Tovuzda dəhşətli hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, Tovuzda ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.
Polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb.
Xəstəxanaya yerləşdirilən S.Həsənova xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media