1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festival çərçivəsində şairə Aynur Qafarlının təqdimatında şeir saatı təşkil olunub.
Bizim.Media xəbər verir ki, tədbir uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Balaca iştirakçılar səhnəyə çıxaraq maraqlı və yaddaqalan şeirlər səsləndiriblər. Onlara səhnədə müxtəlif hədiyyələr təqdim olunub.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə baş tutub.
Aygün Hüseyn, Bizim.Media