Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?

Azərbaycan Rusiyadan diri qoyun idxalını artırıb. Belə ki, bu ilin birinci rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 10 115 baş diri qoyun idxal edib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 dəfə, kəmiyyət olaraq - 16 dəfə çoxdur. Hesabat dövründə Azərbaycana Rusiyadan 927,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 58 dəfə çox) 7 min 945 baş (47 dəfə çox) və Gürcüstandan 209,4 min ABŞ dolları dəyərində (5 dəfə çox) 2 170 baş (4,5 dəfə çox) qoyun gətirilib. 2024-cü ildə Azərbaycana idxal edilmiş 182 min baş qoyunun 88 faizi Gürcüstanın payına düşüb.

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Ət istehsalımızda geriləmə mövcud deyil"

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, yerli qoyun istehsalımızda heç bir problem mövcud deyil: "Qeyd olunan dövrdə - yanvar-mart aylarında 141,6 min ton diri çəkidə ət istehsal olunub. Bu, ötən illə müqayisədə 1,7 faiz çoxdur. Yəni ət istehsalımızda geriləmə mövcud deyil. Ölkəmizdə altı milyona yaxın qoyun var. 10 115 ədəd qoyun cəmi bir təsərrüfatlıq saydır. Elə də böyük rəqəm deyil".

V.Hüseynov bildirir ki, sahibkarlar heyvanları quzu ikən alır, böyütdükdən sonra qoyun əti olaraq satışa çıxarırlar: "Daxili bazarda da tələbat olduğundan ixrac edilir. Yeni təsərrüfatlar da formalaşa bilər. Aqroparklarda təsərrüfatlar yaradırlar. Ola bilər ki, ucuz olub və o səbəbdən gətirirlər. Qoyunun birini 109 dollara alıblar. Bu, sahibkarlara sərf edir. Kiçik heyvanları gətirib üç ay bəsləyib satırlar. Diri satış etmirlər. Əsasən ətlik kimi satılır. Azərbaycanda 60 min qoyunluq təsərrüfatlar var. Dövlət xətti ilə ölkəmizə heyvan gətirilmir".

"Qurban bayramında idxal artacaq"

Nazirlik rəsmisinin sözlərinə görə, Qurban bayramının yaxınlaşması xaricdən diri qoyun gətirilməsinə səbəb ola bilər: "Əvvəlki bayramlarda 40 minə yaxın heyvan satılıb. Hansı ki, yerli təsərrüfatlardan əlavə, xarici qoyunlar da satılır. Qurban bayramı ərəfəsində qoyuna tələbat artdığından idxal daha da genişlənəcək".

"Kəndlərdə qoyun saxlamaq istəmirlər"

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamovun sözlərinə görə, istehsal azaldıqca idxalın artması normaldır: "Bazar qanunları rəqabətlə işləməlidir. Daxili bazarın təminatı üçün qoyun idxalı normal haldır. Bu, ölkə daxilində heyvandarlığın inkişafı üçün təhlükə yaratmır. İdxalın artması istehsalın azalması ilə bağlıdır. Ölkədə qoyun təsərrüfatlarının sayı azalır. Biznes adamları daxili bazarda nəyə ehtiyac varsa, onu idxal edir".

A.Badamov daxili istehsalı azaldan səbəblərə də toxundu: "Kəndlərdə qoyun saxlamaq istəmirlər. Bu, bazarda ətin qiymətinin aşağı olması ilə əlaqəli deyil. Çünki daxili bazarımızda qoyun əti kifayət qədər baha satılır. Fermerlərimiz, kəndlilərimiz qoyun saxlayıb satmaqla heç vaxt ziyana düşmürlər. Əksinə, qoyunçuluq rentabelli sahədir. Amma həm də əziyyətli sahədir. İnsanlar son vaxtlar daha az zəhmətlə daha çox qazanmaq istəyirlər. Fermerlər, kəndlilər qoyun saxlamaq əvəzinə, iribuynuzlu heyvanların saxlanılmasına üstünlük verirlər".

