Xaçmazda iki il əvvəl baş verən qətlin üstü açılıb.
Bizim.Media xəbər verir ki, 2023-cü il iyul ayının 18-də itkin düşdüyü bildirilən 59 yaşlı Gülxar Cahangirovanın əslində taksi sürücüsü tərəfindən öldürüldüyü məlum olub.
Görmə məhdudiyyətli qadının hansı şəraitdə öldürüldüyü açıqlanmır.
Hüquq-mühafizə orqanlarının birgə məlumat yayacağı gözlənilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu