Kəlbəcərdə mina hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Susuzluq kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd ərazisində traktorun minaya düşməsi zamanı partlayış olub. Nəticədə traktorun sürücüsü Kürdəmir sakini, 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media