO ölkələri bu təqdirdə Rusiya təyyarələrini vurmalıdır” - VİDEO

Azərbaycanlı tiktokerin TOYUDUR - VİDEO

Azərbaycanlı tiktokerin TOYUDUR - VİDEO

Ərdoğan: “Qəzzada baş verənlər insanlığın son nöqtəsidir” - VİDEO

Ərdoğan: “Qəzzada baş verənlər insanlığın son nöqtəsidir” - VİDEO

Dünya çempionatında ¼ finalçılar MÜƏYYƏNLƏŞDİ

Dünya çempionatında ¼ finalçılar MÜƏYYƏNLƏŞDİ

Prezident BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşdü - FOTO

Prezident BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşdü - FOTO

Tramp: “Rusiya iqtisadiyyatı, demək olar ki, çöküb” - VİDEO

Tramp: “Rusiya iqtisadiyyatı, demək olar ki, çöküb” - VİDEO

Lənkəranda 10 nömrəli məktəbdə tədris oktyabrdan bərpa olunacaq - RƏSMİ

Lənkəranda 10 nömrəli məktəbdə tədris oktyabrdan bərpa olunacaq - RƏSMİ

İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb - FOTO

Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəldi - FOTO

Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəldi - FOTO

“Zirə”dən ayrılan futbolçu İraq klubuna KEÇDİ

“Zirə”dən ayrılan futbolçu İraq klubuna KEÇDİ

Tramp Nyu-Yorkda Zelenski ilə görüşdü - VİDEO

Tramp Nyu-Yorkda Zelenski ilə görüşdü - VİDEO

Ərdoğan BMT tribunasından Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasına ÇAĞIRIŞ ETDİ

Ərdoğan BMT tribunasından Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasına ÇAĞIRIŞ ETDİ

İlham Əliyev BMT-nin mənzil-qərargahında Avropa Şurasının Baş katibi ilə görüşüb - FOTO/VİDEO

İlham Əliyev BMT-nin mənzil-qərargahında Avropa Şurasının Baş katibi ilə görüşüb - FOTO/VİDEO

Dörd bürc bu gündən GİZLİ MESAJLAR alacaq

Dörd bürc bu gündən GİZLİ MESAJLAR alacaq

BMT-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans KEÇİRİLƏCƏK

BMT-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans KEÇİRİLƏCƏK

İlham Əliyev BMT-nin mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb - FOTO/VİDEO

İlham Əliyev BMT-nin mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb - FOTO/VİDEO

“Neftçi” məşhur hücumçuya təklif göndərdi

“Neftçi” məşhur hücumçuya təklif göndərdi

Evdə sistem qoşulması qanunla qadağan edilsin – TƏKLİF

Evdə sistem qoşulması qanunla qadağan edilsin – TƏKLİF

End of content

No more pages to load

RADİO