"Bazar özü-özünü tənzimləməlidir"

Deputatın fikrincə, əgər ölkədə qoyun ətinin qiyməti kəskin aşağı düşərsə və ya idxal olunan qoyun əti ölkədə istehsal olunan ətdən aşağı qiymətə satışa çıxarılarsa, bu, qoyunçuluq təsərrüfatlarının gəlirlərinə mənfi təsir göstərə bilər: "Amma bizdə əksinədir. Qiymət artır.

Bu da qoyunçuluq təsərrüfatlarının rentabelliyini artırır. Kəndlərdə, fermer təsərrüfatlarında qoyunçuluğun inkişafına üstünlük verilməlidir. Əgər idxalın yerli təsərrüfatların inkişafına mənfi təsiri baş verərsə, bu məsələni hökumət tənzimlənmə alətlərindən istifadə etməklə həll edəcək. Amma indidən qoyun ətinin idxalına məhdudiyyət tətbiq olunarsa, daxili bazarda qiymət kəskin arta bilər. Bu baxımdan bazar özü-özünü tənzimləməlidir".

"Xarici ətlər ucuz qiymətə satılır"

Kənd təsərrüfatı eksperti Şahin Nəcəfovun sözlərinə görə, bir zamanlar qoyunçuluq üzrə inkişaf etmiş ölkələrdən olmuşuq: "İndi isə fermerlər kənddə heyvan saxlamaq üçün otlaq tapa bilmirlər. Kiçikbuynuzlu heyvanlarda bir milyon 200 minə yaxın azalma var. Xarici məhsullar ucuz qiymətə gətirilib satılır. Təkcə Rusiya və Gürcüstandan yox, həmçinin Hindistan, Monqolustan, Portuqaliya və İspaniyadan da ət gətirilir. Bu halda yerli qoyun alınmır. Məhsulu alınmırsa, kəndli artıq qoyun saxlamayacaq. İdxal ildən-ilə genişlənir. Bunun qarşısının alınması üçün orta-kiçik ailə təsərrüfatları dəstəklənməlidir".

Necə fərqləndirək?

Qəssab Müslüm Rzayev hazırda rayon bazarlarında quzu ətinin bir kiloqramının qiymətinin 14-16 manat arasında dəyişdiyini, mağazada isə 20 manata satıldığını bildirdi: "Ümumi çəkisi 10-12 kiloqram olan qoyunlar daha baha - 22-24 manat arasında satılır. Amma qoyun 15 kiloqramdan ağır olduqda ətinin kiloqramı 20-22 manata olur. Keyfiyyətli və yerli heyvanın kiloqramı 16 manatdan aşağı olmur. Kiloqramı 13-14 manat arası satılanlar yerli heyvan deyil, Rusiyadan idxal edilənlərdir".

Xarici əti necə fərqləndirək sualına gəldikdə, qəssab bildirdi ki, kəsilmiş halda olan ətə baxaraq bunu müəyyən etmək üçün təcrübə lazımdır: "Sadə vətəndaşın kəsilmiş halda xarici məhsulu fərqləndirməsi çətindir. Yalnız bir neçə dəfə alıb dadının olmadığını görüb başa düşə bilər. Başı çıxan adam görə bilər ki, xarici heyvanın qabırğasının qatlanmağı yerli heyvandakı kimi deyil. Ətin rəngi az da olsa fərqlənir. Yağlılığı da yerli heyvanlarımızdakı kimi deyil. Amma müştəri təcrübəsi olmadan bunu bilmək olmur. Diri halda fərqləndirmək daha asandır. Heyvan əgər çox kökdürsə, deməli, Rusiyadan gətirilib. Həmçinin quzuların quyruqları, başları yerli heyvandan fərqli olur. Məsələn, Gürcüstan qoyunlarının demək olar quyruğu olmur, çox balacadır. Amma bizim yerli heyvanlar quyruqludur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İmişlidə toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ – 18 nəfər xəstəxanalıq oldu

İmişlidə toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ – 18 nəfər xəstəxanalıq oldu

