Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir kİ. aztonnajlı yük avtomobili hərəkətsiz vəziyyətdə dayanmış minik avtomobilinə arxadan çırpılıb.
Nəticədə minik avtomobilində olan bir nəfər ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası və yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media