Arvadının qolunu sındırdı – MƏHKƏMƏLİK OLDU

Arvadının qolunu sındırdı – MƏHKƏMƏLİK OLDU

Qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar AÇIQLANDI

Qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar AÇIQLANDI

ADNSU-nun məzun şəhidi Teymur Rəsulova həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib – FOTO

ADNSU-nun məzun şəhidi Teymur Rəsulova həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib – FOTO

Bakıda kafe və restoranlar bu il 1.2 milyard manata yaxın gəlir əldə edib

Bakıda kafe və restoranlar bu il 1.2 milyard manata yaxın gəlir əldə edib

“WhatsApp”da mesajları tərcümə etmək mümkün OLACAQ - FOTO

“WhatsApp”da mesajları tərcümə etmək mümkün OLACAQ - FOTO

Trampdan İlham Əliyevə: “Mən Sizinlə həqiqətən fəxr edirəm” - FOTO/VİDEO

Trampdan İlham Əliyevə: “Mən Sizinlə həqiqətən fəxr edirəm” - FOTO/VİDEO

Mətbəxdəki bu 3 əşyanı dərhal atın!

Mətbəxdəki bu 3 əşyanı dərhal atın!

Azərbaycanlı hakim Avropa çempionatının SEÇMƏ MƏRHƏLƏSİNDƏ

Azərbaycanlı hakim Avropa çempionatının SEÇMƏ MƏRHƏLƏSİNDƏ

Zəlzələlərlə bağlı QORXUNC STATİSTİKA – Bu il Xəzərdə qeydə alınan təkanların SAYI

Zəlzələlərlə bağlı QORXUNC STATİSTİKA – Bu il Xəzərdə qeydə alınan təkanların SAYI

“Dostum Ceyhun Bayramovla görüşmək çox xoş oldu” – FOTO

“Dostum Ceyhun Bayramovla görüşmək çox xoş oldu” – FOTO

Ukrayna ordusu Krımdakı sanatoriyaya hücum etdi – ANBAAN VİDEO

Ukrayna ordusu Krımdakı sanatoriyaya hücum etdi – ANBAAN VİDEO

Nənəsinə görə xəstəxanada dava saldı: Həbs edildi

Nənəsinə görə xəstəxanada dava saldı: Həbs edildi

Ermənistanda müxalifətçi belə güllələndi - ANBAAN VİDEO

Ermənistanda müxalifətçi belə güllələndi - ANBAAN VİDEO

Millinin baş məşqçisi QARƏT EDİLDİ

Millinin baş məşqçisi QARƏT EDİLDİ

Yusif Kazımov direktor TƏYİN EDİLDİ

Yusif Kazımov direktor TƏYİN EDİLDİ

Şimali Koreyada kuryoz qadağa – Sevgi məktubu göndərmək olmaz

Şimali Koreyada kuryoz qadağa – Sevgi məktubu göndərmək olmaz

Bakıda kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası - Bəraət verildi

Bakıda kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası - Bəraət verildi

Nadir Qafarzadə: “Qızlarınızı TikTok-dan uzaq tutun!” - VİDEO

Nadir Qafarzadə: “Qızlarınızı TikTok-dan uzaq tutun!” - VİDEO

Bakıda neçə avtobusda nağdsız ödəniş mümkündür? - RƏSMİ AÇIQLAMA

Bakıda neçə avtobusda nağdsız ödəniş mümkündür? - RƏSMİ AÇIQLAMA

"Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı" - Dələduzluq İDDİASI

"Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı" - Dələduzluq İDDİASI

Qazmanovun milyonlarla pulunu oğurlayan erməni biznesmen HƏBS EDİLDİ

Qazmanovun milyonlarla pulunu oğurlayan erməni biznesmen HƏBS EDİLDİ

"Onlara olan hörmətimi itirmişəm, salamlaşmayacam da" - Ramil Şeydayev

"Onlara olan hörmətimi itirmişəm, salamlaşmayacam da" - Ramil Şeydayev

Məhkəmə Şahin Şıxlinski barəsində QƏRAR VERDİ - FOTO

Məhkəmə Şahin Şıxlinski barəsində QƏRAR VERDİ - FOTO

End of content

No more pages to load

RADİO